Xoşbəxtlik axtarışında olanlar üçün...

Hərbistan

Asəf Hüseynov

Hərbistan Gönderileri

Hərbistan kitaplarını, Hərbistan sözleri ve alıntılarını, Hərbistan yazarlarını, Hərbistan yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
"Baxın səmaya və özünüzə mən olsam nə əlavə edərdim sualını verin."Qrup bir neçə dəqiqə fikirləşsə də cavab tapa bilmədi. Ali:"Cavab yoxdur...Çünki,qüsursuzdur.ALLAH'da belədir,yəni qüsursuzdur.Ardınca biz insanların yaratdıqları maşın,ev,bina və bunun kimi onlarla və yüzlərlə arzusunda olduğumuz bir şeyə baxıb mən olsam nə əlavə edərdim?Sualını təkrar verin.Cavab isə "n" qədər.İnsanda qüsur eyni sayda.Quran'i Kərimdə buyurulur:"Göy üzündə bir çat,bir yarıq gördünüz də mi Rəbbinizə iman etmədiniz?"
"Zəhmət olmasa əllərinizdən istifadə edərək hər iki gözünüzü yaxşıca bağlayın.Dünyanı görə bilirsinizmi?" 003:"Təbii ki,xeyr.Gözlərimiz bağlı şəkildə bu mümkün deyil." Ali:"Görə bilmirsən deyə bu dünya yoxdurmu?" 003:"Var.Sadəcə mən gözüm bağlı olduğu üçün görmürəm." Ali:"Bax,Rəbbimiz də belədir.O var və hər yerdədir.Sadəcə biz insanlar gözümüzü qapayaraq görmək istəmirik."
Reklam
003:"Bütün bu yaşadıqlarınıza baxmayaraq ALLAH'a təşəkkür edirsiniz?Axı O sahib olduğunuz hər şeyi yavaş-yavaş əlinizdən alır." Ali:"Sahib olduğum hər şeyi?Səhv edirsiniz,dostum.Heç nəyin sahibi mən deyiləm və heç zaman da mən olmadım.Sinəmdə çarpan ürək,aldığım nəfəs belə vaxtı çatanda geriyə qaytaracaq olduğum əmanətimdir.Var-dövlətim isə imtahanım.İndi sən de.Niyə və nəyə üzülüm?Mənim olmayan bir şeyi itirdiyimə görə mi?O verdi və O da alacaq.Ölüm haqdır.Ondan gəldik və Ona da geri dönəcəyik.Bir hədisi-şərifdə buyurulur:"Xəstə adamın günahları ağacdan yarpaq tökülən kimi tökülər" Çox şükür ALLAH verdiyi əmanətini qəfildən almadı və mərhəmətini əsirgəməyərək son dəfə dəyişməyim üçün bir şans daha verdi.Bunun özü böyük bir lütfdür.Zamanla anladım ki,pis yaradılışlı adam ALLAH'a yalvarmasın deyə ALLAH o adama dərd verməz.Bəla da bir nemətdir və hər adama verilmir.Elə bir nöqtəyə gəldim ki,hətta dərdlərimi sevməyə başladım.Mövlanənin dili ilə desək bilirəm ki,dərdi verən də məni sevir.Sevən sevdiyinin nazını ölçər.Sevilən çəkməsin də neyləsin?"
Bir anlıq öz məzar daşımı xəyal etdim.Orada nə yazılacaqları.Adım,soyadım,dünyaya gəldiyim və dünyadan köçdüyüm tarix...Arada isə bir tire–qısacıq bir tire.Hansı ki,ömrü ifadə edir.Sanki,xəyali məzarım deyirdi:"Yəni bu balaca tire üçün həyatı təlaş içində–heç ölməyəcəkmiş kimi yaşadın?Adəm Peyğəmbərin cəza olaraq göndərildiyi bu dünyadan sən nə gözləyirdin axı?
"Əsgərlik ölmək işi deyil.Yaşamaq və yaşatmaq üçün edilir."
Əgər onlar İslam və Quranı bilsələr adam öldürməzdilər.Hər özünə müsəlman deyən müsəlman olmadığı kimi İslam da terror dini deyil.
Reklam
564 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.