Cəbhədən Cəbhəyə

Həsən Seyidbəyli

Cəbhədən Cəbhəyə Sözleri ve Alıntıları

Cəbhədən Cəbhəyə sözleri ve alıntılarını, Cəbhədən Cəbhəyə kitap alıntılarını, Cəbhədən Cəbhəyə en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
"Əlbəttə, həyat təkcə canilərdən və caniləri axtaranlardan ibarət deyildi. Lakin Teymur istər-istəməz, tamamilə kənar hadisələri- insan zəkasında, insan həyatında, insan psixologiyasında əmələ gələn dəyişiklikləri- onun bu və ya başqa hərəkəti nə üçün etdiyini buraxdığı səhvlərlə əlaqələndirir, bu səhvi nə nə vaxt qəbahətlə çevrildiyini və bu qəbahətin nə vaxt cinayət törətdiyini axtarıb tapmağa çalışırdı"
Sayfa 93 - 4Kitabı okudu
"...Ləmanın atası musiqi müəllimi idi, dərs deyirdi. Bu o demək idi ki, o, top səslərinin bir gün kəsiləcəyinə, gözəl çalğıçıların, müğənnilərin yenə də lazım olacağına inanırdı"
Sayfa 92 - 4Kitabı okudu
Reklam
"Deməli, adamları tanımaq çox çətin imiş..."
Sayfa 33 - 2Kitabı okudu
Vətənə xidmətimizlə fəxr edirik!
"Onlar şəhərin insanlarının keşiyini çəkirlər. Bürkülü gecələrdə də, tufanda da, çovğunda da gəzir, sanki şəhərin sakinlərinə: "sakit yatın"- deyirlər. Səhər isə günəşi salamlayır, şəhər üzərində açılan yeni, gözəl bir səhərin müjdəçisi olurlar... Onların çoxunun hər günü bir qəhrəmanlıq dastanıdır. Bəlkə buna görədə onların bir çoxunun saçları vaxtından çox tez ağarır. Çünki, onlar xarüqələr yaradan, daha işıqlı gələcəyi quran gözəl insanların dincliyinin yorulmaq bilməyən keşikçiləridirlər!"
Sayfa 407 - EpiloqKitabı okudu
"Seymur sübut etməyə çalışdı ki, adam yaşadığı, boya-başa çatdığı, yaxud əziz xatirələri ilə bağlı olan yerdən ayrıla bilmir. İnsanların şəxsi həyatına belə kobud surətdə müdaxilə etmək insafsızlıqdır. Amma Ləman öz dediyinin üstündə durub təkid edirdi ki, "heç də vacib deyil ki, adamlar adət etdikləri şeylərə ömürlük bağlansınlar. Məsələn, bir çoxları papirosa, spirtli içkilərə də adət eləyir. Onları bu adətindən ayırmaq çox çətin olur. Bəzən də heç mümkün olmur. Köhnə, sınıq salxaq evlərdə qışı rütubət, yayı toz içində yaşamağın nə xeyri! Təzə evlərə köçənlər bunu yaxşı başa düşürlər"
Sayfa 365 - 23Kitabı okudu
"Lakin bütün bunlar bir arzu, bir xəyal idi. Həqiqət isə daha sərt, daha amansız idi"
Sayfa 320 - 20Kitabı okudu
Reklam
61 öğeden 51 ile 60 arasındakiler gösteriliyor.