Vaxtdan daha bahalı və qiymətli heç nə yoxdur, gəlin onu yaxşı işlərə sərf eləyək…
Bu gün sizə çox fərqli, düşündürücü, zaman- zaman güldürən, sətiraltı mənalarla dolu olan klassikayla gəlmişəm.
Yazarımız satirik texnika ilə qələmə aldığı əsərdə cəmiyyət, din, hərb və həyatla bağlı bir çox məsələlərə toxunur…
Kitab 5 seriyadan ibarətdir. Ən məhşuru Qarqantua və onun oğlu Pantaqrueldi.
Kitabda adı keçən hər insan barəsində başlıq mövcuddu və burada onlar haqqında geniş məlumatlar verilir…Siz onları gözünüzdə canlandırmaqda bir az çətinlik çəkə bilərsiniz, çünki inanılmaz görünüşə malikdirlər…
Mövzusu haqqında qısaca danışsaq, kitab böyük bir ailədə doğulan Qarqantuanın anadan olması ilə başlayır. Zaman keçdikcə böyüyən bu nəhəngin macəralarını oxuyarkən, arabir gülür, arabir düşünürük…Böyüdükcə dərdləri böyüyən nəhəng cəngavər Qarqantua həyatı istədiyi kimi yaşamağa qərar verir…
Kilsəni, idarəni, hərbçiləri ağır tənqid etdiyi üçün yazıldığı dövrdə toplanan bu əsərdə tez-tez istifadə olunan söyüşlər, nalayiq zarafatlar, ifadə pozğunluqları oxumağıma mənfi təsir göstərdi…Anlatım dili də olduqca çətindi… Bəzən bir səhifəsini bir, neçə dəfə oxumaq lazım gəlir…Bu səbəbdən nə vaxtsa yenidən oxumağım lazım gələcək… Mənim üçün qaranlıq qalan məqamlar oldu… Əgər fərqli, düşündürücü, ağır kitab axtarırsızsa, bu kitab tam da sizin üçündür…Şans verə bilərsiniz…