Həsən Əliyev

Həsən Əliyev
@isbadofme
"Bilirsən, başqalarının diqqət və səylərinə dəyər verməyən insandan zərərlisi yoxdur".
Sayfa 184·Kitabı okudu
Etimoloji Defteri
Mücellit Nedir ?
"Bəli, intihar edənin əsas istəyi həyatına son vermək deyil, onu içindən üzən ağrılara son verməkdir".
Sayfa 106·Kitabı okudu
10/10
·287 syf.··
2024 5. kitabı
Dostlarım bilir ki, daha çox epik-fantastik tərzdə kitablar oxumağı xoşlayıram, özüm də ən azından belə düşünürəm, amma emosiya dolu əsərləri - "Çərpələng uçuran", "Mənim Payım" və s. - də oxumaqdan zövq alıram. Ona görə əslində sıxılacağımı gözlədiyim bu əsər məni çox təəccübləndirdi, bununla da kifayətlənmədi, bəlkə gələcəkdə - daha çox kitab oxuyanda- qurmağı xəyal etdiyim top 10 siyahıma daxil oldu, buna əminəm. Sadəcə emosiya dolu əsər deyildi bu, "Həyat kitabı" idi mənimçün. Üz qabığını sevdiyim üçün (Koridor yayınlarının üzü qırmızı parçadandı) bu nəşri aldım. Yazı stili, Türkiyə türklərinin keçən əsrdə işlətdiyi əksər sözlərin səhifənin altında verilmiş qeydlərə baxmadan belə dilimizdə mövcud olub anlaşılması ayrı zövq verirdi. Kitabdan "alıntı" paylaşmadım, bu da mənim "içimdəki şeytan" olsun) Nə yazsam kitab haqda az qalacaq, məncə. Çünki hər şey görəcəksiz, sevgi, insan münasibətləri, insan xisləti, dostluq, doğru və yanlış fəlsəfəsi, fərqli növdə "şeytan"lar və daha nələr...
İçimizdeki ŞeytanSabahattin Ali · Koridor Yayıncılık · 2022209bin okunma

Həsən Əliyev

, bir kitap okudu
10/10
·287 syf.··
2024 5. kitabı
Sabahattin Ali
8.2/10 · 209bin okunma
7/10
·60 syf.··
2024 4. kitabı
2 Stephan Zweig kitabını da pdf olaraq oxudum. (Yad insanın məktubu, Amok koşucusu) Bizim dildə "Qəzəblə qaçan" kimi adlandıra bilərəm. Çünki Amokun nə olduğuna baxanda, uzunmüddətli depressiya halından sonra, qıcıqlandırıcı bir şeyin təsiri ilə insanın dəliyə dönməsi anlamına gəldiyini və əsasən Asiya ölkələrində daha yayılmış olan söz olduğunu gördüm. Bu mənə əvvəlki əsərindən daha maraqlı gəldi ona görə ona verdiyim xalı azaldıb 6 etdim. Əsərlərə nisbətən aşağı bal verməyimin səbəbi isə oxuduğum tərzdə olmamasıdı və Zweig hər iki əsər boyu hər hansı emosiyanı götürür və onu şişirdib təhlil etməyə çalışır, yaxından baxmağa çalışır sanki. Əsərdə bir həkimin "Amok" halına düşməsi və buna qapılıb etdiklərini hekayə etməsini oxuyuruq. Əvvəli daha maraqlı gəldi mənə, məsuliyyət haqda gözəl fikirlər var idi, insanı sanki hazırlayırdı ki, "sənə məsuliyyətin limitlərinin harada bitdiyini və ya bitməli olduğunu öyrədən bir hadisə danışacam", amma o gözlədiyimi almadım. Belə orijinal dili çox çətin deyil, təbiəti və s. təsvir etdiyi yerlər bizim dilimizə çox uymadığı üçün biraz anlamaq çətin idi, amma qalanı çətin deyil - B1-B2 oxumaq istəyən olsa pdf ataram.
Der AmokläuferStefan Zweig · e-artnow · 2013134,7bin okunma