Hüseyn

Görünməz ordular
QİÇS-in dəhşətli nəticələrinə və malyariya kimi yoluxucu xəstəliklər üzündən hər il milyonlarla insanın həlak olmasına baxmayaraq, əvvəlki min illə müqayisədə epidemiyalar bu gün sağlamlıq üçün daha kiçik bir təhdidə çevrilib. İnsanların böyük əksəriyyəti yoluxucu olmayan xərçəng və ürək xəstəliyindən, ya da sadəcə qocalıqdan ölür. (Yeri gəlmişkən, xərçəng və ürək xəstəliyi müasir xəstəliklər deyil, bunlara qədim dövrlərdə də rast gəlinib. Amma qədimdə insanlar o qədər uzun yaşamırdı ki, bu xəstəliklər üzündən həyatını itirsin).
Sayfa 22 - Qanun Nəşriyyatı - 2022·Kitabı okuyor
Tarih ve Siyaset
Hangi tür kitapları seviyorsun? 🔎 Polisiye 💕 Romantik 🚀 Bilim Kurgu 🏰 Fantastik 📖 Klasik 🧠 Kişisel Gelişim 🏛️ Tarih 😱 Gerilim
Görünməz ordular
Son illərin ən böyük tibbi uğursuzluğu kimi baxılan QİÇS faciəsində də irəliləyiş əlamətləri tapmaq mümkündür. 1980-ci illərdən bu yana 30 milyondan çox insan QİÇS-dən ölüb, on milyonlarla insan fiziki və psixoloji sıxıntılardan əziyyət çəkib. Bu yeni epidemiyanın diaqnozu və müalicəsi çox çətin idi, çünki QİÇS unikal və xain bir xəstəlikdir. Çiçək virusuna yoluxan insan bir neçə gündə ölür, amma HİV-pozitiv bir xəstə həftələrlə, hətta aylarla sağlam görünə bilər və bu müddət ərzində özü bilmədən xəstəliyi başqalarına da yoluxdura bilər. Bundan əlavə, HİV virusunun özü öldürmür. İnsanın immun sistemini (orqanizmin müqaviməti) məhv edərək xəstəni bir çox başqa xəstəlik qarşısında müdafiəsiz hala gətirir. Əslində QİÇS qurbanlarını öldürən bu ikinci dərəcəli xəstəliklərdir. Beləliklə, QİÇS yayılmağa başladıqda nə baş verdiyini anlamaq çox çətin idi. 1981-ci ildə Nyu-York xəstəxanasına aparılan iki xəstədən biri sanki sətəlcəmdən, digəri isə xərçəngdən can verirdi. Lakin onların ikisinin də aylar, bəlkə də illər öncə yoluxduqları HİV virusunun qurbanları olduğuna dair heç bir sübut yox idi.
Sayfa 21 - Qanun Nəşriyyatı - 2022·Kitabı okuyor
Tarih ve Siyaset
Görünməz ordular
Çiçək əleyhinə peyvənd üçün təşkil edilmiş qlobal kampaniya o qədər uğurlu oldu ki, 1979-cu ildə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bəşəriyyətin qalib gəldiyini və çiçək xəstəliyinin kökünün kəsildiyini elan etdi. Bu, insanların yer üzündən silib ata bildiyi ilk epidemiya idi. 1967-ci ildə 15 milyon insan çiçək xəstəliyinə yoluxmuş və onlardan 2 milyonu həyatını itirmişdi, amma 2014-cü ildə bu xəstəlikdən əsər-əlamət də qalmamışdı. Bu qələbə o qədər tam və qəti idi ki, bu gün ÜST insanlara çiçək xəstəliyinə qarşı peyvənd vurulmasını dayandırıb. Bir neçə ildən bir yeni epidemiya ehtimalı hələ də bizi təşvişə salır: 2002-2003-də SARS, 2005-ci ildə quş qripi, 2009-2010-da donuz qripi və 2014-cü ildə Ebola xəstəliyinin yayıldığı zaman olduğu kimi. Lakin təsirli tədbirlər sayəsində nisbətən az qurban verərək bunların da öhdəsindən gəlməyi bacardıq.
Sayfa 20 - Qanun Nəşriyyatı - 2022·Kitabı okuyor
Tarih ve Siyaset
Görünməz ordular
İmmuniteti inkişaf etməmiş uşaqlar xüsusilə həssas olduğundan, belə xəstəliklər çox vaxt "uşaq xəstəlikləri" adlandırılırlar. İyirminci əsrin əvvəlinə qədər uşaqların təxminən üçdə biri qida çatışmazlığı və xəstəliklər ucbatından yetkinlik yaşına çatmadan ölürdü.
Sayfa 19 - Qanun Nəşriyyatı - 2022·Kitabı okuyor
Tarih ve Siyaset
Görünməz ordular
1918-ci ilin yanvarında Fransanın şimalındakı səngərlərdə minlərlə əsgər qripin dərmanlara qarşı müqavimət göstərən bir növündən - "ispan qripi"ndən öldü. Epidemiya bir ildən də qısa müddət ərzində 50-100 milyon arasında insanın həyatına son qoydu. Halbuki 1914-1918-ci illərdə Birinci Dünya müharibəsində 40 milyon insan ölmüşdü.
Sayfa 18 - Qanun Nəşriyyatı - 2022·Kitabı okuyor
Tarih ve Siyaset