Hüseyn

Bioloji yoxsulluq həddi
Son yüz ildə texnoloji, iqtisadi və siyasi tərəqqi daha etibarlı təhlükəsizlik sistemi yaratmış cə bəşəriyyəti bioloji yoxsulluq həddində yaşamaqdan qurtarmışdır. Bəzi yerlərdə zaman-zaman kütləvi aclıqlar baş versə də, bunlar müstəsna hallardır və təbii fəlakətlərin deyil, siyasətin nəticələridir. Əgər Suriya, Sudan və ya Somalidə insanlar aclıqdan ölürsə, bu, bəzi siyasətçilər belə istədiyi üçün baş verir.
Sayfa 12 - Qanun Nəşriyyatı - 2022·Kitabı okuyor
Tarih ve Siyaset
Hangi tür kitapları seviyorsun? 🔎 Polisiye 💕 Romantik 🚀 Bilim Kurgu 🏰 Fantastik 📖 Klasik 🧠 Kişisel Gelişim 🏛️ Tarih 😱 Gerilim
Bioloji yoxsulluq həddi
Günəş Kral XIV Lüdovik Versal sarayında məşuqələri ilə əylənib vaxt keçirərkən, 1692 və 1694-cü illər arasında əhalinin 15 faizi, təxminən 2,8 milyona yaxın fransız aclıqdan ölmüşdü. Ertəsi il, 1695-də Estoniyanı caynağına keçirən aclıq əhalinin beşdə birini həlak etmişdi. 1696-cı ildə növbə Finlandiyaya çatmış, əhalinin təxminən üçdə biri həyatını itirmişdi. Şotlandiya isə 1695 və 1698-ci illər arasında sərt qıtlıqdan əziyyət çəkmiş, bəzi bölgələrdə əhalinin 20 faizi həlak olmuşdu.
Sayfa 12 - Qanun Nəşriyyatı - 2022·Kitabı okuyor
Tarih ve Siyaset
Bioloji yoxsulluq həddi
Qədim Misiri, ya da orta əsrlərdə Hindistanı sarsıdan güclü quraqlıqlar zamanı əhalinin 5-10 faizinin həlak olması nadir hal deyildi. İmkanlar məhdud idi; kifayət qədər ərzaq ehtiyatını daşımaq üçün lazım olan nəqliyyat çox ləng və bahalı idi; üstəlik bunları təşkil etməli olan hökumətlər də çox zəif idi.
Sayfa 11 - Qanun Nəşriyyatı - 2022·Kitabı okuyor
Tarih ve Siyaset
I İnsanın yeni gündəmi
Tarixdə ilk dəfədir ki, toxluqdan ölən insanların sayı aclıqdan ölənlərin sayından çoxdur. İnsanların əksəriyyəti infeksion xəstəlikdən yox, qocalıqdan ölür; intihar edənlərin sayı əsgərlər, terroristlər və cinayətkarlar tərəfindən qətlə yetirənlərin ümumi sayından daha çoxdur. 21-ci əsrin başlanğıcında orta hesabla bir insanın McDonalds yeməklərini tıxmaqdan ölmə ehtimalı quraqlı, Ebola virusu və ya Əl-Qaidə terrorundan həlak olmaq ehtimalından daha yüksəkdir.
Sayfa 10 - Qanun Nəşriyyatı - 2022·Kitabı okuyor
Tarih ve Siyaset
I İnsanın yeni gündəmi
XX əsrin Çinində, orta əsrlər Hindistanında və qədim Misirdə insanlar daim üç başlıca problemlə məşğul olublar: aclıq, yoluxucu xəstəliklər və müharibələr həmişə siyahının əvvəlində yer alıb. Bir çox peyğəmbər və mütəfəkkir isə aclıq, xəstəlik və müharibələri Tanrının kosmik planının, ya da bizim qüsurlu təbiətimizin bir hissəsi olduğunu və qiyamətə qədər bunlardan qurtula bilməyəcəyimizi iddia etmişdir.
Sayfa 9 - Qanun Nəşriyyatı - 2022·Kitabı okuyor
Tarih ve Siyaset