İlahe Ehmed

İlahe Ehmed
@iililand
Kitabşünas
ADMİU BDU
Bakı
10 Şubat 1996
45 okur puanı
Nisan 2021 tarihinde katıldı

İlahe Ehmed

, bir kitap okudu
10/10
·151 syf.··
Beğendi
·
33 saatte okudu
·
Okunma: 26 Nisan 2021 03:33
·
2021 10. kitabı
George Orwell
8.6/10 · 296,9bin okunma
Tatil planı hazırsa sıra okuma listenizde!
Bu yaz yanınızdan ayırmak istemeyeceğiniz kitapları sizin için bir araya getirdik. 💬 Siz olsanız bu listeden hangisiyle başlardınız?
5/10
·87 syf.··
Beğendi
·
2021 13. kitabı
Fyodor Dostoyevski - Nalayiq lətifə 1862-ci ildə dərc olunan “Nalayiq məzəli əhvalat” Dostoyevskinin satirik üslubda yazılmış əsəridir. Əsər dövlət müşaviri, 43 yaşlı general İvan İliç Pralinskinin “humanizm” göstərmək ideyası ilə xəbərsiz şəkildə öz işçisinin toyuna gəlməsindən və bu “humanizm”in onu necə rüsvay edərək gülünc vəziyyətə salmasından bəhs edir. Əsərdə eyni zamanda Pseldonimovun timsalında “kiçik adam”ların həyat şəraiti, toy atmosferi və Peterburqun “alt” təbəqəsinin yaşam tərzi acınacaqlı və dəhşətli tərzdə böyük ustalıqla ifşa olunur. Əsəri oxuyarlən Pseldonimova ürəyim ağrıdı. İvan İliçə isə yazığımmı gəldi, başına gələn xoşuma mı gəldi bilmirəm. Amma Dostoyevskinin qələmindən olan bu əsəri də oxuduğum üçün çox şadam... Saxta yaxşılıq, özünü göstərmə çabası belə rəzillilə bitir və bitəcək. Özünü hamıdan yüksək görənlər beləcə enəcək... 16.04.2021 12:03
Nalayiq LətifəFyodor Dostoyevski · Qanun Nəşriyyatı · 20196,6bin okunma
10/10
·176 syf.··
Beğendi
·
2021 9. kitabı
Francis Scott Fitzgerald - M u h t e ş e m G a t s b y Möhtəşəm Gatsbi yalnız müəllifinin yox, 20-ci əsr Amerikan ədəbiyyatının da ən parlaq əsərlərindəndir. Mövzu bir Nick Carraway adlı birinin dilindən nəql edilərək başlayır. Biz Jay Gatsby ilə tanışarkən onun həqiqətən də möhtəşəm oluduğunu görürük. Kasıb ailədə doğulan Jay özünə yrni bir həyat qurur, varlanır və ilk sevgisini heç zaman unutmur. Hər varlı üçün deyilən şayələr onun haqqında da deyilir. Beş il əvvəldə qalan ürəyi onu məhəbbətinə qovuşacağına inandırsa da keçmiş keçmişdir...Əsəri ocuyarkən bir sevgi adamını, bir qadını, bu məhəbbətin nəticələrini oxuyuruq.... Amma əslində əsər simvolik məna daşıyır. Hətta ərazilər belə. East Egg ailədən gələn mirasla zənhin olan qismi, West Egg sonradan olan zənginliyi, NY gizli, üstüörtülü işləri, Küllər Vadisi isə zinanı, çirkinliyi təmsil edir. Əsərdə müharibə sonrası Amerikalıların asan varlanması, yaşam tərzi, sevgiləri ilə bərabər Amerikam rüyasının çöküşü göstərilib. Amerikan rüyasının məğzi olan daha yaxşı bir dünya vədinin saxta olduğunu və Amerikadakı əxlaqi çöküşü çatdırmağı müəllif yaxşı bacarıb. Filmi çox sevilən əsəri həm oxumağı həm izləməyi tövsiyə edirəm... Çox sevərək və təsirlənərək oxudum... Hoşçakal Muhteşem Gatsby
Muhteşem GatsbyF. Scott Fitzgerald · Türkiye İş Bankası Kültür Yayınları · 202527bin okunma
9/10
·129 syf.··
2021 5. kitabı
·
8 günde okudu
·
Okunma: 12 Mart 2021 23:47
Nikolay Vasilyeviç Gogol - Müfettiş Rus ədəbiyyatından oxuduğum növbəti əsər Müfəttiş pyesi oldu. Müəllifin qələmi ilə tanışmaqdan zövq aldığımı deyə bilərəm. Teatr üçün nəzərdə tutulmuş mətn rahat oxunuşu və çatdırmaq isyədiyi idea ilə məncə öz oxucusunu qane edir. Dövrünün eybəcərliklərini satirik gülüşlə təqdim edən müəllif baş alıb gedən hərcmərclik, özbaşınalıq, rüşvət, saxtakarlıq və s.kimi xüsusiyyətləri yaratdığı möhtəşəm obrazların simasında ustalıqla göstərə bilib. Özbaşınalığın hökm sürdüyü bir bölgəyə paytaxtdan bir Müfəttişin gəlisi xəbəri hər kəsi təşvişə salır. Və bu əsasla da hadisələr səbəbkarların əlinə üzünə bulanır:) “Dinsizin haqqından imansız gələr” məsəli tam da bu əsəri oxuyanda ağlıma gəlmişdi. Əsərin özünəməxsus digər yanı isə aktuallığını əsla itirməməyidir. Obrazların hər biri elə indi də bizim rastlaşdığımız insanların prototipi hesab oluna bilər. (təəssüf) Qısaca, satirik tənqidin ən gözəl nümunələrindən biri olan əsər müəlliflə tanışlıq və zövq almaq üçün əla seçimdir.
MüfettişNikolay Gogol · Türkiye İş Bankası Kültür Yayınları · 20216,4bin okunma