Tam şikayətlənməyə başlamışdım ki, bəs əsər çox üstüaçıq buraxıldı, həll olunmalı məsələlər var idi, sonrasında nə olduğunu bilməyimiz gərək olan hadisələr. Və sonra əsərin əslində bir trilogiya olduğunu, hətta 2-ci hissəsinin keçən il çıxmış olduğunu öyrəndim. Dilimizə tərcümə edilməyib, təəssüf ki, ümidvaram bu yaxın zamanda tərcümə edilər.
Kitab roman janrında qələmə alınıb. Əslində bir ailə dramıdır. Müharibə şəraitində yaşamağa çalışan bir, hətta milyonlarla ailənin dramı.
Müəllif isə mühiti Belaj familyasının timsalında bizə çatdırır.
Hadisələr 1940-50-ci illəri əhatə edir. Fransa müstəmləkəsi, azadlıq uğrunda mübazirə aparan millətçi fərdləri olan Mərakeşi təsəvvürə gətirin. Təəccüblənməzsiniz ki, bu millətçilərdən biri də elə Belaj familyasından olan Səlimdir. Səlimin timsalında vətənpərvərlik, azadlıq fədaisi obraz canlansa da, qardaşı Amin Belaj keçmişdə fransa ordusunda vuruşan biridir. Fransada olarkən sevib-vurulduğu Matildanı vətəninə gətirir və hadisələr də bundan sonra başlayır. Matilda müstəqilliyə öyrəşən, Avropa mühitini görən bir qadındır. Mərakeşə gəlişi onun bütün həyatını kökündən dəyişir. İlk öncə əsl üzünü təzəlikcə ortaya çıxaran Amin ilə tanış olur və onun necə həyat sürdüyünü öyrənir.
Amin atasından qalmış torpaqları əkib-becərməklə fermer həyatı yaşayan milli adət-ənənələrinə, islami görüşlərə tam bağlı ziddiyətli bir kişidir. Zaman-zaman Matildaya eşqlə baxsa da, zaman-zaman onu danlayır, hətta əl qaldırır.
Qadının sayılıb-seçilmədiyi, danışmağa belə ara-sıra haqqı olduğu bu torpaqlar fransız kolonistləri tərəfindən zəbt edilib, əkilib-biçilir. Aminin və ailəsinin də bu minvalda çəkdikləri əziyyət əsər boyu davam edir.
Dediyim kimi, kitab çoxxətli bir əsərdir. Mərkəzdə Amin və Matilda dursa da, ətrafı yer-yer qızları Aişənin