Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Ağ bayraqlar

Nodar Dumbadze

Sayfa Sayısına Göre Ağ bayraqlar Sözleri ve Alıntıları

Sayfa Sayısına Göre Ağ bayraqlar sözleri ve alıntılarını, sayfa sayısına göre Ağ bayraqlar kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.
Allah qəzəb günü gələcək. Günaha batmış bu yer üzünü su basacaq və Allahın əmri ilə yaranmış canlı nə varsa, hamısı yerlə yeksan olacaq.
Sayfa 12 - TEAS Press nəşriyyatı, 2019Kitabı okudu
Gir Nuhun gəmisinə, ey bəni-adəm! Allahın qəzəb günü gələcək. Günaha batmış bu yer üzünü su basacaq və Allahın əmri ilə yaranmış canlı nə varsa, hamısı yerlə-yeksan olacaq: gir içəri! - Noolub, əzizim, nədir mənim günahım? Başa salın görüm! - Xudavəndi-aləm buyurub: Aləm murdarlıq və naqisliklə dolub, mən bütün külli-aləmin və adamların üstünə bəlayi-asiman göndərəcəyəm.
Reklam
- Bəs sizin oğlanlarınız hanı, möhtərəm Nuh!? Hanı Sam, Ham və Yafəz? - Sən elə mənim oğlumsan, Zaza! - Bəs vəhşi heyvanlar hanı? - Biz özümüz vəhşi heyvanıq. - Bəs quşlar? - Biz elə həm quşuq, həm sürünənlər...
Sayfa 13 - TEAS Press nəşriyyatı, 2019Kitabı okudu
İndi Qorqaslinin daş atın üstündə təntənə ilə əyləşib, yuxarı qaldırdığı sağ əli ilə sürücüləri döngələrdə ehtiyatlı olmağa xəbərdar elədiyi və qədim əyyamlarda ümidini itirmiş tiflislilərin özlərinin son həyat yollarını başa vurduqları - boyunlarına daş bağlayıb özlərini Mtkvarinin bulanıq sularına atdıqları sıldırımlı Metex qayası üzərində keçmişdə Metex qalası ("qala" sözünü burada "qazamat" mənasın da başa düşmək lazımdır) vardı.
Nəhayət, iri dəmir alaqapı görəcəksiniz. Adamları alaqapıdan içari qrup-qrup salır, buraxanda isə bir-bir buraxırlar. Bu alaqapıdan çıxmağın üç üsulu var: birinci üsul odur ki, siz müqəssir olmayasınız, ikinci üsul odur ki, siz alaqapını, bir növ Tsikara kimi, vurub yerdən çıxarmaq istəyirsiniz, amma... Bu, həmin o doqquzuncu alaqapıdır ki, Tsikaranın buynuzlarını qırıb...
- Salaridze! - Burada! - Moqoladze! - Onu hələ tutmayıblar! - deyə kim isə yerindən söz atır. - Soqoladze, - deyə nəzarətçi səhvini düzəldir. - Axtarırlar! - Çoqoladze! - deyə nəzarətçi bağırır. O, qonşu kameradadır, - deyə Quloyan baş barmağı ilə arxa tərəfi göstərir.
Reklam
- Hazırkı mərhələdə bizim işimiz, necə deyərlər, istintaq pilləsindədir və bizimlə rəftar amplitudası da qeyri-rəsmi, ilkin, necə deyərlər, müvəqqəti həbsdə olan vətəndaşlar kimi bu vəziyyətlə müəyyən edilməlidir. Bu rəftar, necə deyərlər, sərtliklə mərhəmət arasında elə ağlabatan həddə olmalıdır ki, bizim istintaqın strukturası və texnologiyası ilə nəzərdə tutulmuş müvəqqəti həbs şəraitimiz bizimçün. necə deyərlər, məqbul olmalıdır, zira insan orqanizminin fiziki imkanları və onun mənəvi...
