Fiziki, yaxud mənəvi cəhətdən kamil olan insanların həyatına alın yazısı hakimdir, tarix boyu hökmdarları səhv addımlar atmağa alın yazısı sürükləyib. Başqalarından fərqlənməmək daha yaxşıdır.
Bu dünyada ən yaxşı şeylər həmişə axmaqlar və çirkinlərə qismət olur. Onlar rahatca oturub başqalarının mübarizəsinə tamaşa edə bilərlər. Qələbə sevincinin nə olduğunu heç vaxt
bilməsələr də, məğlubiyyətin acısını da dadmazlar. Onlar bizim hamımızın yaşamalı olduğumuz kimi yaşayarlar: sakitcə, təşvişsiz və hər şeyə biganə qalaraq