Eybəcərlər Adası

Vüsal Nuru

Eybəcərlər Adası Hakkında

Eybəcərlər Adası konusu, istatistikler, fiyatları ve daha fazlası burada.
8/10
1 Kişi
1
Okunma
Beğeni
179
Görüntülenme

Hakkında

"Eybəсərlər adası" başdan-ayağa eybəсərliklərin təsviri üstdə qurulub. Lakin hər сüm ləsilə insanları gözəlliyə, insan olmanın nəqədər müqəddəs olduğunu anlamağa səs lə yir. Əsər haçansa xoş arzularının sorağında kənddən şəhərə gəlib sürüсülüklə öz hə yatını qurmağa çalışan, sonra dan hissiz məmurların suçu uсbatından səfalə tə sürük lənən, quduzlaşan, lakin son ana qədər öz insanlığını itirməyən bir azərbayсanlıdan, onun yaşadığı aсılı həyatın məşəqqətlərindən bəhs edir. O, zibilliklərdə yaşayır, bir ti kiş maşınının hesabına kral olmaq istəyir. Kral olmağın yolu isə bambaşqaymış. O bu yolu da tapır.
Tahmini Okuma Süresi: 11 sa. 20 dk.Sayfa Sayısı: 400Basım Tarihi: 2011Yayınevi: Qanun Nəşriyyatı
ISBN: 9789952261714Ülke: AzerbaijanDil: AzericeFormat: Karton kapak
Reklam

Yazar Hakkında

Vüsal Nuru
Vüsal NuruYazar · 0 kitap
Vüsal Nuru 7 iyul 1981-ci ildə Ağdamda doğulmuşdur. Ailənin ilk övladıdır. Orta təhsilini Bakıda bitirib. Hərbi xidmətdə olub. Ailəlidir. İki övladı var. Hazırda Bakı şəhərində yaşayır. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsində təhsil alıb. 2009-cu ildə "Prezident təqaüdü"nə layiq görülmüşdür. Vüsal Nuru 2007-ci ildən Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının, Yeni Azərbaycan Partiyasının üzvüdür. Yerli mətbuatda müntəzəm olaraq köşə yazıları, şeirləri və hekayələri ilə çıxış edir. 2006–cı ildən əsasən "525-ci qəzet", "Kaspi", "Kredo" qəzetləri ilə əməkdaşlıq edib. Məqalələri, müsahibələri, esseləri, şeir və hekayələri dövri mətbuatda işıq üzü görüb. 2008-ci ildə "Turan" ədəbi birliyini yaradıb. Birlik kitabxanalarda, muzeylərdə yazıçılarla oxucuların görüşlərini, yubileylərini, kitab təqdimatlarını təşkil edib, eləcə də çağdaş Azərbaycan ədəbiyyatı ilə türk ədəbiyyatı arasında əlaqələr qurmağa çalışıb. 2014-2018 ci ildə "Ulduz" jurnalının nəsr, poeziya şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 2018-ci ildən "Azərbaycan" jurnalının məsul katibidir. Müstəqillik dövr Azərbaycan ədəbiyyatının ilk fantaskita yazarıdır. Azərbaycanda Qotik ədəbiyyatın ilk nümayəndəsidir.