Hüseyn

Meşə qanunlarının pozulması
Lakin bacarığı niyyətlə qarışdırmamalıyıq. Kiber-müharibələr yeni məhvetmə üsulları yaratsa da, bu onlardan istifadə etmək üçün stimul deyil. Son yetmiş ildə bəşəriyyət nəinki meşə qanunlarını, həmçinin Çexovun qanununu da pozdu. Anton Çexovun məşhur bir sözü var: pyesin birinci səhnəsində görünən silahın üçüncü səhnədə atəş açması qaçılmazdır. Artıq biz atılmamış bombalar və raketlərlə dolu bir dünyada yaşamağa alışdıq; həm meşə qanunlarını, həm də Çexovun qanununu pozmaqda ustalaşdıq. Bir gün bu qanunlar yenə işləyərsə, bu taleyin hökmü ilə deyil, öz səhvlərimiz üzündən olacaq. Terrorizm - real hakimiyyətə yolu bağlananların əl atdığı zəiflik strategiyasıdır.
Sayfa 28 - Qanun Nəşriyyatı - 2022·Kitabı okuyor
Tarih ve Siyaset
Hangi tür kitapları seviyorsun? 🔎 Polisiye 💕 Romantik 🚀 Bilim Kurgu 🏰 Fantastik 📖 Klasik 🧠 Kişisel Gelişim 🏛️ Tarih 😱 Gerilim
Meşə qanunlarının pozulması
Əvvəlki nəsillər sülhü müharibənin müvəqqəti yoxluğu kimi qiymətləndirirdi. Bu gün biz sülh dedikdə müharibənin məntiqsizlik olduğunu düşünürük. 1913-cü ildə insanlar Fransa ilə Almaniya arasında sülh olduğunu söyləyərkən "hal-hazırda Fransa ilə Almaniya arasında müharibə yoxdur, amma heç kim bilmir, gələn il nə olacaq" deyə düşünürdülər. Bu gün eyni şeyi söylədiyimiz zaman iki ölkə arasında istənilən şərtlərdə müharibə ehtimalının olmadığını nəzərdə tuturuq. Əlbəttə, Yeni Sülhün sonsuza qədər davam edəcəyinə heç bir zəmanət yoxdur. Nüvə silahları Yeni Sülhün yaranmasını mümkün etdiyi kimi, gələcək texnologiyalar da yeni növ müharibələrə zəmin hazırlaya bilər. Xüsusən, kiber müharibələr kiçik ölkələr və qeyri-dövlət subyektlərinə güclü dövlətlərlə mübarizə aparmaq imkanı verərək sabitliyi poza bilər.
Sayfa 27 - Qanun Nəşriyyatı - 2022·Kitabı okuyor
Tarih ve Siyaset
Meşə qanunlarının pozulması
Nüvə silahının super dövlətlər arasında müharibəni ağılsızca kollektiv intihar aktına çevirmə ehtimalı yer üzündəki ən güclü millətləri konfliktlərin həlli üçün dinc və alternativ yollar axtarmağa məcbur edir. Əvvəllər əsas zənginlik mənbəyi qızıl mədənləri, buğda tarlaları və neft quyuları kimi maddi sərvətlər idisə, bu gün ən böyük zənginlik mənbəyi bilikdir. Beləliklə, bilik ən mühüm iqtisadi mənbəyə çevrildiyi üçün müharibələrdən gələn gəlirlər də azaldı; və müharibələr hələ də xam materiallar üzərində qurulmuş köhnə iqtisadiyyatla nəfəs alan Yaxın Şərq və Mərkəzi Afrika kimi bölgələrlə məhdudlaşmağa başladı. 1998-ci ildə Ruandanın qonşu Konqodakı koltan mədənlərini ələ keçirib qarət etməsini başa düşmək olardı, çünki mobil telefonların və noutbukların istehsalında istifadə olunan koltana tələbat böyük idi, dünya üzrə koltan ehtiyatının 80 faizi isə Konqoda yerləşirdi. Qarət etdiyi koltandan ildə 240 milyon dollar qazanan Ruanda üçün bu ciddi məbləğ idi. Əksinə, Çinin Kaliforniyaya hücum edib Silikon vadisini ələ keçirməsinin heç bir mənası yoxdur; çinlilər döyüş meydanında üstünlük qazana bilsələr də, Silikon vadisində silisium mədənləri tapa bilməyəcəklər. Bunun əvəzində, çinlilər "Apple" və "Microsoft" kimi yüksək texnologiya nəhənglərindən satın aldığı proqram təminatı əsasında öz məhsullarını istehsal edərək milyardlarla dollar gəlir əldə edirlər. Kongo koltanını qarət edən Ruandanın bir ildə qazandığını çinlilər dinc ticarətlə bir günün içində əldə edir.
Sayfa 26 - Qanun Nəşriyyatı - 2022·Kitabı okuyor
Tarih ve Siyaset
Meşə qanunlarının pozulması
Tarix boyunca insanların əksəriyyəti müharibələrə təbii hadisə kimi baxıb, sülh isə kövrək və müvəqqəti bir hal kimi qiymətləndirilib. Beynəlxalq münasibətlər meşə qanunları ilə nizamlanırdı və buna görə də, iki dövlət arasında sülh olsa belə, müharibə həmişə bir variant kimi qalırdı. Məsələn, 1913-cü ildə Almaniya ilə Fransa sülh içində yaşasalar da, 1914-cü ildə bir-birinin boğazından yapışa biləcəklərini hamı bilirdi. Siyasətçilər, generallar, biznesmenlər və sadə vətəndaşlar gələcəyə dair planlar qurarkən müharibəyə həmişə yer saxlayırdılar. Qədim aqrar cəmiyyətlərdə ölümün təxminən 15 faizi insanlar arasındakı zorakılıq üzündən baş verirdisə, 20-ci əsrdə ölüm hallarının sadəcə 5 faizinin, 21-ci əsrdə isə cəmi 1 faizinin səbəbi zorakılıq idi. 2012-ci ildə dünyada təxminən 56 milyon insan həlak olub, ondan 620 mini zorakılıq üzündən (120 min müharibələrdə, 500 min cinayətlər nəticəsində) həyatını itirib. Amma 800 min insan intihar edib, 1,5 milyon insan isə şəkər xəstəliyindən dünyasını dəyişib. Görünür, indi şəkər barıtdan daha təhlükəlidir.
Sayfa 25 - Qanun Nəşriyyatı - 2022·Kitabı okuyor
Tarih ve Siyaset
Görünməz ordular
Həkimlərə yeni xəstəlikləri tez-tez çıxarıb müalicə etməyə imkan verən vasitələr, orduların və terroristlərin qiyamət əlaməti kimi qorxunc xəstəliklər yaratmasına da yol açır. Buna görə də, düşünmək olar ki, gələcəkdə bəşəriyyəti təhlükəyə ata biləcək böyük epidemiyaların yalnız amansız bir ideologiyaya xidmət edən insanlar özləri yaradacaqlar. Bəşəriyyətin təbii epidemiyalar qarşısında aciz qaldığı dövr, güman ki, başa çatıb. Amma təəssüf ki, o günlərin həsrətini çəkə bilərik.
Sayfa 24 - Qanun Nəşriyyatı - 2022·Kitabı okuyor
Tarih ve Siyaset