Suda qərq etsə də ey dil, məni-naçarı yağış, Söndürə bilmədi qəlbimdəki odları yağış. Göydə səyyarələr ağlar bir bax bu su da, Yarı səyyarələrin göz yaşıdır yarı yağış. Soyuq ahım ki buludlu göyə getdi, çatdı, Ol zamandandı tutub çölləri, gülzarı yağış. Necə ar eyləməyib busə o güldən dilədim, Yuyub üzdən aparıb yoxsa həya, arı yağış. Əhli-eşqəm mənə ey dil, nə gərək sərvətü-var, Könlümün sərvəti atəş, gözümün varı yağış. Necə gör mö’cüzəli bir sədəf imiş yanağın, Ona dəydikcə səpər hər yana mirvari yağış. Göz yaşım görsə bilər sirrimi xəlq, əhsən ki, Qoymadı faş ola qəlbimdəki əsrarı yağış. İstəmir zərrə qədər toz da qala gül üzdə, Ol səbəbdəndi yuyur çöhreyi-dildarı yağış. Kə’beyi-kuyinə üz tutmuş ikən eşq əhli, Yağdı ki, pak eləsin bir belə zəvvarı yağış. Dinlə, gör bir nə həzindir yağışın zümzüməsi, Yoxsa ki istəyir ötsün kamanı, tarı yağış.
Edebiyat
Su suyu batırmır. Külək küləyi dağıtmır. Torpaq torpağı basdırmır. Od odu yandırmır. Amma insan insanı... — Həsən Azəri
Reklam
Pelin
Navê wê keçikê Pêlîne Çavê wê kûrîne nazenîne Gotinê wê ji dile dilxweşîne Hebûna wê mal û hêlîne Dilê wê germe her dem kene Gelekî biaqile qet ne hesane Xwedîyê civîna xweş û henekane Ê ku wê bike cinnet û fîrdevsîne Weke welat tê hezkirin Weke axê tê bêhnkirin Weke dîna tê xwastin Weke avê didê tîkirin Tu bibêje gûla çîya Ez bibêjim beybuna newala Tu bibêja nergiza reza Ez bibêjim kulîka dendikên werza Xoşewîste ji bo min pêwîste Evîna me ne evînek siste Hêsên me ji hevre diriste Xwedê ti wê ji min ne site Pelîne xweşike nazenîne Keç li ser Pelîna min nîne Qet bê wê meşan nîne Daxwaza min rêya bêdawîne.
•Cemâl Süreya
"Sevişdi bir bakir ilə bir bakirə, Oğlana əhsən dedilər, qadına fahişə."
Edebiyat
Faiq Nemanzadə məktəbdə türk dilindən, tarixdən, coğrafiyadan, hesab və imladan dərs keçirdi. Həm də dərsdən sonra səhnəyə qoymaq üçün tamaşalar hazırlayırdı. Hətta hazırladığı tamaşada özü də rol alırdı. Bu qədər işi bir arada görmək adamdan böyük enerji tələb edir. Yorulmadan, gecə-gündüz demədən işləyirdi. Həsən bəy demiş, qarşılığında bir "sağ ol” belə gözləmədən ömrünü sevdiyi xalqının yolunda şam təki əridirdi. "İşığımız Sönməyəcək "
Ömər Faiq bəy əminliklə bildirir ki, bizim işığımız azalsa, gurluğu çox zəifləsə belə, heç vaxt sönə bilməz. Çünki bu xalq ən çətin dönəmində belə ayaqda durmağı bacarıb. Həsən bəy Zərdabi rayon-rayon gəzir, ianə yığmağa çalışır. Hər rayonda yaşayan hörmətli bəylərin evinə baş çəkir, onlarla söhbətləşir, xalqımızın gələcəyi üçün ianə yığmağın vacibliyini vurğulayır. Bəylərin hər biri bir bəhanə gətirir. Pul verməkdən boyun qaçırır. Həsən bəy ümidsiz vəziyyətdə geriyə dönür. Bir gün onun başına qəribə bir hadisə gəlir. Həsən bəy evindən çıxıb harasa gedirmiş. Kimsə arxadan ona toxunur. Həsən bəy geriyə dönür. Görür ki, kasıb bir şəxs eşşəyi ilə dayanıb. Bu şəxs bir neçə addım irəli gəlir. Ovcunda tutduğu pulları Həsən bəyə uzadır. Deyir ki, olanım budur. Kaş daha çox işləyərdim, çalışardım, balalarımızın oxuması üçün daha çox ianə verərdim. Həsən bəyin gözləri dolur. İndi siz deyin, belə xalqın işığı sönə bilərmi?
Reklam
Reklam