"Gözdən hansı qəlbə dağlar çəkilməz?
Gözün dediyini dil deyə bilməz.
Həm incə, həm dərin dili var gözün,
Sözünü ürəklər anlayar gözün.
Gözləri mədh edən şeir də gerçək,
Gözün öz dilindən yazılsın gərək,
Bu dil müəmmadır, bu dil çətindir,
Bu dillə dinini bu dillə dindir."