Cəbhədən Cəbhəyə

Həsən Seyidbəyli

En Eski Cəbhədən Cəbhəyə Sözleri ve Alıntıları

En Eski Cəbhədən Cəbhəyə sözleri ve alıntılarını, en eski Cəbhədən Cəbhəyə kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.
"Lakin insan başqalarına qarşı nə qədər təmkinli və dəyanətli olursa, xasiyyətinin bütün bu keyfiyyətləri onun özünə eyni təsiri göstərmir. Çünki Teymur kimi adamlar belə şərtiliyə yol vermir, özlərini yalançı xəyallarla aldatmır. Buna görə də həyatdan sərt həqiqətdən uzaqlaşmırlar".
Sayfa 88 - XanKitabı okudu
-Siz elə bilirsiniz ki, pis adam yumruqlarını sinəsinə vurub "ay camaat, mən pis adamam, mən cinayətkaram",-deyə çığırır. - Bunu hansı axmaq edər?!
Sayfa 203
Reklam
Deyirlər, əqrəb odlu bir halqanın ortasına düşəndə bu halqadan çıxa bilməyəcəyini hiss edib öz-özünü sancır.
Sayfa 370
"Bakı elə bil dərin yuxuya dalmışdır. Lakin... o yatmır. Üç ilə yaxındır ki, onun gözlərinə yuxu getmir. Axı onun qanı Vətənin göylərini qoruyan təyyarələrin, düşməni müqəddəs torpağımızdan qovan tankların motorlarında qaynayır... Qaranlıq ehramlar kimi görünən binaların qara pərdəyə alışmış pəncərələri arxasında ürəkləri yaralı analar cəbhədə həlak olmuş oğulları üçün acı gözyaşları axıdır... Ay keçir, il dolanır, əzizlərini itirmiş bu analar yenə də zəif işığı andıran bir ümidlə daha da güclənir... Ucalan bu lal ehramların divarları arxasındakı gəlinlər və qızlar da öz sevgililərinə inam və məhəbbət dolu məktublar yazır... Bakı sakinlərinin ürəkləri ölkəmizin başqa şəhərlərinin adamlarının ürəkləri kimi vətənpərvərlik alovu ilə yanır. Onlar da öz əməlləri ilə ölüm-dirim cəbhələrində vuruşurlar... Lakin başqa yerlərdə olduğu kimi, ağır vəziyyətdən istifadə edərək burda da xəbis, çirkin ünsürlər baş qaldırırlar..."
Sayfa 3 - 1Kitabı okudu
"Kimin ağlına gələrdi ki, hər dəqiqə cəbhədə vətən deyə öz canından keçməyə hazır olasan, min bir təhlükədən çıxasan, axırda öz əziz şəhərində başına elə bir oyun gətirsinlər?"
Sayfa 9 - 1Kitabı okudu
"O vaxtlar bu məhəllənin cavanları arasında yazılmamış bir qanun hökm sürürdü. Həbs cəzası çəkmiş, yaxud bədənində bıçaq, güllə yarası olan adamlar nədənsə igidlər siyahısına düşür, tay-tuşlarına, bəzən özlərindən böyüklərə belə, əmr edirdilər"
Sayfa 13 - 1Kitabı okudu
Reklam
61 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.