8/10
·158 syf.··
2026 7. kitabı
·
26 günde okudu
·
Okunma: 08 Haziran 2026 11:01
Bəzən bəzi kitablar süjetindən çox, sənə hiss etdirdikləri ilə yadda qalır. Gənc doktorun anıları mənim üçün belə oldu. Kitab 1916–1918-ci illərdə ucqar kənd xəstəxanasına təyin olunan gənc bir həkimin hekayələrindən ibarətdir. Maraqlısı isə budur ki, əsər tamamilə uydurma deyil. Müəllif Mixail Bulqakov özü tibb təhsili alıb və həmin illərdə kənd həkimi kimi işləyib; kitabdakı hadisələrin çoxu onun şəxsi təcrübələrindən ilhamlanıb. Buna görə də əsərdəki qorxu, çaşqınlıq, özünə inamsızlıq və eyni zamanda məsuliyyət hissi inanılmaz dərəcədə real görünür. Kitabı oxuyarkən ən çox gənc həkimin təşvişi məni təsirləndirdi. O, tez-tez qorxur, səhv etməkdən çəkinir, özünü kifayət qədər yaxşı hesab etmir. Amma bütün bunlara baxmayaraq, yenə də xəstələrinin qarşısında dayanır, əlindən gələni edir və öyrənir. Cəsarətin qorxmamaq deyil, qorxa-qorxa irəliləmək olduğunu göstərir. Məni bu qədər təsirləndirməsinin səbəbi budur: iş həyatımın ilk illərində mən də özümü belə hiss edirdim. Hər şeydən əmin olmayan, səhv etməkdən qorxan, amma yenə də ən yaxşısını etməyə çalışan biri kimi. Ona görə kitabı oxuyarkən tez-tez düşündüm ki, əslində hamımız bir vaxtlar öz həyatımızın “gənc doktoru” olmuşuq. Bulgakov bu əsərlə təkcə bir həkimin peşəkar inkişafını deyil, insanın öz qorxularıyla üzləşərək böyüməsini də çox səmimi şəkildə göstərib. Və məncə, kitabın illər keçsə də aktual qalmasının səbəbi də məhz budur.
1000Kitap
Genç Bir Doktorun AnılarıMihail Bulgakov · Türkiye İş Bankası Kültür Yayınları · 202332bin okunma
Dante Alighieri – The Divine Comedy
Puan vermedi
Bəzi əsərlər var ki, onları sadəcə oxumaq olmur; onları anlamağa, hiss etməyə və üzərində düşünməyə çalışırsan. “The Divine Comedy” mənim üçün məhz belə əsərlərdən biri oldu. İlk baxışda bu əsər Cəhənnəm, Əraf və Cənnətə edilən mistik bir səyahət kimi görünə bilər. Lakin oxuduqca anlayırsan ki, Dante yalnız axirət dünyasını təsvir etmir. O, insanın qorxularını, günahlarını, ümidlərini və mənəvi axtarışını poetik bir dillə qələmə alır. Əsər eyni zamanda insanın qaranlıqdan işığa doğru olan daxili səyahətidir. Dantenin yaratdığı dünya son dərəcə təfərrüatlı və təsirlidir. Xüsusilə Inferno hissəsində qarşılaşdığı obrazlar və onların taleləri uzun müddət yadda qalır. Hər cəza, hər məkan və hər personaj müəyyən bir simvol daşıyır və əsəri sadəcə bir hekayədən daha artıq bir şeyə çevirir. Kitabı oxuyarkən məni ən çox təsirləndirən məqamlardan biri onun yüzilliklər əvvəl yazılmasına baxmayaraq, insan təbiəti haqqında söylədiklərinin bu gün də aktuallığını qoruması oldu. Günah, vicdan, ədalət, sevgi, peşmançılıq və ümid kimi mövzular əsərin hər səhifəsində hiss olunur. Bu baxımdan The Divine Comedy yalnız orta əsr ədəbiyyatının deyil, dünya ədəbiyyatının ən böyük əsərlərindən biri hesab olunur. Əsər bəzən mürəkkəb və çoxsaylı istinadlarla zəngin olduğu üçün diqqətli oxu tələb edir. Lakin göstərilən səbr öz bəhrəsini verir. Çünki kitab yalnız bir dövrün düşüncə tərzini deyil, insanın özünü anlamaq cəhdini də əks etdirir. The Divine Comedy mənim üçün sadəcə bir klassik deyil, həm də insan ruhunun və mənəvi axtarışının möhtəşəm poetik təsviri oldu. Bəzi kitablar zamana məğlub olur, bəziləri isə əsrlər keçsə də öz gücünü qoruyur. Dante Alighierinin bu əsəri məhz ikinci qrupdandır. 8/10
