Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

İdrak Problemi

Murtaza Mutahhari

En Yeni İdrak Problemi Sözleri ve Alıntıları

En Yeni İdrak Problemi sözleri ve alıntılarını, en yeni İdrak Problemi kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.
Əli necə də gözəl deyib: "Kimsə nəyəsə aşiq olsa, gözünü kor, qəlbini isə xəstə edər".
Sayfa 132Kitabı okudu
Bir çox məsələlər var ki, insanlar şübhə etməsələr də, onları laboratoriyada sınaqdan keçirmək və ya hər hansı bir şəkildə praktiki olaraq təsdiq etmək olmur. Halbuki onlar doğrudur və insan üçün hər bir doğrudan daha aydındır.
Sayfa 181Kitabı okudu
Reklam
Bertrand Russell
"İslam mədəniyyəti Yunan mədəniyyətindən daha çox elmə əməli yön bəxş edərək təcrübi elmlərin qapısını açdı".
Sayfa 180Kitabı okudu
Şüuraltının varlığının kəşf olunmasının ilk nəticəsi ruhun varlığının aydın bir şəkildə isbatlanması oldu. Aydın oldu ki, insan ruhu dörd-beş materialistin dediyi bu kimi uşaqca sözlərdən - insanın ruhi halları əsəb sisteminin kimyəvi təsir-təsirlənmələri nəticəsindədir - daha dərindir.
Sayfa 158Kitabı okudu
..mənim ruhumda elə gizli şeylər var ki, mələklər belə onlardan xəbərdar deyillər və xəbərdar belə ola bilməzlər, amma Sən Özün elə bir nəzarətçisən ki, onlardan gizli olanları belə bilirsən.
Sayfa 153Kitabı okudu
Ancaq "özünüdərk"də - sözün əsl mənasında - idrak edən, idrak və idrak edilən hər üçü də eynidir, yəni insanın özü eyni anda həm idrak edən, həm idrak, həm də idrak ediləndir.
Sayfa 139Kitabı okudu
Reklam
İnsanın idrak qüvvəsi elə yaradılıb ki, insan ruhu emosional baxımdan xüsusi bir rəngdə olsa, həqiqətləri olduğu kimi görə bilməz, əksinə, həmin rəngə uyğun görəcək.
Sayfa 133Kitabı okudu
İnsanlar çox vaxt ya ifrat halında, ya təfrit halında və nadir hallarda isə mötǝdil halda olurlar. Əsirlərdir introversiya dalğaları içərisində qərq olmuşuq və ekstraversiyadan üz döndərmişik. Fikrimcə, yenə də yavaş-yavaş ekstraversiyaya meyillənməkdə və "İslamda bu kimi mövzular yoxdur" adı ilə introversiyadan üz döndərməkdəyik.
Dərin biliyin ən sadə dərəcəsi səthi bilikdir, ondan daha yüksək dərəcə - bu da dərin hesab olunur - elmi bilikdir, biliyin digər bir dərəcəsi isə fəlsəfi bilikdir.
Zehin mücərrədləşdirir və mücərrədləşdirdiyi üçün düşünə və idrak edə bilir. Zehin mücərrədləşdirməyə qadir olmasaydı, düşünə bilməzdi.
28 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.