Həyatı boyu planlaşdırdığı heç bir şeyi yerinə yetirə bilməyən mən bu ay üçün bunları oxumağı planlaşdırdım) Muğanna kitablarını sonlandırmaq istəyirəm. Saz və İlan Dərəsi kitablarını vaxtilə oxumuşam, Yalnızız isə çox sevirəm və üçüncü dəfə oxuyacağam.

Səməd Vurğun- Sevdi can səni
İllər, qərinələr keçirsə aləm,
Yadımda saxlaram hər zaman səni.
Dərdimi bilməyən varmı bir adəm?
Bu bir həqiqət ki, sevdi can səni.
Dün öylə gedirdin ahəstə, rəvan,
Bulandı su kimi gözlərimdə qan,
Bir mənim başıma gəlmədi hicran,
Kim basdı bağrına canhacan səni?..
O axşam, röyada gəzişə çıxdım,
Aramızı vuran bir evi yıxdım...
Titrəyə-titrəyə əlini sıxdım,
Baxdım, zəhərləmiş o ilan səni...
Baxırdın, sevdiyim, sən məlul-məlul,
Çırpınar, gülərkən sevdalı ilul
Bağırdım gülərək... ey ləkəli dul!..
Məndən başqa sevməz bir insan səni!