İlahi KomedyaDante Alighieri · Alfa Yayınları · 2021239 okunma
Reklam
Svetlana Alexievich – Last Witnesses
10/10
·293 syf.··
2025 69. kitabı
·
8 günde okudu
·
Okunma: 06 Aralık 2025 09:52
Bəzi kitablar var ki, onları bitirdikdən sonra da uzun müddət insanın fikrindən çıxmır. “Last Witnesses” - “Son Tanıklar” mənim üçün məhz belə kitablardan biri oldu. Bu kitab İkinci Dünya Müharibəsini uşaqların gözündən göstərir. Burada nə hərbi strategiyalardan, nə də döyüşlərin gedişatından danışılır. Əvəzində, müharibənin insanların həyatında qoyduğu izləri, xüsusilə də uşaqların yaddaşında açdığı yaraları görürük. Müharibə başlayanda hələ çox kiçik olan insanların xatirələri illər sonra belə eyni ağrı ilə danışılır. Svetlana Alexievichin ən güclü tərəflərindən biri insanların səsini olduğu kimi oxucuya çatdırmasıdır. O, hadisələri izah etməyə və ya qiymətləndirməyə çalışmır; sadəcə danışanlara yer verir. Nəticədə oxucu özünü sanki həmin insanların qarşısında oturub onları dinləyirmiş kimi hiss edir. Hər bir hekayə qısa olsa da, içində bütöv bir həyat, bir itki və yarımçıq qalmış bir uşaqlıq var. Kitabı oxuyarkən məni ən çox təsirləndirən məqam müharibənin uşaqlardan nə qədər çox şey aldığını görmək oldu. Onlar yalnız evlərini və ya yaxınlarını itirmirdilər; təhlükəsizlik hissini, qayğısızlığı və dünyaya olan sadə etimadlarını da itirirdilər. Bəzən cəmi bir neçə abzasdan ibarət olan xatirələr belə yüzlərlə səhifəlik romanlardan daha güclü təsir bağışlayırdı. Bu əsəri oxuyarkən tez-tez düşünürdüm ki, tarix kitablarında müharibələr adətən rəqəmlər, tarixlər və nəticələr vasitəsilə izah edilir. Amma “Last Witnesses” həmin rəqəmlərin arxasında duran insanları göstərir. Kitab müharibənin siyasi və ya hərbi tərəflərindən çox, onun insan ruhunda buraxdığı izlərdən bəhs edir. “Last Witnesses” tarixi hadisələr haqqında məlumat almaq üçün deyil, həmin hadisələrin insan talelərində yaratdığı izləri hiss etmək üçün oxunmalı olan kitablardandır. Ağır mövzusuna baxmayaraq, son
Son TanıklarSvetlana Aleksiyeviç · Kafka Yayınları · 2019421 okunma
Puan vermedi·432 syf.··
2026 8. kitabı
Esmiralda… Təsirləndiyim, gözümü dolduran bir çox roman oxumuşam. Adətən kitablar haqqında incələmə yazmıram, hətta bu platformadan da çox aktiv istifadə etmirəm. Amma bu kitab məndə elə hisslər oyatdı ki, fikirlərimi yazmadan keçə bilmədim. Esmiraldanın acısını, sevincini, çarəsizliyini və bütün bunların içində ümidini itirmədən mübarizə aparmasını sanki onunla birlikdə yaşadım. Mələklə dostluğu, İlyasla qurduğu bağ məni ən çox təsirləndirən məqamlardan oldu. Qəzəbləndiyi anlarda qəzəbləndim, üzüldüyü anlarda üzüldüm. Xüsusilə Mələklə olan bəzi səhnələrdə çox duyğulandım. Onların arasındakı səmimiyyət, gerçəklik və bir-birlərinə olan sədaqət istər-istəməz göz yaşlarıma səbəb oldu. “Birlikdə edərik” kimi cümlələrin sadəcə söz olaraq qalmaması məni ayrıca təsirləndirdi. Bəlkə də buna səbəb bir zamanlar dostumla qurduğumuz bəzi planları həyata keçirə bilməməyimizin verdiyi hiss idi. Bu baxımdan onların bacarması həm kövrəltdi, həm də sevindirdi. Kitabda bəyənmədiyim yeganə məqam bəzi hissələrin mənə bir qədər uzun gəlməsi oldu. Bəzən artıq bildiyimiz və ya eşitdiyimiz fikirlərin təkrarını oxuyurmuş kimi hiss etdim. Buna baxmayaraq, ümumi olaraq əsər məndə çox xoş təəssürat yaratdı. Xüsusilə də içimi isidən sonluğu ilə uzun müddət yaddaşımda qalacaq kitablardan biri oldu.