Nə təhər deyirsiniz, öz şəxsi şikayətlərimdən başlayıb, sonra bünün kameranın dərdindən məlumat verim, ya qarmaqarışıq halda danışım? - deyə nəzarətçidan soruşdu. Nəzarətçi çiyinlərini çəkdi. - Hamısını bir yerdə de! - deyə mən Çeyşvilini danışmağa təhrik elədim. - Demək belə: Birincisi. Bizi taxtabitilər yeyir! İkincisi. Bizə çay əvəzinə su verirlər! Üçüncüsü. Bizə xörək əvəzinə silos verirlər! Dördüncüsü. Bir ülgüclə on adamın üzünü qırxırlar! Beşincisi. Bizə dövri mətbuat vermirlər! Altıncısı. Biz siyasi ədəbiyyatdan məhrumuq! Yeddincisi. Şəxsən mənə çörək çatmır! - Onu ekskursiyaya aparmırlar! - Onun əmək haqqı aşağıdır! - Ayaqqabısı sıxır!
Mən ayılara baxdım: mənə elə gəldi ki, onlar adamlara daha çox oxşayırlar, nəinki meymunlar - onlar iki ayağı üstə durmuşdular, quyruqları yox idi və eynən bizim evin qabağındakı barmaqsız dilənçi kimi butulkadan limonad içirdilər.
-Daha gözəl! Təqsirsizi tutmaq daha maraqlıdır. Müqəssiri tutmaq isə, qardaş, bundan asan nə var ki?
Reklam
Cinayət günahsız adamı həbsdə saxlamaqdır!
Sayfa 38 - TEAS Press nəşriyyatı, 2019Kitabı okudu
- Demək, həyatda nə düzlük var, nə vicdan, nə də inam? - Bu cür anlayışlar Cinayət Məcəlləsində nəzərə alınmamışdır. - Başqa bir məsələ - Əxlaq məcəlləsi də var axı.
Hmm
Əcəb tamaşadır, yəhudi, ukraynalı, erməni mübahisə edirlər ki, özlərinin gürcü mənşəli olduqlarını sübut eləsinlər! İndi gəl ayırd elə görüm, onların hansı haqlıdır?
Sayfa 46 - TEAS Press nəşriyyatı, 2019Kitabı okudu
... Vətən hissi, vətənə məhəbbət əsrlərdən bəri inkişaf edən və nəsildən-nəslə keçən instinktdir.
Sayfa 49 - TEAS Press nəşriyyatı, 2019Kitabı okudu
Çıxart məni buradan, Günəş!
Sən ey parlaq, hərarətli, cansızlara can verən, sönməz Günəş! Uzaqlardan bizim yanımıza, dünyanın o başından fantastik sürətlə şığıyıb həbsxana kamerasının paslı barmaqlığından keçərək, buraya, yəni doğrudanmı yalnız beşcə dəqiqəliyə mənim yastığımda qısılıb yatmaq, mənim soyuq vücudumu qızdırmaq, üzümə yüngülcə toxunmaq, sonra da qəlbimi özüylə götürüb aparmaq, düşkün və halsız vücudumu taxtın üstündə qoyub getmək üçün gəlmişdi? Ya, bəlkə, buzlu uçuruma yuvarlanan ovçu Dalinin (qədim gürcü əsatirində ov ilahəsi) qızıl tellərindən yapışdığı kimi, mənim ağlım da özü onlardan yapışıb? Bütün dünyanın, bütün kainatımızın ta qədimdən bəri sənin qızıl tellərindən tutaraq fırlandığı halda bir yazıq bəndəni saxlamaq səninçün nə çətin şeydir ki? Qal, mənimlə ol, Günəş! Ya da bundan sonra yerli-dibli görünmə gözümə, Çünki mənimçün şəfəqlərinin mənə hərarət, ümid və sevinc bəxş etmədən barmaqlarımın arasından sürüşüb çıxdığını süzülüb səpələndiyini görməkdan də dəhşətli əzab yoxdur!.. Mənə rəhm et, Günəş! Mənim giley-güzarımı bağışla! Sən mənim yeganə təsəllimsən, mən hər səhər sənin gəlişini gözləyirəm ki, ardınca gedim. Çünki məni buradan keşikçinin, nəzarətçinin, rəisin və hətta kamera qonşularının gözündən xəlvət çıxartmağa təkcə sən qadirsən!.. Çıxart məni buradan, Günəş!
Sayfa 50 - TEAS Press nəşriyyatı, 2019Kitabı okudu
39 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.