Hüseyn

On səkkizinci başlıq
Kakambo kralın çox dərin anlamlı sözlərini Kandid üçün çevirirdi, bu sözlər başqa dilə çevriləndə də öz dadını, duzunu itirmirdi.
Sayfa 100 - Qanun Nəşriyyatı- 2022·Kitabı okudu
Edebiyat
Hüseyn
Burada məncə dini aspektən yanaşıb Volter.
Reklam
Sinqulyarlıq
Ehtimal ki, dünyanın gələcək ağaları ilə aramızdakı fərq, bizimlə Neandertallların arasındakı fərqdən daha çox olacaq; biz də, Neandertallar da ən azından insanıq, amma bizim varislərimiz tanrı kimi olacaq.
Sayfa 442 - Qanun nəşriyyatı·Kitabı okudu
Tarih ve Siyaset
Zəfinə isimli okura yanıt verildi
Hüseyn
ZəfinəZəfinə müharibələr hər zaman olacaq, müharibələr üçün hər zaman bir bəhanə vardır. İnsanların çoxalması problemi ibtidai dövrdən, yəni insanların oturaq həyata keçməsi ilə başlamışdır. Asılılıq, ərazi bölünmələri, qanunlar, iyeyarxiya və bu kimi bənzər şeylər hamısı oturaq həyata keçdikdən sonra yarandı. Artıq geriyə dönüş yoxdur. Mən düşünürəm ki, təkamül hümanizmi daha effektiv rol oynayır. Üstinsanlar qalsın digərləri isə məhv olmağa məhkumdur. Üstinsan dediyim Nitşenin üstinsanı deyil, burada elmə, cəmiyyətə faydası olan, insanlığın ən əlverişli yolla davam etməsinə fayda verən üstinsanı nəzərdə tuturam. Necə gəldi artımdansa üstinsan DNT-si daşıyan insanların artması daha vacibdir. Digərləri dediyim isə, heç bir şeyə faydası olmayan, sadəcə yeyib, içib, yatan və çoxalan insanları nəzərdə tuturam. Onlar sadəcə yer tuturlar. Ya bu mövqedən hərəkət edərək insan sayının balansını saxlamaq lazımdır, ya da başqa planet. Əlbəttə bu sistemə nəzarət edən rəhbər qrup da gərək özü üstinsan kriteriyalara uysun. Birinci seçim hələki daha real görünür. Süni intellekt sadəcə hələki məlumat bazası rolunu oynayır, onları praktiki cəhətdən öz seçimlərinə buraxmırıq. Ancaq bir fikirləş adi son 20 ildəki texnalogiyalardakı dəyişikliyi fikirləş. Səncə daha neçə il lazımdır süni intellekt sadəcə məlumat bazası rolunu oynasın ? Süni intellekt heç bir duyğu, vicdan və bu kimi anlayışlara sahib olmadığı üçün onlara görə öldürmək silmək mənası daşıyır, onlara görə bundan artıq məna yüklənilmir. Onlar ən əlverişli üsullarla hərəkət edir, bu hərəkət ya bizim sonumuzu gətirəcək, ya da davam etdirəcək. Bunu da zaman göstərəcək.

