Tanınmış yazıçı Elçin Hüseynbəylinin bu kitabına Qarabağ olayları ilə bağlı hekayələr daxil edilib. Hekayələrin bəzilərinin Qarabağ müharibəsinə birbaşa dəxli olmasa da, hadisələr müəllifin doğulduğu məkanda baş verir.
Kitabın adı da təsadüfi seçilməyib. Ağ-qara yazıçının ovqatını əks etdirir. "Ağ hekayələr"i oxuyanda adamın bir gözü ağlayır, bur gülür, "qara hekayələr"i oxuyanda isə adamın ürəyindən qara qanlar axır. Hər bir halda bu yazılar doğma Qarabağ haqqındadır: onun indiki ağrı-acıları, xoş xatirələri ilə birgə.
Qarabağ hamımızın bir parçasıdır. İndən sonra bu hekayələr də sizinlə birgə olacaq. Duyğulsa və nostalji hisslərlə...