Biz tez-tez inkişafın düz xətt üzrə gedəcəyini düşünürük. Ən azı bunun sürətlə baş verəcəyinə ümid edirik. Amma, əslində, səylərimiz gecikmiş təsir verir, ilkin fəaliyyətimizin həqiqi dəyərini görmək üçün çox vaxt aylar, hətta illər lazım olur. Məhz buna görə biz çox vaxt bir neçə həftə və ya ay ərzində heç bir nəticəsi olmayan gərgin zəhmətdən sonra özümüzü sınmış hiss edərək Ümidsizlik vadisinə düşürük. Amma bu, boşuna zəhmət deyil. Təsir tədricən yığılır.
Atomik Vərdişlər
Sapiens: Bəşəriyyətin Qısa Tarixi
VOC Hind okeanında fəaliyyət göstərərkən, Dutch West Indies Company (WIC) Atlantik okeanını qarət edirdi. Strateji əhəmiyyətə malik Hudzon çayındakı ticarətə nəzarət edə bilmək üçün WIC çayın cənubundakı bir adada Yeni Amsterdam adlı bir qəsəbə saldı. Bu müstəmləkə hindular tərəfindən təhdid edilir və tez-tez ingilislərin hücumuna məruz qalırdı. Nəhayət, 1664-cü ildə ingilislər buranı ələ keçirdi və qəsəbənin adını dəyişərək Nyu-York qoydu. Hindulara və ingilislərə qarşı WIC tərəfindən inşa edilən müdafiə divarlarının qalıqları bu gün dünyanın ən məşhur küçəsinin altında qalıb: Uoll-strit (Divar küçəsi).
Sapiens: Bəşəriyyətin Qısa Tarixi
Benjamin Franklin tanrıları tərk-silah edir.
Bir çox xalqlar ildırımın günahkarları cəzalandıran qəzəbli bir tanrının çəkici olduğuna inanırdı. 18-ci əsrin ortalarında, elm tarixindəki ən məşhur eksperimentlərdən birində amerikan alimi Benjamin Franklin fırtına zamanı çərpələng uçuraraq, ildırımın sadəcə elektrik cərəyanı olduğu fərziyyəsinin doğruluğunu yoxlamaq istədi. Empirik müşahidələrin elektrik enerjisinə dair biliklərlə birləşməsi Franklinə ildırımötürücünü ixtira etməyə kömək etmiş və tanrıların silahını əllərindən almışdı.