Hz. Peygamber (s.s.s)'den İmam-ı Zaman (a.f)'a Kadar Ehl-i Beyt'in İki Yüz Elli Yıllık Mücadele Tarihi

250 Yıllık İnsan

Ali Hamaney

En Beğenilen 250 Yıllık İnsan Gönderileri

En Beğenilen 250 Yıllık İnsan kitaplarını, en beğenilen 250 Yıllık İnsan sözleri ve alıntılarını, en beğenilen 250 Yıllık İnsan yazarlarını, en beğenilen 250 Yıllık İnsan yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
279 syf.
10/10 puan verdi
·
Beğendi
Kitabı 10 ballıq şkaladan 10 bal ilə qiymətləndirdim. Üslubu rahat, səlist və axıcı idi. Yazarın informasiyanı çatdırmaq üçün istifadə etdiyi mənbələr, fikirlər və əlavə etdiyi öz mənəvi aləmi mükəmməl və qənaətbəxş idi. Vaxt məhdudiyyəti və ya s. Səbəblərdən kitabı mütaliəyə vaxtı olmayan kimsələr kitabın səsli versiyasını youtube platformundan istifadə etməklə dinləyə bilər. Səsləndirmə peşəkar formada həyata keçirilib deyə dinləyicini yormur, natiqin üslubu səlist və rəvandır. Yolda, ictimai nəqliyyatdan istifadədə və ya başqa boş vaxtlarda dinləmək üçün ideal kitabdır. Sonda emosiyalardan uzaq düşüncələrlə mütaliə edib kamalına varmamız, oxuduqlarımızı həyatımıza tətbiq etməmiz duası ilə. Xoş Mütaliələr! :)
250 Yaşlı İnsan
250 Yaşlı İnsanAli Hamaney · Nurlar Nəşriyyat · 201543 okunma
Bəzi adamlar düşünürlər ki, sonradan islama faydamız toxubənsun deyə canımızı qorumalıyıq. Əmirəlmöminin (ə) heç zaman özünü belə bəhanələrlə aldaltmadı. Onun uca qəlbi aldanan deyildi. Əmirəlmöminin (ə) bütün təhlükəli yerlərdə ön sırada dururdu.
Reklam
Cahiz, ya da Əbülfərəc İsfahani yazır ki, Müaviyə xəlifə olduğu dövrdə bir dəfə atla Məkkəyə gedirdi. Dövrün tanınmış şəxslərindən biri də onun yanında idi. Müaviyənin başı onunla söhbətə qarışmışdı. Onların arxasınca atlılar gəlirdilər. Müaviyə mənsub olduğu Əməvi qəbiləsinin cahiliyyət dövründəki üstünlüklərindən danışıb deyirdi ki, o zaman atam Əbu Süfyan elə etdi, belə etdi və sair. Bu zaman yolda uşaqlar oynayır və daş atırdılar. Bu arada bir daş Müaviyənin yanındakı adamın alnına dəydi və onu qanatdı. O bir söz demədi və Müaviyənin sözünü kəsmədi. Qan onun üzünə və saqqalına axdı. Başı söhbətə qarışmış Müaviyə birdən bu kişiyə sarı çevrildi və üzünün qanadığını görüb dedi ki, alnından qan axır. O adam Müaviyəyə dedi ki, nə, qan, mənim üzümdən?! Guya diqqəti o qədər Müaviyədə olub ki, bu daşın dəyməsini, alnının yaralanmasını və qanın axmasını bilməyib. Müaviyə dedi ki, maraqlıdır, alnına daş dəyib, amma sən anlamamısan? Dedi ki, yox, xəbərim olmayıb. Əlini vurub dedi ki, hə, doğrudan da qandır. Sonra Müaviyənin canına, yaxud müqəddəslərə and içdi ki, söhbətin şirinliyindən qanın axdığını anlamayıb. Müaviyə soruşdu ki, beytülmaldan bəxşiş payın nə qədərdir? Dedi ki, filan qədər. Müaviyə dedi ki, sənə qarşı haqsızlıq edirlər, bunu üç dəfə artırsınlar. Müaviyə rejiminə hakim ənənə bu idi O dövrdə kim başçılara və xəlifələrə yaltaqlanırdısa, yuxarı başa keçirdi, işlər ləyaqətə görə bölünmürdü...
Geri17
74 öğeden 71 ile 74 arasındakiler gösteriliyor.