İlahe Ehmed

İlahe Ehmed
@iililand
Kitabşünas
ADMİU BDU
Bakı
10 Şubat 1996
45 okur puanı
Nisan 2021 tarihinde katıldı

İlahe Ehmed

, bir kitap okudu
8/10
·54 syf.··
Beğendi
·
25 saatte okudu
·
Okunma: 21 Ağustos 2021 00:00
·
2021 26. kitabı
Halil Cibran
7.5/10 · 85,4bin okunma
Ters Köşe Final Sevenler Buraya!
Bazı hikâyeler tam tahmin ettiğin gibi ilerler. Bazılarıysa son sayfada tüm bildiklerini sorgulatır. 🤯 Ters köşeleri seviyorsan, seni sonuna kadar merakta bırakacak 3 kitap önerisini keşfetmeye hazır ol!
8/10
·54 syf.··
Beğendi
·
2021 26. kitabı
·
25 saatte okudu
·
Okunma: 21 Ağustos 2021 00:00
Ermiş - Halil Cibran Son vaxtlar sevilərək oxunan əsərlərdən olduğu üçün mənim də diqqətimi çəkdi və oxudum... Aforizmalar ilə zəngin olan, oxucusuna səni tanıyıram deyən, söhbət tərzi yazıldığı üçün insanda daha səmimi hislər yaradan bu əsər sevgi, eşq, evlilik, ailə, din, zaman, cəza, dostluq, sevinc və s. kimi həyatımızın tamamını dolduran duyğu və hadisələrin mənalarını izah etməklə bir dərs xarakteri daşıyır. Bütün bunlar 12 il Orphalese şəhərində qalan, öz yurduna qayıdarkən şəhər əhalisi ilə vidalaşan El Mustafanın dilindən 26 başlıq altında nəql edilir. Əsəri sevənlər çox sevir. Mənim üçün möhtəşəm olmasa da oxuyanın özünə nəyisə qatacağı üçün bəyəndiyim bir əsər oldu. Altını xətlədiyim cümlələr olduqca çox oldu. Oxuyanların təsirlənəcəyinə, özündən, həyatından bir parça tapacağına inanıram. Siz də fəlsəfi düşüncələrə önəm verirsinizsə oxuya bilərsiniz. 20.08.21 21.08.21
ErmişHalil Cibran · Türkiye İş Bankası Kültür Yayınları · 202385,4bin okunma
Empati - Adam Fawer
10/10
·689 syf.··
Beğendi
·
2021 19. kitabı
·
13 günde okudu
·
Okunma: 14 Temmuz 2021 00:00
Müəllifin Olasılıksız kitabını oxuyub inanılmaz çox sevdiyim üçün bütün kitablarını oxuma qərarı almışdım. Empati kitabını iyulun ilk yarısında bitirsəm də postu indi yazmağa fürsət tapıram. İlk anki hislərimi ifadə edə bilməsəm də, əmin olduğum bir şey var ki,əsər mükəmməl idi. Bu Adam nə yazsa oxuyaram Əsər inanılmaz axıcı və maraqlı idi. Müəllifin toxunduğu mövzular məncə hər kəs üçün maraqlıdır. Bədii əsər, bir sujet oxuyarkən eyni zamanda da maraqlı faktlar, məlumatlar, xüsusi anlayışlar və s. zəngin informasiyalar alırıq. O qədər danışa bilərəm ki, bu əsər haqqında.689 səhifəni nəfəssiz oxudum. Sonluğu davamı olacaqmı düşüncəsi ilə bitirdim. Məncə bu mövzunun davamı olsun:) amma hələ məlumatım yoxdur. Sonsuz bir empati gücünə sahib olan insanlar olduğunu bilirdiniz? Bu empatların duyğuları səs,rəng,qoxu olaraq qəbul etdiyini, ütünlüklərini və problemlərini nece? Sinestezi, enoklofob, hafefob, gnostizm kimi terminlər maraqlıdır? Din, Tanrı, iradə gücü? Edisonun həyatını heç araşdırmısız? Bəs Tesla? Elektrik axımı bizə necə təsir