Ağ Liman

Anar Rzayev

En Yeni Ağ Liman Sözleri ve Alıntıları

En Yeni Ağ Liman sözleri ve alıntılarını, en yeni Ağ Liman kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.
Amma vaxt adamı bilirsən necə dəyişir! Adam heç özü də bilmir. Bax, saatı görürsən, saniyə əqrəbi necə tez qaçır. Gözünü zillə bax, gör heç saat əqrəbinin hərəkətini görə bilərsən? Amma gözünü çək, iki-üç saatdan sonra bax, görəcəksən ki, burdan bura gəlib. Adam da belədir. Uşaqlıqda tez-tez dəyişir. Saniyə əqrəbi kimi. Böyüyəndə isə yavaş-yavaş. Saatlar, günlər gedir, ömürdən gedir, gündə necə dəyişdiyini duymursan, ancaq hər dəqiqə, hər saat dəyişirsən. İki-üç ildən sonra birdən baxırsan özünü tanımırsan. Əşi, yəni bu mənəm?
-Yəni belə pis adamlardır? +Eh, sən nə yapışmısan: pis-pis! Heç nə başa düşmürsən. Pis adam. Yaxşı adam! Dünyada nə pis adam var, nə yaxşı adam. Ömür elə uzun çəkir ki, ancaq pis olmağa, ya ancaq yaxşı olmağa heç kəsin hövsələsi çatmır. Görürsən biri həyatı boyu gah yaxşı olur, gah pis...
Reklam
Bütün başqa hisslər, qəzəb də, nifrət də sovuşub gedir, sönür, soyuyur, amma bu hiss, iyrənmək hissi ömürlük qalır. O adama daha yaxın dura bilmirsən.
;)
Bir vaxtlar mən də yuxumda heç bir zaman olmadığım şəhərləri görərdim... Ne bilim London, Paris... Ümumiyyətlə, pis vərdiş deyil. Otağından çıxmırsan, yatağından durmusan, pulsuz- pənəsiz bütün dünyanı gəzirsən. Bilet də lazım deyil, viza da.
...bütün bunlar hamısı on il bundan qabaq Nemətə mümkünsüz bir xülya, çatılmaz bir röya kimi görüldü. Doğrudan belədir e... Bu fikirdən başqa bir xoş ümid də doğdu. Bəlkə on il sonra həyatında olacaqları da bu gün heç təsəvvürünə gətirə bilmir. Nemət ən gizli arzularını, quyular dibində gizlətdiklərini, heç bir zaman həyata keçəcəyinə inanmadıqlarını yada salmağa çalışdı. Yadına saldı, düşündü, güldü. Yəni doğrudan bir vaxt gələcək bütün bunlar reallığa, oluya çevriləcək? Çətin ağlı kəsir. Amma məgər on il bundan qabaq bu günümü danışsaydılar, inanardım? Yox. Deməli... Deməli, hər şey ola bilər. Fikrimdən qovduqlarım, quyular dibində basdırdıqlarım, haqqında düşünmək belə istəmədiklərim hamısı bir gün –beş ildən, on, on beş ildən sonra, həyatım ola bilər.
Trolleybus və tramvayın yolunu dəyişməsinə texniki əngəllər mane olur. Avtobus isə mənəvi qadağaların əsiridir. Onun qadağası daxilindəndir,qəbul olunmuş qayda-qanunlardan, razılaşdırılmış, təsdiqlənmiş hərəkət cədvəlindən asılıdır. O, bu cədvəli, bu bir dəfə qəbul olunmuş qayda-qanunları poza bilməz..
Reklam
394 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.