Anam Üçün

İlqar Kamil

Anam Üçün Sözleri ve Alıntıları

Anam Üçün sözleri ve alıntılarını, Anam Üçün kitap alıntılarını, Anam Üçün en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Bir yol təsəvvür edin, elə bir yol ki, o yolda sizdən qabaq və sizinlə bərabər övliyalar, övsiyalar, Allah dostları da yürümüş olsunlar; Bir yol təsəvvür edin, elə bir yol ki, əvvəlindən durub baxanda sonu, sonundan durub baxanda əvvəli görünsün: apaydın olsun, işıqlı olsun; Bir yol təsəvvür edin, elə bir yol ki, zirəklik edib sizi ötənlər sizi gözləməyə, tənbəllik edib arxada qalanlar sizə çatmağa məhkum olsunlar; Bir yol təsəvvür edin, elə bir yol ki, sizi əti dırnaqdan ayırarcasına hər şeydən, hər kəsdən ayırsa da, Allaha doğru aparsın
Sayfa 185Kitabı okudu
Anası bunu eşidib nə hallara düşmüşdü! Binyamini hayətdəki tut ağacının altında yaxalayıb heyva çubuğunu almışdı əlinə, vurur, ağlayırdı, ağlayır, vururdu. Binyaminsə göynəyə-göynəyə çığırırdı: "Ana, qurban olum, ağlama, ana qələt eləmişəm, bir də eləməyəcəm, ağlama!!!" Düz eşitdiniz, o, "vurma!" - deyil, məhz "ağlama" deyə çığırırdı. Yəqin ki, bütün uşaqlar üçün ən əzablı işgəncə anasını ağlayan görməkdir...
Reklam
جانو جانان خواست، نمیشه نداد، ای دل، چه مشاعره کرد، باش نه از توی، نه از من.
Geri16
63 öğeden 61 ile 63 arasındakiler gösteriliyor.