Cəbhədən Cəbhəyə

Həsən Seyidbəyli

Cəbhədən Cəbhəyə Sözleri ve Alıntıları

Cəbhədən Cəbhəyə sözleri ve alıntılarını, Cəbhədən Cəbhəyə kitap alıntılarını, Cəbhədən Cəbhəyə en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
"Günah məndə deyil, günah bu vəfasız təbiətdədir. Adam istəsə də istəməsə də saç ağarır, üz qırışır, diş tökülür..."
Sayfa 337 - BabayevKitabı okudu
"Həyat mürəkkəbdir. Ağır cinayətlərin izini axtaran Vladimir Skvartsov nəcib bir məhəbbətin izinə düşmüşdü!"
Sayfa 270 - 15Kitabı okudu
Reklam
"Dar dalanlar, bir-birinin böyrünə qısılmış kələ-kötür evlər, həmişə bağlı qapılar... Elə bil bütün bu evlərin, qapıların üstündən iri hərflərlə: "Mənimdir!", "Özümünküdür!", "Heç kəsə dəxli yoxdur!" – sözləri yazılmışdı. Bir-birindən təcrid olunmuş, bir-birindən küsmüş, bir-birinə dal çevirmiş evlər... Nə yaxşının pisdən xəbəri var, nə pisin yaxşıdan."
Vətənimizə soxulmuş düşmənləri təsəvvürünə gətirdi . Daha demirdi ki, Vətənin içərsində də təhlükləli düşmənlər var....
"Sən mənə inan, Volodya cürbəcür cinayətkarlar var. Elələri var ki, necə deyərlər ipə-sapa yatır, tez islah olur. Amma elələri də var ki, bu peşədən ayrıla bilmirlər. Dəfələrlə həbs cəzası çəkdikdən sonra yenə də cinayət edirlər,- Teymur dərindən nəfəs alıb sözünə davam etdi,- Bir zamanlar Hindistanda adamyeyən pələnglərə təsadüf edilirdi. Bu çox qəribə əhvalatdır, Volodya. Hindistanlıların bir qismi vəfat edən adamlarını yandırırlar. İş elə gətirir ki, onlara fəlakət üz veirir, yoluxucu xəstəliklər camaatı qırır. Camaat ölüləri yandırmağa macal tapmır. Meyitləri aparıb çayın kənarına atırlar. Ac pələng bu meyitləri yeməyə başlayır. Həmin yerin adamları canlarını fəlakətdən qurtardıqdan sonra qəribə, qorxulu bir əhvalatın şahidi olurlar. Gecələr birinin anası, birinin uşağı, birinin əri yorğan-döşəkdən yox olur. Hər dəfə axtarış aparıldıqda pələng ləpirlərinə təsadüf edirlər. Sonra məlum olur ki, adamları oğurlayan xallı pələngmiş. Adam ətinə adət etdiyi üçün başqa şey yeyə bilmirmiş..."
Sayfa 328 - 20Kitabı okudu
"Lakin insan başqalarına qarşı nə qədər təmkinli və dəyanətli olursa, xasiyyətinin bütün bu keyfiyyətləri onun özünə eyni təsiri göstərmir. Çünki Teymur kimi adamlar belə şərtiliyə yol vermir, özlərini yalançı xəyallarla aldatmır. Buna görə də həyatdan sərt həqiqətdən uzaqlaşmırlar".
Sayfa 88 - XanKitabı okudu
Reklam
61 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.