İlahe Ehmed

İlahe Ehmed
@iililand
Kitabşünas
ADMİU BDU
Bakı
10 Şubat 1996
45 okur puanı
Nisan 2021 tarihinde katıldı
10/10
·276 syf.··
Beğendi
·
2021 20. kitabı
·
13 günde okudu
·
Okunma: 19 Temmuz 2021 00:10
Dorian Gray’in Portresi - Oscar Wild Elə bir əsərdir ki, haqqında saatlarla doymadan danışa bilərəm. Əsər Oscar Wildın ilk və tək romanıdır. Nəşr olduğu dövrdə əxlaqsızlıqla günahlandırılan Oscar iki il həbs olur. Sərvəti, şöhrəti əldən gedən yazar daha sonra Parisdə bir oteldə ölü tapılır. Kitabındakı bu sözlər isə məncə əsl cavabdır: “İnsanların əxlaqsız deyə adlandırdığı kitablar insanları öz əxlaqsızlıqları ilə üzləşdirən kitablardır. Hamsı bu.” Bir ruh hekayəsi adlandırdığı əsər məsum, saf bir gənc olan Dorianın dəyisimi, dostu rəssam Basil və Lord Henrynin ətrafında cərəyan edir. Müəllif əsərin qəhrəmanları haqqında bir məktubunda belə yazmışdır: “Basil Hallword mən olduğumu düşündüyüm insan;Lord Henry, dünyamın mən olduğumu düşündüyü insan;Dorian Gray isə mən olmaq istədiyim insandır. Bəlkə başqa bir çağda....” Doriana görə həyatda zövq və həzzin təməli pislikdədir. Gözəlliyə olan vurğunluğu ilə həyatı dəyişən Dorian o qədər gözəldir ki, insanlar onun pis ola biləcəyinə ehtimal vermirlər. Bu isə çirkin insanlar pis ola bilər düşüncəsinə bir toxunuşdur! Əsər zəngin dili ilə, aforizmaların, fəlsəfi yanaşmaların bir birini izləməsiylə oxucuya sadəcə zövq verir. Narahatedici həqiqətləri dilə gətirən Lord obrazı isə həyata baxışı ilə və şeytani xarakteri ilə çox amma çox fərqlidir. Fikirləri olduqca məntiqli və ağıllıdır. İnkar etməyə çalışsam da 99% düşüncəsi ilə razıyam.Hanrynin Dorianin həyatında oynadığı rolu bu cümləsi ilə ifadə edə bilərəm: “Mənə hər zaman düşkün olacaqsan, Dorian. Çünki, mən sənin işləməyə heçbir zaman curət edə bilməyəcəyin bütün günahları təmsil edirəm” Bəs curət etdi mi? Oxuduğum ən fərqli əsər deyə bilərəm bu möhtəşəm roman haqqında. Oxuyarkən hər cümlənin dərinliyi məni yavaşlatsa da bitdikdə aldığım zövqü, oxuduğum kitabın
Dorian Gray'in PortresiOscar Wilde · Can Yayınları · 201999,3bin okunma
📚🔔 Tatil zili çaldı! Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞 Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖

