Bədbəxtdir o aşiq ki, könül sirdaşı getdi,
Ömrün nədi mənası ömür yoldaşı getdi.
Aşiqlə yarın yolları ayrıldığı gündən,
Zənn eylə qopub bəxt üzüyündən qaşı, getdi.
Yar saldı gözündən məni, bir surətə düşdüm,
Kim saldı nəzər axdı gözündən yaşı, getdi.
Bir dosta dedim, gəl sinəmin yarələrin say,
Üçdən birin hesablamamış yaddaşı getdi.
Zalım elə baxdı, ürəyim titrədi tir-tir,
Min yarə vurub bağrıma xəncər qaşı, getdi.
Sevda çölünü gəzməyə çıxdıq neçə aşiq,
Məcnun idi ən başda gedənimiz, başı getdi.
Kim bilməsə sağlıqda nədir zövqü-məhəbbət,
Öldükdə deyərlər naşı gəldi, naşı getdi.
Çəhd eylə, Vüqar, ömrünü mənalı keçir ki,
İz qoydu desinlər, deməsinlər yaşı getdi.
Qərib Xəyal Vüqar BiLəcəri