Cəbhədən Cəbhəyə

Həsən Seyidbəyli

Sayfa Sayısına Göre Cəbhədən Cəbhəyə Sözleri ve Alıntıları

Sayfa Sayısına Göre Cəbhədən Cəbhəyə sözleri ve alıntılarını, sayfa sayısına göre Cəbhədən Cəbhəyə kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.
"Lakin elə bir cinayət var ki, onun üstü açılmasın? İntəhası geci-tezi var"
Sayfa 46 - 2Kitabı okudu
"Onun üçün yalnız bir cür cinayətkar vardır- öldürən, başqasının qanını axıdan, başqasının malına sahib olan cinayətkarlar! Lakin müxtəlif işləri aparmağa məcbur olan Teymur cinayətkarların da cürbəcür olduğunu- saxtakarların, dövlət əmlakını mənimsəyənlərin, böhtançılıqla məşğul olanların, alverçilərin, insanların rahat həyatını pozanların, mağazalarda süni surətdə növbə yaradanların da mövcud olduğunu get-gedə dərk etdi"
Sayfa 53 - 3Kitabı okudu
Reklam
Hüquqa qəbul olanda düşündüyüm və gerçək olan :)
"Teymura elə gəlirdi ki, ilk gündən çox gərgin bir işə başlayacaq, çətin düyünləri açacaq, xalqın dincliyini pozan cinayətkarların izinə düşəcək, onları tapıb məhşər ayağına çəkəcəkdir. Lakin ilk aylar Teymurun təsəvvür etdiyi bütün xəyalları heçə çıxdı. O, çox adi işləri aparmalı oldu. Ona az əhəmiyyətli yoxlamalar tapşırılırdı"
Sayfa 53 - 3Kitabı okudu
"Bununla bərabər, hüquqşünaslıqla məşğul olan milis leytenantı bir çətin nəzəri məsələ ətrafında da tez-tez düşünməli olurdu. Oxumaq, işləmək, yaratmaq üçün hər cür şərait, geniş imkanlar olan bir ölkədə bu cür cinayətkarlar hardan və necə törəyirdi?"
Sayfa 87 - 4Kitabı okudu
"Lakin insan başqalarına qarşı nə qədər təmkinli və dəyanətli olursa, xasiyyətinin bütün bu keyfiyyətləri onun özünə eyni təsiri göstərmir. Çünki Teymur kimi adamlar belə şərtiliyə yol vermir, özlərini yalançı xəyallarla aldatmır. Buna görə də həyatdan sərt həqiqətdən uzaqlaşmırlar".
Sayfa 88 - XanKitabı okudu
"Lakin Teymur ondan əl çəkmək istəmirdi: -Niyə Şəfi Atamoğlanov, Əlibala Əsədov, yaxud o Ələddini öldürənlər oğru, quldur, cani olublar? Seymur bir müddət fikirləşdi, sonra dedi: -Mənə belə gəlir ki, adamın öz canından gəlməlidir. -Necə yəni? -Mənim ağlım kəsəni belədir ki, biri yaxşı alim olur, amma hamı yaxşı alim ola bilmir axı... Deməli, biri yaxşı alim olmağı bacarır, o biri bacarmır. Amma o da alim kimi yaşamaq istəyir, ya da baxıb görür mən yaxşı yaşayıram, mənim hər şeyim var, amma onunku yoxdur, əlində də bir sənət yoxdur ki, o da mənim kimi yaşasın. Axı adamların hamısı bir cür olmur. Görürsən ki, biri paxıldır, yalançıdır, biri təmizkardır, biri pintidir. Bu oğrular da belə..."
Sayfa 88 - 4Kitabı okudu
Reklam
59 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.