Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Ağ bayraqlar

Nodar Dumbadze

Ağ bayraqlar Sözleri ve Alıntıları

Ağ bayraqlar sözleri ve alıntılarını, Ağ bayraqlar kitap alıntılarını, Ağ bayraqlar en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
-İlk dəfədir ki, oğlunun haqlı olduğuna bu qədər inanan ana görürəm! -Mən oğluma yox özümə inanıram. -Əgər belədirsə,yaxşı. -Bəli,belədir, çünki mən onu qatil böyütməmişəm!
İnsan yalnız üzdən baxılan divar naxışı deyildir. İnsan daha yaxşı, daha gözəl qavranılan nöqtədən müşahidə edilməli olan heykəldir.
Sayfa 55 - TEAS Press nəşriyyatı, 2019Kitabı okudu
Reklam
... Həqiqət azadlığın mənbəyidir.
Sayfa 69 - TEAS Press nəşriyyatı, 2019Kitabı okudu
Humanizmdən humanizmə fərq var, onu hərə öz bildiyi kimi başa düşür.
Həbsxana kitabxanasına zəngin kitabxana demək olmaz. Oxuduğun hər kitab, bumeranq kimi, bir həftədən sonra təzədən qayıdır üstünə
Sayfa 72 - TEAS Press nəşriyyatı, 2019Kitabı okudu
- Bəs sizin oğlanlarınız hanı, möhtərəm Nuh!? Hanı Sam, Ham və Yafəz? - Sən elə mənim oğlumsan, Zaza! - Bəs vəhşi heyvanlar hanı? - Biz özümüz vəhşi heyvanıq. - Bəs quşlar? - Biz elə həm quşuq, həm sürünənlər...
Sayfa 13 - TEAS Press nəşriyyatı, 2019Kitabı okudu
Reklam
... Vətən hissi, vətənə məhəbbət əsrlərdən bəri inkişaf edən və nəsildən-nəslə keçən instinktdir.
Sayfa 49 - TEAS Press nəşriyyatı, 2019Kitabı okudu
Hmm
Əcəb tamaşadır, yəhudi, ukraynalı, erməni mübahisə edirlər ki, özlərinin gürcü mənşəli olduqlarını sübut eləsinlər! İndi gəl ayırd elə görüm, onların hansı haqlıdır?
Sayfa 46 - TEAS Press nəşriyyatı, 2019Kitabı okudu
Deyəsən, əgər məsələyə ayıq sürətdə yanaşılsa, məntiqi mühakimələr belə bir labüd nəticəyə gətirib çıxardır ki, axırda təbii tənəzzül nəticəsində ya bizim nəslimiz kəsiləcək və biz yer üzündən yox olacağıq, ya da Allahın özü bizi məhv edib, ilk insanı yaratdığı həmin gilə çevirəcəkdir.
Sayfa 111 - TEAS Press nəşriyyatı, 2019Kitabı okudu
Öldürmə elə bir cəbr kateqoriyasıdır ki, onun qarşısında ölümün özü də acizdir.
Sayfa 153 - TEAS Press nəşriyyatı, 2019Kitabı okudu
Reklam
Tolstoy deyib “İblis günaha batmış mələkdir...”
Sayfa 79 - TEAS Press nəşriyyatı, 2019Kitabı okudu
- Deməli, Nununu sevmirsən? - Sevirəm! Özü də necə! Ancaq Nununu yox. Mənim sevgilimin adı yoxdur! Nunu, Mananu, Ketino, Jozefinu, Tamara - mən onların hamısını sevirəm, başa düşürsən? Mən qadın sevirəm, başa düşürsən? Qadın və gözəllik!
Sayfa 65 - TEAS Press nəşriyyatı, 2019Kitabı okudu
Çıxart məni buradan, Günəş!
Sən ey parlaq, hərarətli, cansızlara can verən, sönməz Günəş! Uzaqlardan bizim yanımıza, dünyanın o başından fantastik sürətlə şığıyıb həbsxana kamerasının paslı barmaqlığından keçərək, buraya, yəni doğrudanmı yalnız beşcə dəqiqəliyə mənim yastığımda qısılıb yatmaq, mənim soyuq vücudumu qızdırmaq, üzümə yüngülcə toxunmaq, sonra da qəlbimi özüylə götürüb aparmaq, düşkün və halsız vücudumu taxtın üstündə qoyub getmək üçün gəlmişdi? Ya, bəlkə, buzlu uçuruma yuvarlanan ovçu Dalinin (qədim gürcü əsatirində ov ilahəsi) qızıl tellərindən yapışdığı kimi, mənim ağlım da özü onlardan yapışıb? Bütün dünyanın, bütün kainatımızın ta qədimdən bəri sənin qızıl tellərindən tutaraq fırlandığı halda bir yazıq bəndəni saxlamaq səninçün nə çətin şeydir ki? Qal, mənimlə ol, Günəş! Ya da bundan sonra yerli-dibli görünmə gözümə, Çünki mənimçün şəfəqlərinin mənə hərarət, ümid və sevinc bəxş etmədən barmaqlarımın arasından sürüşüb çıxdığını süzülüb səpələndiyini görməkdan də dəhşətli əzab yoxdur!.. Mənə rəhm et, Günəş! Mənim giley-güzarımı bağışla! Sən mənim yeganə təsəllimsən, mən hər səhər sənin gəlişini gözləyirəm ki, ardınca gedim. Çünki məni buradan keşikçinin, nəzarətçinin, rəisin və hətta kamera qonşularının gözündən xəlvət çıxartmağa təkcə sən qadirsən!.. Çıxart məni buradan, Günəş!
Sayfa 50 - TEAS Press nəşriyyatı, 2019Kitabı okudu
Allah bəşər övladını məhv edə bilməz... Çünki Allahı insan kəşf eləyib və Allah o vaxtdan başlayaraq Allah olub, o vaxtdan başlayaraq o, bəşər övladının şüurunda yaşayır. Bəşəriyyət olmasa, Allah da olmaz. Allah özü-özünün məhvinə qol qoymaz.
Sayfa 112 - TEAS Press nəşriyyatı, 2019Kitabı okudu
48 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.