Roman müharibə dövründən və Yunanıstanda adada yaşayan insanlar, İanis həkim, qızı Pelagiya və onun aşiqlərindən danışır. Amma çox hissə Pelagiya və italyan əsgərlərinin kapitanı Korelli arasındakı sevgidən bəhs edir. Lakin bu romanda mənim yadımda qalan xarakterlər var - onlardan biri Karlo oldu. Onun qəlbi, sevdiyi insana qarşı olan vicdanı digər vicdanlara bənzəmir.
Mandras isə öz melodramı ilə kitabın ən təsirli xarakteridir. O da sevginin başqa tərəfini göstərir. Ümumiyyətlə, romanda sevginin fərqli çalarlarını tanıyırıq (Pelagiya, Korelli, Mandras, Karlo, hətta İanis sevgisi) və hər biri yaşamağa dəyər.
Oxuyarkən gözümü yaşardan isə Pelagiyanın atası haqqında dediyi vida sözləri oldu. İanis həkim atalara nümunə bir personajdır Mən İanisi oxuyarkən Viktor Hüqonun "Səfillər" əsərində Jan Valjanın atalığı ağlıma gəldi. Oxşar hissləri Jan Valjanla tanış olanda keçirmişdim. Amma əlbəttə Jan bambaşqadır.