Hüseyn

, bir kitap okudu
9/10
·95 syf.·
90 günde okudu
·
2024 27. kitabı
Sigmund Freud
7.7/10 · 2.033 okunma
Hüseyn
Bu arada olduqca çətin dildə yazılıb. Və geniş araşdırma tələb edən bir kitabdır
VIII. 6
Biliriz ki bir çocuk kimi zaman daha çok kimi zaman daha az seçik bir sinirce evresinden geçmeksizin uygar gelişimini başarıyla tamamlayamaz. Bunun nedeni daha sonra işe yaramaz olacak olan birçok içgüdüsel istemin çocuğun ussal düşünce işlemleri tarafından bastırılamaması, ama arkasında bir kural olarak endişe güdüsü yatan baskı edimleri yoluyla terbiye edilmesinin zorunlu olmasıdır. Bu çocuk sinircelerinin çoğu büyüme sırasında kendiliğinden yenilir, ve özellikle çocukluk saplantı sinirceleri bu yazgıyı paylaşırlar. Arta kalanları daha da sonra ruhçözümsel sağaltımın ortadan kaldırması gerekir. Tam olarak aynı yolda varsayabiliriz ki, bir bütün olarak insanlık çağlara yayılan gelişiminde sinircelere andırımlı olan evrelere düşer, ve hiç kuşkusuz aynı nedenlerle, çünkü bilgisizlik ve entellektüel zayıflık zamanlarında insanın topluluk yaşamı için zorunlu olan içgüdüsel vazgeçmeler ancak arı sevecenlik kuvvetleri yoluyla yerine getirilebilmişlerdi. Tarih-öncesi zamanlarda yer alan baskıya andırımlı bu süreçlerin tortuları uzun dönemler boyunca uygarlığa bağlı kaldılar. Din böylece insanlığın evrensel saplantı sinircesi oldu, ve tıpkı çocukların saplantı sinirceleri gibi...
Sayfa 55 - İdea Yayınevi Şarap İskelesi Sk. 2/106-107 34425 Karaköy — İstanbul·Kitabı okudu
Psikoloji
Hüseyn
Freud burada dini, uşaqlıq dövründəki inkişafla müqayisə edir. Uşaqlar öz inkişaf dövrlərində bir sıra sinirsel (nervoz) mərhələlərdən keçməlidirlər və bu mərhələlər zamanı bəzən istəklərini basdırmaq və uyğun davranışları öyrənmək üçün müəyyən məhdudiyyətlərə tabe olmalıdırlar. Bu basdırılmış istəklər və nevrozlar, yəni daxili konfliktlər uşaqların şəxsiyyətini formalaşdırır və onların gələcəkdə yetkin bir fərd olmasına yardım edir. Bu prosesdə bəzi sinir vəziyyətləri təbii olaraq yox olur, ancaq bəzi hallarda bu basdırılmış arzular terapiya ilə müalicə olunana qədər davam edə bilər. Eyni analogiyanı insanlıq tarixinə tətbiq edən Freud, insanların əqli və mənəvi cəhətdən yetkinləşmədiyi qədim dövrlərdə instinktlərin basdırılması üçün dindən yararlandığını qeyd edir. O dövrdə insanlar məlumat çatışmazlığı və zəif intellektual səviyyə səbəbindən ictimai həyat üçün zəruri olan bəzi instinktiv hərəkətlərdən çəkinmək məcburiyyətində idilər. Bu, daha çox sevgi və itaət etmə duyğuları vasitəsilə həyata keçirilirdi. Freud, dini “kollektiv nevroz” kimi təsvir edir və onu uşaqların yaşadığı nevrotik hallarla müqayisə edir. Bu mənada, din, insanlığın Ödipus kompleksi və ata ilə olan əlaqələrindən yaranmış olan bir kollektiv nevroz kimi görünür. Freud'a görə, insanlığın dinlə olan münasibəti, nevrotik uşağın inkişafı kimi müəyyən bir "yetişmə prosesinin qaçınılmaz bir nəticəsi" kimi düşünülə bilər. Bu baxışa əsasən, insanların dindən uzaqlaşması, yetkinlik prosesində olduğu kimi təbii bir təkamül mərhələsidir. Bu hissədə Freud'un nəzərdə tutduğu əsas fikir, dinin, insanlığın tarixi boyunca psixoloji bir nevroz olaraq mövcud olduğu və dini inancın inkişafla birlikdə zamanla aradan qalxmasının qaçınılmazlığıdır.
VII. 12
Komşunuzu öldürmemeniz için biricik neden Tanrının bunu yasaklamış ve sizi onun için bu ya da öteki yaşamda ağır bir cezaya çarptıracak olmasıysa, o zaman bir Tanrının olmadığını ve cezasından korkmanız gerekmediğini öğrenince, hiç kuşkusuz duraksamadan komşunuzu öldüreceksiniz ve bunu yapmanızın önüne ancak dünyasal zor geçebilir. Öyleyse ya bu tehlikeli kitleler en sert baskılar yoluyla tüm entellektüel uyanış fırsatlarından dikkatle uzakta tutulmalı, ya da kültür ve din arasındaki ilişki temel bir düzeltmeden geçmelidir.
Sayfa 50 - İdea Yayınevi Şarap İskelesi Sk. 2/106-107 34425 Karaköy — İstanbul·Kitabı okudu
Psikoloji
Zəfinə isimli okura yanıt verildi
Hüseyn
Bu fikir sadəcə dindarlıqdan dinsizliyə və ya ateistliyə keçid edənlər üçün keçərlidir. Əvvəldən dinə bağlı olmayan insanlar dəyərlərini dini təməllər üzərində yox, dünyəvi təməllər üzərində qurduğu üçün bu cür problemlə üzləşmirlər