Cəbhədən Cəbhəyə

Həsən Seyidbəyli

Sayfa Sayısına Göre Cəbhədən Cəbhəyə Sözleri ve Alıntıları

Sayfa Sayısına Göre Cəbhədən Cəbhəyə sözleri ve alıntılarını, sayfa sayısına göre Cəbhədən Cəbhəyə kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.
"Bakı elə bil dərin yuxuya dalmışdır. Lakin... o yatmır. Üç ilə yaxındır ki, onun gözlərinə yuxu getmir. Axı onun qanı Vətənin göylərini qoruyan təyyarələrin, düşməni müqəddəs torpağımızdan qovan tankların motorlarında qaynayır... Qaranlıq ehramlar kimi görünən binaların qara pərdəyə alışmış pəncərələri arxasında ürəkləri yaralı analar cəbhədə həlak olmuş oğulları üçün acı gözyaşları axıdır... Ay keçir, il dolanır, əzizlərini itirmiş bu analar yenə də zəif işığı andıran bir ümidlə daha da güclənir... Ucalan bu lal ehramların divarları arxasındakı gəlinlər və qızlar da öz sevgililərinə inam və məhəbbət dolu məktublar yazır... Bakı sakinlərinin ürəkləri ölkəmizin başqa şəhərlərinin adamlarının ürəkləri kimi vətənpərvərlik alovu ilə yanır. Onlar da öz əməlləri ilə ölüm-dirim cəbhələrində vuruşurlar... Lakin başqa yerlərdə olduğu kimi, ağır vəziyyətdən istifadə edərək burda da xəbis, çirkin ünsürlər baş qaldırırlar..."
Sayfa 3 - 1Kitabı okudu
"Kimin ağlına gələrdi ki, hər dəqiqə cəbhədə vətən deyə öz canından keçməyə hazır olasan, min bir təhlükədən çıxasan, axırda öz əziz şəhərində başına elə bir oyun gətirsinlər?"
Sayfa 9 - 1Kitabı okudu
Reklam
"O vaxtlar bu məhəllənin cavanları arasında yazılmamış bir qanun hökm sürürdü. Həbs cəzası çəkmiş, yaxud bədənində bıçaq, güllə yarası olan adamlar nədənsə igidlər siyahısına düşür, tay-tuşlarına, bəzən özlərindən böyüklərə belə, əmr edirdilər"
Sayfa 13 - 1Kitabı okudu
"Hər sirdə romantika axtaran yeniyetmələrin bəziləri nəzarətsiz qalıb özlərini çox sərbəst aparır, ayrı-ayrı şübhəli adamların ictimai qanunları pozmasına qəhrəmanlıq nümunəsi kimi baxır və şüursuz olaraq onların təsiri altına düşürdü. "Sərbəst yaşamağa" belə tezliklə başlayanlar öz yaşıdlarına təsir göstərir beləliklə, yazılmamış qanunlar yeniyetmələr arasında da yayılırdı"
Sayfa 15 - 1Kitabı okudu
"Cəbhə, gərgin vəziyyət hamının fikrini ancaq bir şeyə cəlb etmişdir: azadlıq, qələbə"
Sayfa 23 - 1Kitabı okudu
"Teymur üçün ancaq bir düşmən var idi. O da vətənə soxulmuş, xalqın qanını axıdan, xalqın azadlığını əlindən almaq istəyən qəddar faşistlər idi"
Sayfa 24 - 1Kitabı okudu
Reklam
59 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.