Konul Jafarova

Konul Jafarova
@keshulya
Bugünlerde hâlâ kitap okuyan birine rastlamak nadide bir zevk...
Technical Project Manager
Computer Engineering
19 Haziran
38 okur puanı
Mayıs 2022 tarihinde katıldı
10/10
·160 syf.··
Beğendi
·
2025 13. kitabı
·
24 günde okudu
·
Okunma: 24 Mayıs 2025 00:00
Həyatın "mute" düyməsini tapdım, HYGGE 3-lüsü bitti və mənim "Skandinaviyalılar nə edir ki, bu qədər xoşbəxtdirlər?" suallarımın bütün cavabları tapıldı. May da bir #Lagom fəlsəfəsinə uyğun yaşandı; nə çox, nə az, tam qərarında. Hər şeyin balansda olduğu bir ay oldu: işdə məhsuldarlıq, şəxsi həyatda sakitlik. Özümə çox yüklənmədən, amma heç nədən də imtina etmədən davam etdim. Kitabı oxuduqca anladım ki, "yetərlilik" insanı azad və xoşbəxt edir, hər şey axarında, dinc və şüurlu şəkildə həyat davam etməli. Stressi azaltmaq, sadə #yaşamaq və içindəki səssizliyi kəşf etmək istəyənlər üçün bu kitab əla yoldaşdır. Minimalizmə marağınız varsa və balanslı həyat axtarışındasınızsa, bu kitab sizin üçündür. Lagom məndə kiçik dəyişikliklərlə böyük rahatlıq yaratdı. Oxuyun, düşünün və həyatınıza bir az İsveç sakitliyi qatın.
LagomLinnea Dunne · Pegasus Yayınları · 2018455 okunma
Reklam

Konul Jafarova

, bir kitap okudu
10/10
·160 syf.··
Beğendi
·
24 günde okudu
·
Okunma: 24 Mayıs 2025 00:00
·
2025 13. kitabı
Linnea Dunne
7.6/10 · 455 okunma
"Neyin yeterli olduğunu biliyorsanız aşırıya kaçmak neden?"
8/10
·388 syf.··
Beğendi
·
2025 12. kitabı
·
21 günde okudu
·
Okunma: 01 Mayıs 2025 00:37
Çağrı – Məncə, bu əsəri oxuyarkən hər kəs öz Çağrısını tapacaq. Son bir ayda oxuyub bitirdiyim bu əsər Elçin Əzimlinin ikinci romanıdır və deyim ki, müasir Azərbaycan ədəbiyyatında bu qədər bədii dəyəri olan, eyni zamanda tarixi bir nəfəs kimi oxunan romanlara çox az rast gəlmişəm. Əsər XIII əsrdə, Çingiz xanın yürüşləri zamanı baş verir. Hadisələr baş qəhrəman Çağrı bəyin gözü ilə təsvir olunur. Gənc, 18 yaşında bir insanın yaşadıqları, düşüncələri, çarəsizliyi, eyni zamanda içindəki təmizliyi əsərə çox xüsusi bir ruh qatır. O, sadəcə bir qəhrəman deyil – oxucu üçün də güzgüdür. Ən çox nəyə vuruldum? Açıq deyim, bədii təsvirlərə. Bəzi cümlələr var idi ki, altından xətt çəkib dönüb bir də oxudum. Hadisələr, təbiət, hisslər o qədər gözəl və yumşaq dillə təsvir olunmuşdu ki, elə bil yazılanları oxumurdum, yaşayırdım. Çağrı ilə birgə səhralarda gəzdim, at çapdım, qorxdum, düşündüm... Bu arada, kitabı yalnız "tarixi roman" kimi səciyyələndirmək istəmirəm. Əslində, bu janr sevənlər üçün mükəmməl seçim olsa da, dərin emosional xətti və bədii dili ilə çox fərqli oxuculara da xitab edə bilər. Məncə, bu əsəri oxuyarkən hər kəs öz Çağrısını tapacaq. Kimimiz üçün bu, keçmişlə barışmaq olacaq, kimimiz üçün isə sadəcə keyfiyyətli Azərbaycan dilində yazılmış gözəl bir romanla tanışlıq. Və sonda nəşr keyfiyyətindən danışmadan keçə bilmərəm. Kitabın üz qapağı, ümumilikdə dizaynı çox zövqlə hazırlanıb. Oxuduqca həm məzmunun, həm də fiziki toxunuşun həzzini aldım. @teaspress.az-a böyük təşəkkürlər! Alın, aldırın. Mütləq oxuyun!
Tarih
ÇağrıElçin Əzimli · Teas Press · 2023107 okunma
Eşidilmək istəyirsən? - O zaman dinləməyi öyrən...
Reklam