Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Farengeyt 451

Ray Bradbury

Farengeyt 451 Gönderileri

Farengeyt 451 kitaplarını, Farengeyt 451 sözleri ve alıntılarını, Farengeyt 451 yazarlarını, Farengeyt 451 yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
208 syf.
9/10 puan verdi
·
Beğendi
Farenheit 451 - Review
Başlanğıc olaraq onu vurğulamaq istəyirəm ki, Rey Bredberi bizə bu kitabı ilə çoxlu sayda ideyalar və dünyagörüşü bəxş edir. Kitabın adı hər birimizi cəlb edir: Farenheit 451 - kağızın alovlanıb yandığı tempratur. Elə bütün hekayə də məhz buradan başlayır ki, bölmələri oxuduqca bu ütopik əsərdə, yaratdığı təsirdə qərq oluruq. Müəllif kitabların insanlar üstündəki təsirini, insanların idarə olunması və bunun kimi başqa kompleks ideyaları özündə birləşdirən kitabı, məncə, oxunmağa dəyər. İdeoloji olaraq 10/10 bir əsər olsa da, yazılım tərzi və hekayənin qarışıq plotu bizə ilk fəsilələrində biraz fikir qarışıqlığı yarada bilər (şəxsən mən hekayəni 70-ci səhifələrdən sonra qavramağa başladım ).
Farengeyt 451
Farengeyt 451Ray Bradbury · Qanun Nəşriyyatı · 201989,1bin okunma
Kimisə xilas etməyə çalışmayın, özünüzü xilas edin. Boğulsanız belə sahilə getdiyini bilə-bilə ölmək daha yaxşıdır..
Qanun nəşriyyatıKitabı okudu
Reklam
208 syf.
9/10 puan verdi
·
Beğendi
·
6 günde okudu
İndiyə qədər yazılmış ən yaxşı elmi fantastika romanı. Rey Bredberi bəlkə də elmi fantastikanın yaxşı ədəbiyyat ola biləcəyini sübut edən ilk müəllifdir. Nəşr edildiyi zaman klassik hala gələn və distopiya ədəbiyyatının dörd əsas kitabından biri olan Fahrenheit 451 XX əsrin şah əsərlərindən biridir. Guy Montag yanğınsöndürən idi. Televiziyanın hakim olduğu bu dünyada kitablar itmək üzrə idi, çünki yanğınsöndürənlər onları söndürmək əvəzinə od vururdular. Monteqin missiyası qeyri-qanunilərin ən təhlükəlisini, kitablarını yandırmaq idi. Monteq bir gün belə işini şübhə altına almadı və bütün günü televizorlarla örtülmüş otaqlarda keçirən arvadı Mildredlə birlikdə yaşadı. Ancaq yeni qonşusu Clarisse ilə tanış olduqdan sonra bütün həyatı dəyişdi. Kitabların dəyərini anlamağa başlayan Monteq indi bildiyi hər şeyi sorğulayacaqdı. Bu kitablarda insanlar nə üçün canlarını fəda etməyə hazır idilər? Faktları dərk etdikdən sonra bu qaranlıq cəmiyyətdə yaşamaq olarmı?- suallarının cavabını tapa biləcəyimiz kitabdır. “Xoşbəxt olmaq üçün hər şeyimiz var, amma xoşbəxt deyilik. Nəsə çatışmır. ətrafa baxdım. Əmin olduğum tək şey on-on iki ildir yandırdığım kitablar idi.”
Farengeyt 451
Farengeyt 451
Ray Bradbury
Ray Bradbury
Farengeyt 451
Farengeyt 451Ray Bradbury · Qanun Nəşriyyatı · 201989,1bin okunma
Alov şahə qalxır
Adəm övladının bir gözəl xüsusiyyəti var: əgər hər şeyi yenidən başlamaq lazım gəlirsə, o nə ümidini, nə cəsarətini itirmir, çünki bunun mühüm bir iş olduğunu, onun üçün səy göstərmək lazım gəldiyini bilir.
Sayfa 195 - Qrencerdən; Qanun NəşriyyatıKitabı okudu
İlahi - Monteq düşündü ,- bu ki həqiqətdir! Həyəcan siqnalları təkcə gecə olur. Gündüz heç vaxt təsadüf etməzsən. Niyə? Olmaya ona görə ki, gecə yanğın daha qəşəng, daha effektli görünür
"...Bunun çox sadə izahı var. Məktəblər getdikcə daha çox yaxşı qaçanlar, tullananlar, hoppananlar, üzgüçülər, motorda eşələnməyi sevənlər, təyyarəçilər, tədqiqatçılar, tənqidçilər, alimlər və incəsənət adamları əvəzinə maşın yarışçısı buraxdıqca "intellektual" sözü söyüşə çevrilib, ona elə bu status yaraşır. İnsan adidǝn kənara çıxana dözmür. Bir yadınıza salın, yəqin ki, oxuduğunuz məktəbdə, sinfinizdə hansısa bir istedadlı uşaq olub. O, hündürdən hamıdan yaxşı oxuyub və dərslərdə hamıdan çox cavab verib, yerdə qalanlarsa müqəvva kimi oturub və ona ürəkdən nifrət edib. Dərsdən sonra ən çox kimi sancmısınız, hər fürsətdə incitmisiniz? Əlbəttə ki, bu oğlanı."
Sayfa 78 - Capitan BeattyKitabı okuyor
Reklam
Onlar mənim qaradinməz olduğumu söyləyirlər. Guya mən insanlara yovuşmuram. Qəribədir. Çünki mən kifayət qədər ünsiyyətciləm. Məsələnin məğzi ünsiyyət sözünün hansı anlama gəlməsindədir. Mənə görə, insanlarla ünsiyyətə girmək elə sizinlə çənə vurmaq kimidir, ya da dünyanın necə ecazkar olmağından söhbət açmaq.
Sayfa 42 - Clarisse McClellanKitabı okuyor
...amma bir başqasının üzündə öz üzünün əksini, məhrəm fikirlərini görmək necə də nadir hadisədir.
...Gecə gəzmək yaxşıdır, elə deyilmi? Mən ətrafdakı hər şeyə baxmağı, onların qoxusunu ciyərimə çəkməyi xoşlayıram. Bəzən elə olur ki, bütün gecəni gəzirəm və dan yerinin necə söküldüyünü görürəm.
Sayfa 15 - Clarisse McClellanKitabı okuyor
Xoşbəxt olmaq üçün hər şeyimiz var, amma xoşbəxt deyilik.
Reklam
İnsan neçə dəfə məhv ola, amma yenə də sağ qala bilər ki?
Sayfa 167Kitabı okudu
Kimisə xilas etməyə çalışmayın, özünüzü xilas edin. Boğulsanız belə, sahilə getdiyini bilə-bilə ölmək daha yaxşıdır.
İtirməyə heç nəyin qalmayanda risk etməkdən qorxmursan.
Sayfa 111Kitabı okudu
Bizim xoşbəxt olmaq üçün hər şeyimiz var, ancaq xoşbəxt deyilik.
Sayfa 107Kitabı okudu
1.500 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.