Əminə Məmmədova

Əminə Məmmədova
@justemine
7/10
·224 syf.··
Beğendi
·
2026 3. kitabı
Bəzən özümüzü itirdiyimiz o anlarda yenidən özümüzə dönməyin, "biz" olmağın yolunu axtarırıq. Hakan Özkanın "Yeniden Biz Olmak" kitabı sanki içimizdəki o düyünləri səssizcə açır. Hər səhifəsi özümlə yenidən tanış olmağım üçün atılmış bir addım kimi idi. Əgər siz də ruhunuza toxunacaq, sizi sizə xatırladacaq bir bələdçi axtarırsınızsa bu kitabı mütləq kitabxananıza əlavə edin. İnsan ancaq öz yaralarını qəbul etdikdə sağalmağa başlayır '"biz" olmaq da buradan keçir.
Yeniden Biz OlmakHakan Özkan · Olimpos Yayınları · 2023126 okunma
Tatil planı hazırsa sıra okuma listenizde!
Bu yaz yanınızdan ayırmak istemeyeceğiniz kitapları sizin için bir araya getirdik. 💬 Siz olsanız bu listeden hangisiyle başlardınız?
9/10
·343 syf.··
Beğendi
·
2026 4. kitabı
Varis Yaşıl üzlü gündəlik əsəri ( Yaşıl Üzlü Gündəlik ) oxuduğum və həqiqətən təsirləndiyim, ən sevdiyim romanlar siyahısına daxil olan bir kitab oldu. Müəllifin bu əsərdəki üslubu və hadisələri çatdırma tərzi mükəmməl idi. Əsərin dili o qədər səmimi və axıcıdır ki kitabın içinə girməmək mümkün deyil. ​Qəhrəmanın yaşadığı duyğular, keçdiyi yolları və Varisin bu dünyanı təsvir etmə tərzi mənim üçün çox xüsusi iz bıraxdı. Oxumağınızı tövsiyyə edirəm
Yaşıl Üzlü GündəlikVaris · Ol Yayıncılık · 2014258 okunma
5/10
·352 syf.··
2026 5. kitabı
Bu kitaba böyük maraqla başladım ancaq oxuma müddətim kitabın özündən daha uzun çəkdi desəm, yanılmaram. Kitabın ilk hissələri maraqlı olsa da bir yerdən sonra hadisələrin axışı bir qədər sıxmağa başlayır. Hətta bir ara kitabı yarıda buraxıb bir ay kənara qoymalı oldum. Ancaq yarımçıq saxlamağı sevmədiyim üçün bir ay sonra yenidən başlayıb nəhayət bitirə bildim. Fobi maraqlı ideyaya sahib olsa da tempin qorunması baxımından mənim üçün bir az zəif qaldı. Hər kəsin zövqünə uyğun olmaya bilər amma bitirməyə çalışdığım üçün peşman deyiləm. Qətiyyən oxumayn deyə bilmərəm çünki zöbqlər fərqlidi. Düşünürəm ki təkrar əlinizə aləb oxuya biləcəyiniz bir kitab deyil
FobiWulf Dorn · Pegasus Yayınları · 20164,849 okunma
Karantina
5/10
·448 syf.··
2026 1. kitabı
·
25 saatte okudu
·
Okunma: 13 Ocak 2026 00:00
Kitabda bir növ "klassik türk filmləri" atmosferi hiss olunur. Düzünü desəm əsər ilk oxunuşda maraqlı gəlsə də, mənim üçün ikinci dəfə əlimə alıb təkrar oxuyacağım bir kitab olmadı özündə dərin bir iz buraxmaqda bir az çətinlik çəkir. Əgər gənc, enerjili və klassik türk filmlərindəki o səmimiyyəti xatırladan bir hekayə axtarırsınızsa şans verə bilərsiniz. Amma daha dərin və təkrar-təkrar oxunacaq bir əsər axtarırsınızsa gözləntilərinizi buna görə tənzimləməyinizi tövsiyə edərdim
Karantina: Mahşerin Dört Atlısının HikayesiBeyza Alkoç · İndigo Kitap · 201724,1bin okunma
Çətin Olsa da, Həyat Davam Edir
10/10
·272 syf.··
Beğendi
·
2026 2. kitabı
Rövşən Abdullaoğlunun qələmi yenə də qəlbə toxunur. Kitab çətin anlarda bizə yeni baxış bucağı qazandırır, sanki bir dostun səmimi məsləhəti kimidi. Həyatın yükü altında yorulduğunuzu hiss edirsinizsə mütləq oxuyun. İnsana rahatlıq və güc verən bir əsərdir. Bu kitab mənə həyatın hər anında mübarizə aparmağın nə qədər vacib olduğunu xatırlatdı. Çətinliklərə baxmayaraq, ruhdan düşməmək üçün əla motivasiya mənbəyidir. Hətta dönüb təkrar-təkrar oxuyacağım bir kitab oldu deyə bilərəm Çətin Olsa da, Həyat Davam Edir Rövşen Abdullaoğlu Əminə Məmmədova
İnsan ve Hayat
Çətin Olsa da, Həyat Davam EdirRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyat Evi · 2016839 okunma