Cəbhədən Cəbhəyə

Həsən Seyidbəyli

En Yeni Cəbhədən Cəbhəyə Sözleri ve Alıntıları

En Yeni Cəbhədən Cəbhəyə sözleri ve alıntılarını, en yeni Cəbhədən Cəbhəyə kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.
"...atamanlıqdan, onu-bunu təhqir etməkdən bir şey çıxmır. Bütün bunlar boş mənasız şeylərdir..."
Sayfa 349 - Teymur CahangirovKitabı okudu
"Yaş şərt deyil. Əsas şərt can sağlığıdır, iradədir, əsəblərin möhkəmliyidir"
Sayfa 337 - Teymur CahangirovKitabı okudu
Reklam
"Günah məndə deyil, günah bu vəfasız təbiətdədir. Adam istəsə də istəməsə də saç ağarır, üz qırışır, diş tökülür..."
Sayfa 337 - BabayevKitabı okudu
"...Şəhər necə də böyüyüb gözəlləşmişdir... -İnsanlar da çox gözəlləşib... -Elədir. -Maşın çağırım? -Yox, bir az təmiz hava almaq istəyirəm... Bir də ki, Bakının küçələri ilə gəzdikcə adamın ürəyi fərəhlənir..."
Sayfa 330 - 20Kitabı okudu
"Sən mənə inan, Volodya cürbəcür cinayətkarlar var. Elələri var ki, necə deyərlər ipə-sapa yatır, tez islah olur. Amma elələri də var ki, bu peşədən ayrıla bilmirlər. Dəfələrlə həbs cəzası çəkdikdən sonra yenə də cinayət edirlər,- Teymur dərindən nəfəs alıb sözünə davam etdi,- Bir zamanlar Hindistanda adamyeyən pələnglərə təsadüf edilirdi. Bu çox qəribə əhvalatdır, Volodya. Hindistanlıların bir qismi vəfat edən adamlarını yandırırlar. İş elə gətirir ki, onlara fəlakət üz veirir, yoluxucu xəstəliklər camaatı qırır. Camaat ölüləri yandırmağa macal tapmır. Meyitləri aparıb çayın kənarına atırlar. Ac pələng bu meyitləri yeməyə başlayır. Həmin yerin adamları canlarını fəlakətdən qurtardıqdan sonra qəribə, qorxulu bir əhvalatın şahidi olurlar. Gecələr birinin anası, birinin uşağı, birinin əri yorğan-döşəkdən yox olur. Hər dəfə axtarış aparıldıqda pələng ləpirlərinə təsadüf edirlər. Sonra məlum olur ki, adamları oğurlayan xallı pələngmiş. Adam ətinə adət etdiyi üçün başqa şey yeyə bilmirmiş..."
Sayfa 328 - 20Kitabı okudu
"Eh, Volodya, xeyirlə şər bir-birinə elə qarışıb ki, adam lap başını itirir"
Sayfa 322 - Teymur CahangirovKitabı okudu
Reklam
61 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.