Siçanlar insanlar haqqında düşüncələrim
Puan vermedi
İlk dəfə oxuyub pis olduğum əsər bu idi. Çox incə yazılmış və lenini steinbek bizə bir dost kimi ən yaxın personaj kimi göstərir və axırda önünə ölməsi ilə biz daha ağır zərbə alırıq. Əhsən Steynbek başqa steynbekin hansı kitabını oxuyun sizcə? Yada bu kitabı xoşladımsa seveceyimi düşündüyünüz kitablar var? Varsa zəhmət olmasa deyin yay tətilini maraqlı keçirim Con Steynbek
Siçanlar və insanlar haqqındaJohn Steinbeck · Nərmin yayınevi · 0211,7bin okunma
10/10
·320 syf.··
2026 58. kitabı
·
10 günde okudu
·
Okunma: 30 Mayıs 2026 14:10
Tarixin izlerini dasiyan şah eserdir Semerqend ! Oxuyarken sizi zamanin diliminde 11ci yuzilliye aparacaq ,tarixde öz izini qoymuş mühüm şexsiyyetler olan 3 dost Omer Xeyyam ,Nizamúlmúlk ve Hesen Sabbahin dostluğundan ,apardiqlari siyasetden,Səlcuq dövlətini, İsfahanı,Səmərqəndi,İran və Orta Asiyanı,elm, fəlsəfə və siyasi mübarizələri təsvir edecek o kitabdir Semerqend Men ise Alamutun davami olaraq oxudum bu kitabi. Semerqend 4 hisseden ibaretdir, 1ci hisse Omer Xeyyamin heyat ve yaradiciliğindan behs edir(Hadisələr XI əsr İran və Orta Asiyasında baş verir. Əsas qəhrəman məşhur şair, alim və filosof Ömər Xəyyamdır.)Kitabda onun: həyatından, elmə və dinə baxışından,sevgi münasibətlərindən, məşhur "Rübailər"inin yaranmasından bəhs edilir. Burada həmçinin dövrün iki mühüm tarixi şəxsiyyəti olan: Nizamülmülk Həsən Sabbah ilə münasibətləri göstərilir. Bu üç şəxs eyni dövrdə fərqli düşüncə yollarını təmsil edir: Xəyyam — ağıl və azad düşüncə, Nizamülmülk — dövlət və nizam, Həsən Sabbah — ideologiya və fanatizm. 2ci hisse Hesen Sabbahin yaratdigi saxta cennet Xaşxaşilerden 3cu hisse Ómer Xeyyamin elyazmasinin taleyinden (Amerikalı Benjamin Lesage adlı qəhrəman Ömər Xəyyamın itmiş orijinal "Rübailər" əlyazmasını axtarmağa başlayır. Onun axtarışları İran inqilabı dövründən keçərək sonda məşhur RMS Titanic gəmisinə qədər uzanır. Əlyazmanın taleyi insan taleləri ilə iç-içə keçir və tarix, sevgi, itki və zaman mövzuları birləşir.) 4cu hisse 19-cu esrde Benjaminin iranda oldugu muddetde burada geden siyasi çekişmeler, intriqalar ,muharibeler ,Benjaminin iranli xanimla esq macerasi,Ómer Xeyyamin elyazmasini qorumasindan behs edir Kitab sizi heqiqeten keçmise aparacaq ve yaddaşinizda inanilmaz iz qoyacaq bir eserdir ,2ci defe oxumaga deyer kitabdir bele bir eser ucun Amin Maaloufu
SemerkantAmin Maalouf · Yapı Kredi Yayınları · 202574,8bin okunma
Reklam
10/10
·424 syf.··
Beğendi
·
2026 45. kitabı
·
30 günde okudu
·
Okunma: 26 Mayıs 2026 20:22
kitab məni yerdən yerə vurdu, ikinci dəfə oxumağıma rəğmən ilk oxumamda(9-cu sinif) heç nə başa düşmədiyimin fərqinə vardım, hər cümləsinin altından xətt çəkmək istəyirdim, hətta o qədər mənə toxundu ki, psixoloqa getməyə başladım, bütün xatirələrim gözümün önündən keçdi, oxuduğum ən yaxşı azərbaycan ədəbiyyatlarından biri idi, mütaliə müddətində dəhşət zövq aldım, əhsən
Relslər Üzərinə Uzanmış AdamRövşen Abdullaoğlu · Qədim Qala · 20201,812 okunma
Puan vermedi·79 syf.··
2026 27. kitabı
