Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Dahi Gönderileri

Dahi kitaplarını, Dahi sözleri ve alıntılarını, Dahi yazarlarını, Dahi yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Dünyada insanın zərurət nəticəsində imtina edə bilməyəcəyi bir səadət yoxdur.İnsan əzab və işgəncə çəkir, lakin bu keçib gedir, həyat isə öz yoluna davam edir.
808 syf.
·
Puan vermedi
Sevdiyim üç obrazdan biri- Yucin Vitla
Yucin Vitla- sevdiyim, unuda bilmədiyim obrazlardan biridir, bəlkə də birincilərdəndi. Martin İden Yucin Vitla Roberta Cordan Cərrah Ravik Drayzerin yazı dili, obrazları həyatdan, insanlardan seçməsi onu sevdirir, fikrimcə. Rəssam olan/ olmaq istəyən Yucin də bizlərdən biridir. Bəlkə də bəxti onda gətirib ki, Amerika kimi bir ölkədə dünyaya gəlib. Düzdü, çox sıxıntılar çəkib, çox səhvlər etsə də sonunda istədiyinə nail olur. Sevilən bir rəssam olmağı bacarır. Yucin üzləşdiyi problemlərdən qaçmır, hədəfindən arzusundan vaz keçmir, səhvlərindən nəticə çıxarır. Düzdü bəzi səhvlərindən nəticə çıxarsa da, bu heç nəyi dəyişmir. Onu çox sevən qadını itirir. Uzun sözün qısası oxumaq lazımdı Cənab Vitlanın hekayəsini.
Dahi
DahiTheodore Dreiser · Qanun · 2014169 okunma
Reklam
808 syf.
10/10 puan verdi
·
Beğendi
·
18 günde okudu
Gənc və xəyalpərəst bir oğlan özünü olduğu mühitə aid hiss etmir, xəyalları və hələki inkişaf etdirilməyi gözləyən istedadı ilə yola çıxır və hadisələr başlayır. Əgər sevgi, sədaqət mövzusunda həssassınızsa(sadəcə bir nəfər olsun, sonsuza qədər onunla davam edim düşüncəsinə sahibsinizsə) Yucini heç sevməyə bilərsiz. Mənə görə Yucin elə çoxumuzun iç üzüdür. Bu kitabda üzərində düşünəsi və müzakirələr aparası fikirlər çoxdur. Sevgiyə fərqli yanaşma, incəsənətlə maddi dünyanı bir araya gətirmək istəyəndə pozulan ahəng, spiritualism və dinə aid fikirlərdəki reallıqlar və.s oxumaq istəyirsinizsə bu kitabı bəyənəcəksiz. Drayzer isə hal-hazırda olduğum düşüncəyə görə, əsl Dahidir. Bəlkə də zaman keçdikcə, yeni yazarlarla tanış olduqca Yucinlə ortaq cəhətlərimdən biri olan hər şeydən sıxılmaq xasiyyətim bunu da dəyişər. Yenə də sevdiyim yazarlardan olacaq.
Dahi
DahiTheodore Dreiser · Qanun · 2014169 okunma
Onlar özlərindən, öz şübhələrindən və ümidsizliklərindən xilas olmaq üçün dində vasitə axtarırlar. Əgər məndən dinin nə olduğunu soruşsalar, mən deyərdim ki, bu, insanın ürək yaralarına qoyduğu məlhəmdir, bu labüd, daim dəyişən, nəhayətsiz şeydən gizlənmək üçün bir seyvandır. Biz hamımız nə isə şərtsizlik axtarırıq və tapmadıqda özümüz onu yaradırıq. Din sanki həyata bir daimi ünvan, yafta verir, lakin bu ancaq özünü aldatmadır.
Çünki həyat nə qədər dəhşətli olsa da, yenə də gözəldir.
Bir anlığa dərk et ki, biz ancaq ruhda yaşayırıq və düşünürük; nə bizdə, nə də bizim ətrafımızda heç bir maddi şey yoxdur, o zaman sənin bədənin ağrıdan xilas olar. Əgər sən saxta xəstəlikdən əzab çəkirsənsə, o dərhal səni tərk edər. Bədən ruha və məhəbbətə tabe olan yerdə kədər özü sevincə çevrilər.
Reklam
"Şərin ancaq ona inananlar üzərində hökmranlığı vardır, lakin özünü ilahi ideyanın kamil və sarsılmaz inikası hesab edənlər üçün onun heç bir əhəmiyyəti və mənası yoxdur. Tanrı prinsipdir, insan isə onun ayrılmaz hissəsidir, elə ki, bunu özünə aydınlaşdırdın, şər pis yuxu kimi yox olub gedər, əslində o elə pis yuxudur da. Şər, hər bir reallıqdan məhrumdur".
Bəzi adamların həyatı cəhənnəmdə açılmış və onun bütün atəşi ilə yanan güllərdir.
Narahatlığa səbəb olan, nifaq törədən hər şey, insan varlığında xoşa gəlməyən hər şey səylə gizlədilir, göz ancaq gözəllik, sağlamlıq və qüvvə görürdü.
O artıq həyatın xırda çətinliklərindən qorxmurdu, onun qayığını fırtınalar uzun müddət didib dağıtdığından, balaca tufanlar nə hazırda, nə də gələcəkdə onu qorxutmurdu.
Reklam
İlk hiddət və kədər tutmalarında sonra başqaları gəlir, lakin bunlar, getdikcə zəif olurdu. Hər cür hiss təzahürü yanlız bir dəfə ən yüksək nöqtəsinə çatır. Sonrakılar isə sakitləşən tufanın əks sədası, şimşək parıltısıdır.
İnsan təbiəti, ən kiçik qıcıqlanmaya cavab verən və nadir hallarda ağla müvafiq hərəkət edən incə mexanizmdir. O, etika qaydaları və məntiq qanunlarından artıq əhval-ruhiyyə və temperamentə tabe olur.
Yucin müvəffəqiyyət və uğursuzluğun metafizik cəhətini unutmuşdu, bəlkə də, bu barədə heç nə bilmirdi. O bilmirdi ki, "insan özü barəsində nə düşünürsə, elədir ki var" və bütün dünya da onu bu cür düşünür, çünki əsas cəhət onun həqiqətdə nə cür olduğunda deyil, özünü nə cür təsəvvür etməsindədir.
464 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.