edir? Paperclip, MK-Ultra, Bluebird nədir? Tarixdə zehin kontrolu ilə məşğul olanlar haqqında məlumat alacaqsız desəm? Əsər haqqında günlərlə danışmaq olar. Oxuduqca öyrənəcək, öyrəndikcə zövq alacaq və maraqlı süjetin heç bitməyəcəyini istəyəcəksiniz. Empati duyğuları güclü olan, qarşısındakinin duyğularını bükən Laszlo, Elijah və Winterin güclərindən istifade etmək istəyən bir qurum,Dorian adlı qadın və digər empatların yer aldığı möhtəşəm bir səyahətə çıxmaq istəyirsinizsə heç düşünmədən bu əsərə şans verin. Tək kəlimə ilə möh tə şəəəm. Bu zövqu yenidən almağı, müəllifin hər iki kitabını yenidən oxumağı, ordakı bütün məlumatları dərindən bilməyi çox istərdim... Nəysə :) indidən bu ilin favorit əsərlərindən biridir deyə
EmpatiAdam Fawer · April Yayıncılık · 202337bin okunma
8/10
·179 syf.··
Beğendi
·
2021 24. kitabı
·
6 günde okudu
·
Okunma: 02 Ağustos 2021 01:33
Hamlet - William Shakespeare Dünya ədəbiyyat tarixində iz qoymuş yazar olan Shakespearein ən məhşur pyeslərindən biri də Hamletdir. Əsərin yaranması haqqında bir neçə fikir irəli sürülür. Shakespearedən əvvəl bu sujet bir neçə dəfə işlənmiş və fərqli adlarla tanınmışdır. Məsələn, İslandiya qəhrəmanı Amiothi əfsanəsi, Danimarkalı Saxo Grammaticusun Danimarka tarixi əsəri, Fransız Belleforestin Tragedik hekayələri (ingilis dilinə The hystorie of hamlet olaraq çevrilmişdir), Hamlet adı ilə isə Shakespearedən əvvəl Thomas Kyd adlı birinin yazdığı ehtimal edilir. Həmçinin J.D. Wilson italyanca basqa bir əsər də olacağını deyir. Bu mənbələrin qeyd olunması da heç təsadüfi deyil. Cünki adıkeçən əsərlərdə obraz adları fərqli olsa da sujet xətti demək olar ki eynidir. Bir neçə məqam və Hamletin xarakteri istisna olmaqla. Kitabı oxuduqda bunları daha yaxşı anlayacaqsınız. Əlqərəz, hərkəsə məlum olan, əsrlərə meydan oxuyan bu əsərin mövzusu və əsərdə çatdırılmaq istənilən fikirlər hələ də öz yerini tapa bilir. Mövzu: Danimarka kralının oğlu Hamlet hərkəs tərəfindən sevilən igid biridir. Atasının ölümü, haqqı olan taxta əmisinin çıxışı, anasının yeni krala qadın olması Hamletdə intiqam atəşinin yanmağına, ədalət zəfərinin çalınması üçün davranmağa səbəb olur.İnsanların dəli olaraq gördüyü amma hərşeydən xəbərdar olan Hamletin qurduğu cümlələr, onun düşüncələri, insana, həyata yanaşma tərzi mənim kitabi oxuyarkən zövq almağıma səbəb oldu. Altı xətlənmiş cümlələrin çoxluğu mənə kitabın boş yerə tarixdə iz qoymadıöını göstərdi. Hər kəsin klassika oxumağını mütləq hesab edən biri kimi Hamleti də siyahınıza əlavə etməyi unutmayın deyirəm :) Yazarın həyatı haqqında oxumaq isə hər zaman mənə fərqli bir zövq verir. Shakespearein həyatını oxuyarkən öyrəndiklərim də mənim üçün dəyərli
HamletWilliam Shakespeare · Türkiye İş Bankası Kültür Yayınları · 202358,5bin okunma