Altın Cep Saati

Varis

Yorumlar ve İncelemeler

Tümünü Gör
320 syf.
·
Puan vermedi
·
25 günde okudu
Bitirdim Aşotun ailəsinin dədə-babadan qalma qızıl cib saatı dostu erməni Hamlet tərəfindən oğurlanır. Amma Aşot bunu türk olan dostu Suatdan bilir. Suat özünü sübut edə bilmir və intihar edir. Aşotda isə türklərə qarşı bitib-tükənməyən antipatiya və nifrət yaranır. Qəzetçi Aşota erməni millətçiləri tərəfindən "həqiqətin yazılması" tapşırılır. Bəs o nə edir? Kitabı oxuduqca həm XX əsrin əvvəlləri, həm də XX əsrin sonlarında baş verən hadisələrdən qəzetçi erməni Aşotun 8 il yarımlıq macəraları və əsir oğlu Samirə dəyişdiriləcəyi ümidi ilə evində erməni əsirini saxlayan Əsli adlı Azərbaycan dili və ədəbiyyat müəlliminin həyatı, yaşadıqları, xatirələri və duyğuları fonunda xəbərdar oluruq. Müxtəlif insan taleləri, ermənilərin əsl üzü, tarixi faktlar, sevgi, Allaha bağlılıq və daha nələrin toplaşdığı bu kitab haqqında günlərlə də danışılsa, yetməz. Ən yaxşısı alıb oxuyun. Mütləq oxuyun. Marağınızı cəlb edəcəyinə, müəllifin yazı üslubunu sevəcəyinizə və unuda bilməyəcəyiniz kitab olacağına sizi tam əmin edirəm.
Altın Cep Saati
Altın Cep SaatiVaris · Türk Edebiyatı Vakfı Yayınları · 20216 okunma
Reklam
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.