Cəfər Qafarov

Cəfər Qafarov
@jafargafarov
Qulaq as, oğlum, - dedim. - Səni yaman aldadıblar. 1914-cü ildə BİZ də möhtəşəm bir iş gördüyümüzü düşünürdük. Çox təəssüf ki, belə deyilmiş. Hər şey qanlı-qadalı bir qarışıqlıqdan ibarət idi. Belə bir şey baş versə, kənar dur. Axı niyə sənin bədənin güllə ilə dəlmə-deşik olmalıdır? Onu bir qız üçün qoru. Müharibə deyərkən ağlına qəhrəmanlıqlar və şərəf ordenləri gəlir, amma bil ki, belə deyil. İndi süngü döyüşü yoxdur və olsa belə, sən düşündüyün kimi deyil. Özünü qəhrəman kimi hiss etmirsən. Bircə onu bilirsən ki, üç gündür yatmamısan, it iyi verirsən, qorxudan tumanına işəyirsən, əllərin elə üşüyür ki, heç silahını da tuta bilmirsən. Amma bu da ən əsası deyil. Əsas məsələlər bundan sonra başlanır.
Sayfa 215·Kitabı okudu
Hayat ve İnsan
Etimoloji Defteri
Mücellit Nedir ?
“1984-ün toxumları.”
Müharibə! Yenidən bu barədə düşünməyə başladım. Böyük sürətlə yaxınlaşır, bu, dəqiqdir. Bəs müharibədən qorxan kimdir? Yəni bombalardan, pulemyotlardan kim qorxur? Deyəcəksən ki, "sən". Bəli, mən. Haçansa bunları görmüş hər bir kəs bu fikirdədir. Ancaq əsas məsələ müharibə deyil, ondan sonrakı dövrdür. İndi yuvarlandığımız dünya nifrətlə, şüarlarla doludur. Rəngli köynəklər, tikanlı məftillər, rezin dəyənəklər. Elektrik lampasının gecə-gündüz yandığı, xəfiyyələrin yatanda da səni güddüyü gizli kameralar. Nəhəng sifətlərin əks olunduğu plakatlarla dolu nümayişlər, lideri alqışlayan, onun şəninə şüarlar söyləyən milyonlarla insan kütləsini təsəvvüründə canlandır. Bu adamlar qulaqları batanadək o qədər qışqırırlar ki, zahirən guya, həqiqətən də, ona sitayiş edirlər. Qəlblərində isə ona o qədər nifrət edirlər ki, adı belə onlarda ikrah hissi oyadır. Bunlar baş verəcək. Yoxsa belə deyil? Hərdən elə bilirəm ki, bu mümkün deyil, hərdən də inanıram ki, bu qaçılmazdır. Hər halda o gecə əmin idim ki, bu baş verəcək.
Sayfa 211·Kitabı okudu
"O sivilizasiya"
“Əminəm, deyəcəksən ki, bu nə axmaq maraqdır, amma qırx beş yaşlı gonbul bir adam olmağıma, şəhərətrafında ev və iki övladımın olmasına baxmayaraq, hələ də balıq tutmağı sevirəm. Niyə? Çünki belə demək mümkünsə, uşaqlığıma hələ də duyğusal yanaşıram –əslində, öz uşaqlığıma yox, içində böyüdüyüm və son nəfəslərini verdiyini zənn etdiyim sivilizasiyaya. Balıqçılıq da müəyyən mənada o sivilizasiyanın bir parçası idi. Balıq tutmağı düşünən kimi ağlına müasir dünyaya aid olmayan şeylər gəlir. Bütün günü sakit bir gölün kənarında, söyüd ağacının altında oturmaq (bu sakit gölü tapa bilmək) ideyasının özü müharibədən əvvəlki, radiodan əvvəlki, təyyarələrdən əvvəlki, Hitlerdən əvvəlki dövrə aiddir. Adi ingilis balıqlarının hətta adlarında belə sakitlik var: çapaq balığı, qızıl ülgǝc, çömçə balığı, gümüşcə, şirbit balığı, böyük çapaq, qumlaqçı, durna balığı, xəşəm, karp, tinqa balığı. Xalis, təmiz adlardır. Bu adları qoyan insanlar pulemyot səsi eşitməyiblər, işdən qovulmağın qorxusuyla yaşamayıblar, aspirin qəbul edərək vaxt keçirməyiblər, kinoya getməyiblər və əsir düşərgələrindən necə yaxa qurtarmaq haqqında düşünməyiblər.”
Sayfa 105·Kitabı okudu
İnsan ve Duygular
“Keçmiş maraqlı bir şeydir. O həmişə səninlədir.”
Sayfa 42·Kitabı okudu
Hayat ve İnsan

Cəfər Qafarov

, bir kitap okudu
7/10
·372 syf.·
Beğendi
·
23 günde okudu
·
2022 56. kitabı
Platon (Eflatun)
8.3/10 · 32,9bin okunma