İlahe Ehmed

, bir kitap okudu
10/10
·276 syf.··
Beğendi
·
13 günde okudu
·
Okunma: 19 Temmuz 2021 00:10
·
2021 20. kitabı
Oscar Wilde
8.2/10 · 99,3bin okunma
10/10
·272 syf.··
Beğendi
·
2021 23. kitabı
·
7 günde okudu
·
Okunma: 27 Temmuz 2021 17:40
J.K. Rowling - Harry Potter ve Felsefe taşı Kitabsevərlər tərəfindən bilinən, filmsevərlər tərəfindən izlənən bu məhşur əsər haqqında post yazmaq zamanı gəldi cə çatdı... İllər öncə filmlərini sevərək, inanaraq, yaşıyaraq və bəyənərək izləmiş, özümü oraya aid hiss etmişdim. Ən sevdiyim obraz, bina bilə hələdə dəyişmir. Artiq 25 yaşım var və mən nəhayət bu möhtəşəm əsərin bütün kitablarını alıb tamamladım. Qeyd edim ki, bu postda kitabın mövzusuna çox toxunmayacam. Davam edək:) İlk kitabı oxuyub bitirdim. O qədər qəribə hislər keçirdim ki, ifadə etsəm çox uzun bir yazı alınacaq. Fildən fərqli olan məqamlar ayrı bir xoşuma gəldi. Altını xətlədiyim cümlələr, oxuyarkən gözümdə canlandırdığım səhnələr o qədər duyğusallaşdırdı ki məni kitab heç bitməsin istədim. Və beləcə bu seriyanı asta sata zamanla oxuyub bitirməyi qərara aldım və İnşallah bitirdikdən sonra yenidən oxumaq da arzumdur. Mövzu: Harry Potter adlı bir oğlan sadə bir həyat yaşarkən bir bayquşun məktubu ilə bütün həyatı dəyişir. Hogwarts Cadılık ve Büyücülük Okuluna qəbul edildiyinin öyrənir. Çoxlu macəralar, sehirlər, obrazlarla dolu olan bu kitabda biz Harrynin yaşının az olmaöına baxmayaraq bacarıqlı bir büyücü olma yolunu oxuyuruq. Əslində Harry haqqında fikirlərim çoxdur. Seçilmiş uşaq olsa da onu Voldemordun yaratdığını və Albus Dumbledore-un sayəsində bir əfsanə olduğuna inanıram. Bu hər hansı bir uşaq da ola bilərdi amma Vold onu seçdi. Kəhanət olsa da bu Neville də ola bilərdi. Bu arada yoxlamasam da qəlbən üzümü Slytherinə yaxın hiss edirəm. Səbəb isə ən sevdiyim obrazın Severus Snape olmasıdır :) Qısaca, yaşınızın fərqi olmadan daxilinizdə heçkimin görmədiyi fantastik dünyanız varsa bu seriyanı mütləq oxuyun. Növbəti kitab postlarında ürək dolusu danışmaq ümidi ilə, Sihirle kalın
Harry Potter ve Felsefe TaşıJ. K. Rowling · Yapı Kredi Yayınları · 202065bin okunma
10/10
·200 syf.··
Beğendi
·
2021 21. kitabı
·
3 saatte okudu
·
Okunma: 20 Temmuz 2021 01:30
Death Note 2 Oxudugum bu manga seriyasının ilk kitabı haqqında post paylaşmışdım. İndi isə növbəti manganın qısa rəyini bölüşəcəm... Seriyanın davamı olduğu üçün əlavə məlumat verməyim tənii ki, spoiler olacaq. Ancaq bir neçə fikir qeyd edim:) Manga yapon ədəbiyyatı nümunəsi olub sondan əvvələ sagdan ola doğru oxunur. Bu manganın möhtəşəmliyi isə sözlə izah oluna bilməz. Death nota sahib olan Kira ilə L arasəndakı qarşıdurma sürət kəsmədən davam edir. Ağıl oyunları, birbirlərinə atdıqları addımlar ssenarini kim yazmışsa halal olsun dedirdir. Yeni obrazların əlavə olundugu bu iki manganı nəfəsimi tutub oxudum Qeyd edim ki manga 14 kitabdan ibarətdir. Bundan sonraki kitablarda incələmə olmadan bölüşəcəyim bu manga seriyasını çox sevdiyimi indidən qeyd edim. Son kitabda ümumi seriya haqqında incələmə yazmağı düşünürəm. Qısaca, oxumaq istəyən olsa mütləq şans versin. Yaşım nə olur olsun istər klassik istər belə maraqlı və fərqli əsərləri oxumaqdan dönməyəcəm.
Ölüm Defteri 2Tsugumi Ooba · Akılçelen Kitaplar · 20115,2bin okunma