Hüseyn

Ortalamanın bir az üstü
7/10
·458 syf.··
2024 28. kitabı
·
5 günde okudu
·
Okunma: 18 Kasım 2024 10:38
Agatanın əsərini birinci dəfə oxuyurdum, dedektiv oxuyan biri deyiləm. Əsər oxuduğum kitablar içərisində ən rahat dillə yazılmış kitab ola bilər (tərcümənin də ola bilsin rolu var). Ancaq əsər mənə görə zəif qaldı, öncədən təxmin etdim, məncə bir çox oxucu bunu yaşayıb. Və məni təəccübləndirən tək yeri sondakı içki dəyişmə hissəsi idi. Digər hissələr yaxşı idi, ancaq yetərli gəlmədi mənə. İtaliya-İngiltərə milli kimlik problemi və ön yarğılar gördüm, qarşılıqlı olaraq. Bu əsər 20-ci əsrin başlarında yazılıb, ola bilsin həmin zamanlardakı İtaliya-İngiltərə beynəlxalq münasibətlərindəki statusu göstərir/işarə edir. Məncə Agatanın bundan daha keyfiyyətli əsərləri var
Edebiyat
Qara QəhvəAgatha Christie · Qanun Nəşriyyatı · 201811,5bin okunma
bəyəndim
9/10
·104 syf.··
2024 15. kitabı
·
19 saatte okudu
·
Okunma: 29 Ağustos 2024 12:09
Franz Kafka
Franz Kafka
eksiztensializmi ədəbiyyata ötürən dahi yazıçılardan biridir. Düzünü desəm bu əsəri başda oxuyanda gördüyüm təriflərin mənim düşüncələrimin ziddinə getdiyini gördüm. Çünki olduqca sadə idi. Düşünməyə sövq etmirdi. Əslində 10/10 xal vermək istəyirdim. Ancaq 9/10 xal verdim. 1 xal kəsməyimin səbəbi isə məhz oxuyucuların kitabı bu cür ön yarğı ilə buraxıb oxumama faizinin yüksək olması idi. Frans Kafka bu əsərlə eksiztensializmin və absurdizmin möhtəşəm ahəngini əks etdirmişdi. Başda olduqca bir məna ifadə etəməməsi görünsədə əsəri tamamladıqca puzzle'lar bir-bir yerinə oturmağa başlayır. Əsas mövzu isə ailenasiyadır (özgələşmə). Burada çevrilmə metaforik bir məna daşıyır. Bəlkə də bəzi oxuculara elə ən başdan məna ifadə edib. Bəlkə də elə mənim həyatımın heç bir nöqtəsində bu halla qarşılaşmadığım üçün belə gəlib. Əsəri oxuduqca bütün ailə dəyərlərinin saxta sevgi və instinktik üzərinə qurulduğunun şahidi oldum. Bu sevgi əgər cəmiyyətə yararsız olursunuzsa artıq yavaş-yavaş söndüyünü görəcəksiniz. Bu əsərdəki yanaşmaların hamısı reallığı əks etdirir. Və ailə qurmalar ola bilsin ki, sevgi üzərində olsun. Ancaq davam etdirmə isə artıq bu kimi hallara bağlı olur. Ən doğma anan, atan, qardaşın və bacın olsa belə bir vəziyyətdən sonra artıq yadlaşmanın da onları öz caynağına aldığını görürsünüz. Ümumi anlamda bəyəndim. Qısa əsər olmasına və sadə dillə yazılmasına baxmayaraq olduqca mürəkkəb təhlilləri tələb edən bir əsərdir.
Felsefe
ÇevrilməFranz Kafka · Qanun Nəşriyyat · 2019267,3bin okunma
Yaxşıdır
7/10
·250 syf.··
2024 14. kitabı
·
4 saatte okudu
·
Okunma: 27 Ağustos 2024 17:40
Bu kitabda marağımı çəkən aforizmlər 80/100 faiz aralığında idi. 10/100 faiz hissəsi terminoloji xüsusiyyət daşıyırdı. 7/10 verməyimə səbəb heç bir klassika oxumayan, və Freudun birinci kitabını (məhz bu kitabı) oxuyan şəxs asanlıqla fikirləşə bilər ki, bütün aforizmlər Freuda aiddir. Ancaq əvvəlcədən bu fikir yazılsaydı yaxşı olardı. Çünki burdakı bütün aforizmlərin hamısı Freuda aid deyil. Freuda tamamilə zidd aforizmlərə belə rast gəldim. Freudun, tabu və totem, psixoanalizə giriş və bu kimi kitablarını oxuyan şəxs asanlıqla aforizmləri ayıra bilərdi. Və bir də dinlə və Tanrı ilə bağlı tənqidi və skeptik aforizmlərə olduqca çox rastlaşdım. Bu da Freudun din və Tanrıya qarşı skeptik yanaşmasından irəli gəlir Ümumilikdə yaxşı hesab edirəm.
Psikoloji
Xoşbəxtlik EhtimalımızSigmund Freud · Qanun Nəşriyyatı · 20193,974 okunma
bəyəndim
8/10
·400 syf.··
2024 9. kitabı
·
18 günde okudu
·
Okunma: 07 Ağustos 2024 21:56
Çalışdığım qədər SPOİLER verməyəcəm. İlk olaraq bu əsəri yetişkinlərin oxuması daha məsləhətlidir. Yazıçı 18+ mövzular olmadan da yaza bilərdimi ? Bəli, yaza bilərdi. Ancaq bunsuz əsərin realistik tərəfinə xələl gələrdi. Bu da bir növ distopik baxışların olmasına şübhəsi yaradardı. Oxuyarkən bir az çətinlik çəkdim, səbəbi isə termin sıxlığının bir az bədii əsərə nəzərən çox olması idi. Bunu da normal qarşılamaq olar, çünki bu bir növ əsərə təbiilik qatır. Bəlkə də orjinal dilində yazılan əsəri oxuyanlar bu termin sıxlığı ilə qarşılaşmaya da bilər. Kitabın məğzi ümumi mənada maraqlı gəldi. Əsasən, mövcud və əvvəldən mövcud olmuş hakimiyyət sistemlərinin nöqsanlarını qabardır. Burada korluq simvolik xarakter daşıyır. Mənəvi cəhətdən kor olan insanları fiziki cəhətdən kor olan insanlardan daha qüsurlu olaraq görülür. Burada insanlar əsasən iki qrupa bölünür: anarxist tərəf və avtoritar tərəf. Yazıçı burada həm anarxist tərəfin, həm də avtoritar tərəfin müəyyən yaxşı cəhətlərini və nöqsanlarını göstərməyə çalışır, buna öz spekulyasiyalarını qatır. İnsanların heç vaxt etmərəm dedikləri şeylərə zaman və şəraitin təsirinin böyük olduğunu göstərmişdir. Ümumilikdə əsər yaxşıdır, bəyəndim, həyatınıza yeni baxış bucağı qatacağına əminəm.
Edebiyat
KorluqJosé Saramago · Qanun Nəşriyyatı · 2016131,5bin okunma