GünahkarlarÜlviyyə Cəfər · Çardaq Nəşriyyat · 20253 okunma
Siçanlar insanlar haqqında düşüncələrim
Puan vermedi
İlk dəfə oxuyub pis olduğum əsər bu idi. Çox incə yazılmış və lenini steinbek bizə bir dost kimi ən yaxın personaj kimi göstərir və axırda önünə ölməsi ilə biz daha ağır zərbə alırıq. Əhsən Steynbek başqa steynbekin hansı kitabını oxuyun sizcə? Yada bu kitabı xoşladımsa seveceyimi düşündüyünüz kitablar var? Varsa zəhmət olmasa deyin yay tətilini maraqlı keçirim Con Steynbek
Siçanlar və insanlar haqqındaJohn Steinbeck · Nərmin yayınevi · 0211,7bin okunma
Puan vermedi·151 syf.··
2026 31. kitabı
Əziz Yaqubzadə - “Dostum robot” Yazıçıdan oxuduğum artıq üçüncü kitabdır və hər birini sevə-sevə oxumuşam. Bundan əvvəl “Bir sən qədər” və “Səndən ötrü” kitablarını oxumuşdum. Bu kitabını isə sonuncu uşaq festivalından, elə satışa təzə çıxan ərəfədə almışdım. Kitab balaca bir qızın - Leylanın dilindən nəql olunur. Leyla dostu olmayan, tək gəzib tək əylənən, bir növ təklikdən zövq alan asosial bir uşaqdır. Ana, ata və Leylanın birlikdə keçən həyat tərzindən bəhs edən bu kitabda hər şeyə Leylanın gözüylə baxırıq, onun dünyagörüşünü, bəyəndiyi və nifrət etdiyi şeyləri elə onun öz dilindən eşidirik. Günlərin bir günü Leyla təsadüfən bir robot tapır. İlk başda onu götürmək istəməsə də, sonradan məcbur qalıb evə gətirir və onunla dostlaşır. Hadisələr də elə bundan sonra başlayır. Kitabda ən çox bəyəndiyim dialoqların çox təbii olması idi. Oxuduqca Leylanın hərəkətləri, danışıq tərzi insanın üzündə gülümsəmə yaradırdı. Karikaturalar da çox gözəl idi. Verdiyi mesajlar, xüsusilə dostluğun önəmi çox yaxşı vurğulanıb. Doğrudan da, insan bir dost tapanda, tək olanda maraqsız gələn hər şeyə bir rəng qatılır, maraqsız olan hər şey maraqlı olmağa başlayır. Yazıçı bunu çox gözəl qeyd etmişdi. Uşaq ədəbiyyatı olsa da, həmişə demişəm - bəzi şeylərdən dərs götürmək üçün böyüklər də oxumalıdır. Kitab təkliyin yaxşı olmadığını, dostun olanda həyatın daha maraqlı olduğunu gözəl göstərir. Bəlkə müəllifin mesajı başqa idi, amma mənim bəyəndiyim nüans məhz dostluğun önəmli tutulması oldu. Kitabdakı bəzi səhnələr də mənə “tək əldən səs çıxmaz” məsəlini xatırlatdı. Yəni insanlar bir-birinə dəstək olsalar, daha yaxşı nəticələr əldə edə bilərlər. Düz başa düşmüşəmsə, o səhnələr də gözəl idi. Leylanın məktəbə olan üsyanını isə başa düşürdüm və gülümsəyərək oxuyurdum, çünki özüm də vaxtilə
Dostum RobotƏziz Yaqubzadə · Biba Nəşriyyatı · 20263 okunma
Reklam
Reklam