Səbinə Dəniz - "Uçmağı bacaran ruh" Bəzi kitablar var ki, mən onları sırf toxunduğu mövzuya görə hər kəsə tövsiyə edirəm. Bu kitab da məhz həmin kitablardan biridir. "Kiçik hekayələr böyük şeylər deyirlər" – deyə bir fikir var. Sanki o fikir bu kitab üçün deyilib. Bir saatdan da az müddətdə oxuyub bitirə biləcəyiniz kiçik bir hekayədir, amma içində böyük və dərin bir məna daşıyır. Hekayə Aysu adlı bir qızın uşaq yaşlarında aldığı travmadan və bu travmanın onun gələcəyinə təsirindən bəhs edir. Ətraflı şəkildə danışıb spoiler vermək istəmirəm, yaxşısı budur özünüz oxuyasınız. Kitab mövzu cəhətdən həddindən artıq motivasiyavericidir. Müəllif Aysunun keçirdiyi hissləri oxucuya tam normasında çatdırmağı bacarıb. Aysunun keçirdiyi hissləri oxuya-oxuya hiss edirsən. Kitabda Aysunun hər şeyə rəğmən necə öz ayaqları üzərində durmasından və həyata möhkəm bağlanaraq özünə möhtəşəm bir gələcək qurmasından danışılır. Yazıçı doğru bir sevginin insanın yaralarını necə sağaltdığını, gücün birlikdə olmasını da çox gözəl təsvir edib. Ən əsası isə, Aysunun vaxtilə ona qulaq asmayan, onu anlamayan və bu travmanı yaşadan insanları bağışlamasıdır. Kitab bizə göstərir ki, bağışlamaq insanı necə yüngülləşdirir və daxildəki ağrı-acıları kənara atmağa necə kömək edir. Təəssüf ki, real həyatda da uşaq yaşlarında bu cür travmalar alan çox insanlar var. Mən bu kitabı sırf ona görə tövsiyə edirəm ki, bəlkə oxuyub ətrafımızdakı o travmalı insanların sayını azaltmaqda bir köməkliyimiz toxundu. Çünki kitabda biz Aysunun bunu bacardığını görürük. Bir saatdan az vaxtınızı alacaq, amma sizə "nə həyatlar varmış" dedizdirəcək. Belə bir mövzunu qələmə aldığı üçün yazıçıya əhsən düşür. Oxumaq lazımdır… Bir daha uğurlar Bayramova Səbinə
Uçmağı bacaran ruhBayramova Səbinə · Portuga Nəşriyyatı · 20259 okunma
10/10
·436 syf.··
2026 16. kitabı
·
11 günde okudu
·
Okunma: 16 Mayıs 2026 18:29
Ömər Xəyyamdan,Nizamülmülkdən,Həsən Səbbahdan başlayan dövr Titanikə qədət gedib çıxır.Cox möhtəşəm əsər.11 12 ci əsrlə 19cu əsrin əlaqəli birləşməsi .
SəmərqəndAmin Maalouf · Qanun Nəşriyyatı · 201374,8bin okunma
Puan vermedi·140 syf.··
2026 21. kitabı
Elçin Asifoğlu - "Qayıda bilmədim" Hər şey arxasında bir gündəlik qoyub intihar edən Nigarın müəmmalı ölümü ilə başlayır. Görəsən, bu gənc qız həqiqətən istəyərək intiharmı edib, yoxsa kimsə onu buna məcbur edib? Həqiqətləri üzə çıxarmaq üçün iş Adil bəy və onun köməkçisinə tapşırılır. Onlar da addım-addım bu işi açmağa çalışırlar. Obrazların soyadlarındakı səhvliklər. Bir səhifədə bir soyadla təqdim olunan obraz, bir neçə səhifə sonra tam fərqli bir soyadla qarşımıza çıxır. Bu, sadəcə bir yerdə deyil, kitab boyu bir neçə dəfə təkrarlanır. Kiçik bir səhv kimi görünsə də, oxuduqca insanı çaşdırır və diqqəti yayındırır. Kitabda mənə görə bəzi yerlərdə yersiz emosiya və həyəcan var idi. Xüsusən də cinayət işini araşdıran Adil bəyin köməkçisi Qulamovla olan rəftarı bir az süni görünürdü. Məsələn, adi bir tapşırıq verəndə əlini stola çırpması, lüzumsuz aqressiya nümayiş etdirməsi bir az gülünc və yersiz idi. Zatən qarşındakı adam sənin dediklərini yerinə yetirir, bu qədər əsəbə, təlaşa nə gərək var? Bu gərginliklər mənə süni gəldi. Kitab axıcıdır, oxucunu yormur, gün ərzində, hətta bir saata rahat bitirmək olur. Düzdür, müəllifin "Zülfiyyə" əsəri mənə daha təsirli gəlmişdi. Bəlkə də buna səbəb "Qayıda bilmədim"də sonluğun artıq ortalardan təxmin edilməsidir. Amma buna rəğmən, yazıçı oxucunu maraq içində saxlamağı, mövzuya bağlamağı və sürətli oxutdurmağı bacarmışdı. Kitab pis deyildi, amma "çox bəyəndim" də deyə bilmərəm. Kiçik həcmli olmasına baxmayaraq, "Zülfiyyə" ilə müqayisədə burada nöqsanlar daha çox idi, mənə görə. Yenə də müəllifə əhsən düşür ki, hər iki kitabda çox önəmli və aktual bir mövzuya toxunub. Sırf mövzusuna görə hər iki kitabı da hər kəsə tövsiyə edərdim. Xüsusən də baş obrazların yaşında olan gənc qızlar, oğlanlar və onların valideynləri bu
1000Kitap
Qayıda BilmədimElçin Asifoğlu · Pan Nəşriyyatı · 20247 okunma
Reklam
Reklam