İlahe Ehmed

İlahe Ehmed
@iililand
Kitabşünas
ADMİU BDU
Bakı
10 Şubat 1996
45 okur puanı
Nisan 2021 tarihinde katıldı

İlahe Ehmed

, bir kitap okudu
10/10
·200 syf.··
Beğendi
·
3 saatte okudu
·
Okunma: 20 Temmuz 2021 01:30
·
2021 21. kitabı
Tsugumi Ooba
9.1/10 · 5,2bin okunma
📚🔔 Tatil zili çaldı! Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞 Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
9/10
·304 syf.··
Beğendi
·
2021 18. kitabı
·
3 günde okudu
·
Okunma: 04 Temmuz 2021 23:33
MOMO - Michael Ende Momo adlı bir qızcığaz şəhərin teatr xarabalıqların yaşayır. Tapdığı və ona verilənlərdən başqa heçnəyi olmayan Momo hərkəsin sevimlisinə çevrilir. İnsanları dinləmək bacarığı isə onun önəmli xüsusiyyətlərindən biridir. Hər kəslə dost olan Momonun iki ən yaxın dostu isə qoca Beppa və Gigidir. Bir gün insanların zaçanını oğurlayan duman adamlar şəhərə gəlir. Hər kəsi aldadan duman adamlar üçün sevdiklərinizə ayırdığınız vaxt belə boşdur və zamana qənaət etmək lazımdır. Onlara qarşı bir tısbağa və Horo Ustanın köməyi ilə vuruşan Momo hansı nəticəni əldə edir? Kitab uşaq ədəbiyyatı olaraq bilinsə də böyüklərin mütləq oxumalı olduğunu düşünənlərdənəm. Toxunulan mövzu isə aktualdır. Kitab düşündürür! Küçədə oynayan uşaqların belə sayı azalarkən, onların xəyal gücünü texnologiya ilə məhv edərkən, işləyib övladlara zaman ayırmazkən, texnologiya hər işi bu qədər “asanlaşdırmışkən” hələ də zaman çatışmazlığı yaşarkən biz nə etməliyik? Zaman axır və gedir. Biz də onunla birgə. Sevərək və sevdiklərimizlə birgə yaşamaq lazımdır hər dəqiqəmizi.... Əlqərəz, kitab asan dili ilə sürətlə oxunur. Əminəm ki, oxuyub sevənləriniz çox olacaq. Mən çox sevdim, bəyəndim, duyğulandım, düşündüm. Və Momonu heç unutmayacamı anladım... “Oysa zaman yaşamın kendisidir. Ve yaşamın yeri yürektir” (İyul ayının ikinci kitabı haqqında və xətlədiyim cümlələr haqqənda çox danışa bilərdim. Odur ki, sizə oxumağı tövsiyə edirəm.) 02.07.21 21:10 04.07.21 23:33
MomoMichael Ende · Pegasus Yayınları · 201782,4bin okunma
9/10
·111 syf.··
Beğendi
·
2021 17. kitabı
·
3 günde okudu
·
Okunma: 02 Temmuz 2021 17:24
Fareler ve insanlar - John Steinbeck Kitabsevərlər tərəfinsən tanınan və sevilən əsər öz oxucuları tərəfindən bəyənilir. Mən də bu cür əsərləri oxumağa üstünlük verdiyim üçün gec də olsa Siçanlar və insanlarla tanış oldum. Müəllif Nobel mükafatını boşuna almayıb deyə düşündüm. Qələmi qüvvəti ilə seçilən Steinveck sadə dili axıcılığı, aktuallığı, obrazlarının təbiiliyi ilə seçilir. Əsərləro adətən özünün də yaşamış olduğu Salinas Vadisinə keçir. İşçi sinfinin, əməkci insanların həyat savaşı, problemləri onun əsərlərinin merkezində dayanır. Sözügedən əsərlərindən biri olan Siçanlar və insanlarda biz bir-birlərinin əksi olan iki obrazı- ağıllı, çalışqan, besteboy George Milton və güçlü-qüvvətli, ağıldan biraz kəm, iri-yarı dostu Lennie Smallın hekayəsini oxuyuruq. Hər ikisi çalışaraq həyatlarını günlük yaşayan işçidir. Ancaq bir fərqləri var. Onlar xəyal qura bilir... Kiçik bir torpaq, heyvanlar, əkib becərərək heç kime möhtac olmadan yaşamaq. Bir-birlərinə dəstək olan bu iki dostun və digər obrazların timsalında qarın toxluğuna çalışan insanları, eyni zamanda irqçilik mövzusuna toxunur... Bəs bu insanların talehi necə dəyişir? Dəyişir? Asan oxunan bu əsəri bəyənərək bitirdim. Və oxumaq istəyənlərə müəllifin qələmi ilə tanışlıq üçün ideal bir əsər kiçi tövsiyə edirəm. Yazardan oxumaq istədiyim əsərləri də İnşallah oxuya bilərəm. İyul ayının ilk kitab rəyi bu qədər idi. Hər kəsə xoş mütaliələr
Fareler ve İnsanlarJohn Steinbeck · Sel Yayıncılık · 2023211,9bin okunma
4/10
·256 syf.··
2021 16. kitabı
·
25 günde okudu
·
Okunma: 28 Haziran 2021 22:35
Ramiz Rövşən - Sevgi açarı Hər birimizin tanıdığı görkəmli şairimiz Ramiz Rövşənin yeni nəşr olunmuş kitablarından birini almağı özümə borc bildim. Çünki mən müasir ədəbiyyatımızı heç oxumuram. Ağlımda digər kitabı olsa da mağazada məhz Sevgi açarı ilə qarşılaşdım. və aldım. Mənim müasir şeirlərlə aram çox da yaxşı deyil. Qulaq aşınalığım olan şeirlər də məhv Ramiz Rövşənin şeirləri idi. Daha çox Nizami, Füzuli, Xətai, Sabir, Şəhriyyar oxumağı sevən və onlarən irsindən doymayam mən bu kitabla çoxlu şeirlər oxudum. Kitabda həmçinin “Xəyanət” adlı bir kinopovest də var. Müəllif bu kitabı cavanlara hədiyyə etdiyini və tanınan bilinən şeirləri ilə yanaşı heç vaxt çap olunmamış, gənclik illərindən indiyə qədər yazmış olduğu şeirlərinin toplandığını qeyd etmişdi. @teaspressaz nəşriyyatından çıxan kitabın cildi çox gözəldir. Əlbəttə ki, hərf səhləri də öz yerindədir. @kitabevim.az -da. 13azne əldə etmişəm. Kitabda altını xətlədiyim, bəyəndiyim misralar oldu. Amma niyəsə “toxunmayan” şeirlər də çox oldu. Bu haqda rəy yazmaq mənə düşməz:) Sadəcə deyim ki, Ramiz Rövşənin öz sesi, səsləndirməsi ilə şeirlərini dinləmək daha gözəldir. Şeir sevənlərə tövsiyə edirəm. Mən isə şeirlərdən uzun müddət ayrı qalacam:)
Sevgi açarıRamiz Rövşən · Teas Press · 2019109 okunma