Həsən Əliyev

Həsən Əliyev
@isbadofme
8/10
·916 syf.··
2024 2. kitabı
·
28 günde okudu
·
Okunma: 15 Ocak 2024 16:06
Stephen Kingdən oxuduğum səhv etmirəmsə, 2-ci romandı, 1-ci Kingin daha çox tanındığı qorxu, triller janrında idi, bu romanda isə hər şey var idi, tarix, zamanda səyahət, "kəpənək" effekti. Əsər indiyə qədər də haqqında şayiələr dolaşan, ABŞ prezidenti Con Kennediyə təşkil olunan sui-qəsdi yenidən ələ alır. Qətli törətməkdə şübhəli bilinən Li Osvald hadisədən sonra özü də qətlə yetirildiyinə görə məsələ müəmma olaraq qalır. King əmi də etmə tənbəllik, Kennedinin keçdiyi küçəni, Li Osvaldın həmin müddətdə qaldığı mənzil, Kennediyə atəş açılan yer, muzey, ağlınıza gələ biləcək hər şeyi araşdırıb və dolğun əsər ortaya qoyub. Kitabın əvvəlində də deyildiyi kimi, sonda qatilin kim olduğunu öyrənməyəcəksiz, hadisələrə yeni baxış bucağı qazanacaqsız, yaratdığımız kiçik bir "titrəyiş"in nələrə səbəb ola biləcəyini anlayacaq və bəlkə də baş qəhrəmanımız Ceyk Eppinq kimi şizofren dərəcəsinə gələcəksiz. Tərcümə pisdi 5/10, redaktə səhvləri çoxdu, hekayənin maraqlı olması görməzdən gəlməyə şərait yaradır sadəcə. Mənə maraqsız gələn siyasi hissələri idi, ki dəhşət çox deyildi 900 səhifəlik kitabda max 60-70 səh olardı. Demək olar ki, anlamırdım. Məsləhətim adı keçən musiqiləri, rəqsləri internetdə axtarın, daha asan olur təsəvvür etmək və 1 əsr əvvəlin Amerikasını oxumaq daha çox zövq verir.
11/22/63Stephen King · Qanun Nəşriyyatı · 20144,191 okunma
Reklam

Həsən Əliyev

, bir kitap okudu
8/10
·916 syf.··
28 günde okudu
·
2024 2. kitabı
Stephen King
9.3/10 · 4.191 okunma
6/10
·68 syf.··
2024 1. kitabı
Ümumilikdə maraqlı kitab idi. Oxuyanda "Əlvida, Gülsarı!" əsəri yadıma düşdü - məktəbdə oxuyanda müəlliməm yayçün məsləhət görmüşdü oxumağı, tam oxumamışdım amma - orada son anlarını yaşayan Gülsarı adlı atın dilindən hadisələr, sahibi ilə keçdiyi yollar anladılırdı, burda da həyatının mənasızlığını ölümlə qiymətləndirən qadının həyatı boyu sevgi bəslədiyi yazıçıya yazdığı məktubu oxuyuruq. Maraqlıydımı, maraqlıydı, amma birtərəfli sevgidən yaranan həyat hekayəsini oxumaq nə dərəcədə mənalıdı, ona özünüz qərar verərsiz (qadının etdiklərindən əsəbiləşib xD))
Bilinmeyen Bir Kadının MektubuStefan Zweig · Türkiye İş Bankası Kültür Yayınları · 2022266,7bin okunma

Həsən Əliyev

, 2024 okuma hedefini ekledi.
2024 OKUMA HEDEFİ
8/22 kitap - %36 tamamlandı
8 kitap okudu
22 kitap
2.778 sayfa
7 inceleme
14 alıntı