Həyata baxış
Biz, bəlkə də, tələyə düşmüşdük, amma hələ də həyat adlı rəqsimizdə bizi yaradan enerji mənbəyi tərəfindən birləşdirilmiş ruhlar idik.
Sayfa 63 - TEAS Press Nəşriyyat Evi·Kitabı okudu
Zaman keçdikcə insanın düşüncələri, həyata baxış bucağında dəyişir. İllər keçdikcə yaş üstünə gələn yaş yox, yaşadıqları insanı insan edir.
Sayfa 46·Kitabı okudu
1000Kitap
Tatil planı hazırsa sıra okuma listenizde!
Bu yaz yanınızdan ayırmak istemeyeceğiniz kitapları sizin için bir araya getirdik. 💬 Siz olsanız bu listeden hangisiyle başlardınız?
Hazırda bu kitabı oxuyan gözəl insan, indilərdə həyatının ən pis dövrlərini yaşaya bilərsən və ya həyatın xoşbəxt, pozitiv günlərlə dolu ola bilər. Hər bir halda həyata bir baxışın var və bu baxış nə qədər genişdirsə, istənilən vəziyyətin öhdəsindən gələ bilərsən.
Duygu ve Düşünce
Hər şərdə bir xeyir var.
Baxış, təbəssüm, üzünün ifadəsi... Ondakı hər şey dəyişmişdi. Sanki o, ayrı bir xasiyyətlə başqa həyat tərzi olan yeni bir aləmə daxil olmuşdu. Ondakı səadətə və ölümə sövq edən bütün xüsusiyyətlər başqa xarakter almışdı. Aydın gözləri gələcəyə və xoşbəxtliyə ümid ifadə edirdi. O, cəsarətsizliklə deyil, sakit və qətiyyətlə baxırdı. İndi həyata cəsarətlə baxır, gələcəyi düşünərkən titrəmir, gözləri qorxu və soyuq bir parıltı ilə yanmırdı.
«Əbdül və Şahzadə»·Kitabı okudu
Ölüm
Əbədiyyətə gedən yol yalnız ölümdən keçir, Ted. Ölüm bizim başqa bir həyata mənsub olduğumuza şahidlik edir. Yarımçıq həyatda məna görsənmir, məna yalnız əbədi həyatdadır. Əbədi həyatı nəzərə almadan ölümə baxmaq isə insanı dəhşətə salır. Bu baxış yarımçıq, məhdud həyatımızı da gözümüzdən salır.
Sayfa 237 - Qədim Qala·Kitabı okudu
Alıntı
- Yox, mən bilmək istəyirəm ki, niyə siz dərk etmək, iztiraba nifrət bəsləmək və sairədə özünüzü səlahiyyətli hesab edirsiniz? Məgər siz ömrünüzdə iztirab çəkməmisiniz? İztirabın nə olduğunu bilirsiniz? Bağışlayın, sizi heç uşaqlıqda qamçı ilə döyüblər? -Xeyr, mənim ata-anam fiziki cəzaya nifrət edirdilər. - Məni isə atam rəhmsizcəsinə döyərdi. Atam yorğun, əzgin və sərt xasiyyətli bir məmur idi, burnu uzun, boynu sarı idi. Lakin gəlin sizin barənizdə danışaq. Bütün ömrümüz boyu sizə heç kəs barmağının ucu ilə belə toxunmamış, heç kəs sizi qorxutmamış, döyməmişdir, siz öküz kimi sağlamsınız, atanızın qanadı altında böyümüş və onun hesabına oxumuşsunuz, sonra birdən-birə işi az, maaşı çox olan qulluğa girmisiniz. İyirmi ildən artıq yanacağı, işığı, qulluqçusu olan havayı mənzildə yaşamısınız və istədiyiniz kimi, istədiyiniz qədər işləmək, hətta heç işləməmək hüququna malik olmusunuz. Siz təbiətcə tənbəl, lırt bir adamsınız, ona görə də həyatınızı elə qurmağa çalışıbsınız ki, sizi heç bir şey narahat eləməsin və yerinizdən dəbərtməsin. İşlərinizi feldşerə və ya başqa yaramaz adamlara təhvil verib, özünüz isti və sakit bir yerdə oturmusunuz, vaxtınızı pul toplamaqla, kitab oxumaqla, cürbəcür yüksək mənasızlıqları düşünməklə və (İvan Dmitriç doktorun qırmızı burnuna baxdı) sərxoşluq sərxoşluq etməklə keçirmisiniz. Xülasə, həyatı görməmisiniz, onu əsla tanımırsınız, həqiqətlə isə yalnız nəzəri cəhətdən tanış olmusunuz. İztiraba nifrət bəsləməyinizin və heç bir şeyə heyrətlənməmənizin səbəbi isə olduqca sadədir: mənasız fikirlər və qayğılar, həyata, iztirablara və ölümə xaricən və daxilən nifrət bəsləmək, həyatın mahiyyətini dərk etmək cəhdləri, həqiqi nemət – bütün bu fəlsəfə Rusiya tənbəlləri üçün ən əlverişli bir şeydir. Məsələn, siz bu mujikin öz arvadını döydüyünü