Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

İdrak Problemi

Murtaza Mutahhari

Sayfa Sayısına Göre İdrak Problemi Sözleri ve Alıntıları

Sayfa Sayısına Göre İdrak Problemi sözleri ve alıntılarını, sayfa sayısına göre İdrak Problemi kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.
“Dünyagörüşü düşüncənin altqurumu, ideologiya isə üstqurumu hesab olunur.”
Sayfa 23 - Parlaq İmzalarKitabı okudu
Dekart
Əgər mən hər şeyə şəkk edirəmsə, daha şəkk etməyimə şəkk etmirəm. Yerlə göy arasındakı bir qayanın üzərində durub belə deyir: artıq bir yer tapdım. Doğrudur, hiss ilə qavradıqlarıma şəkk edirəm, ağlımla dərk etdiklərimə şəkk edirəm, hətta öz varlığıma belə şəkk edirəm, Tanrı, aləm, din və həyata şəkk edirəm - bütün bunlar doğrudur. Ancaq bir şeyə hər nə qədər şəkk etmək istəsəm də, şəkk etmirəm: şəkk etməyimə şəkk etmirəm, çünki əgər şəkk etsəm, yenə də şəkk etməkdə olduğumu bilirəm. Dekart yerlə göy arasındakı bu nöqtədə dayanır, yəni bilik üçün bir bünövrə tapır.
Reklam
Mötərizə mənə aid , kitabda elə hissə yoxdur
“(Adəm) İnsan idi və Cənnətdə idi, Cənnətdə gözübağlı bir heyvan deyildi ki, o meyvəni yedikdə gözü açılsın (Tövratın təhrifini qınayır). İnsan idi deyə Cənnətə getdi. İnsan idi, arif idi, biliyi var idi, idrakı var idi – həqiqətləri bilirdi. Adəm insanlıqdan çıxdığına görə Cənnətdən qovuldu. O qədər elmi, biliyi ola-ola, öz şəhvani istəklərinin, bir tamahın, bir vəsvəsənin əsiri oldu.”
Sayfa 36 - Parlaq İmzalarKitabı okudu
“İnsan olmaq təqva – özünüqoruma – tələb edir.”
Sayfa 37 - Parlaq İmzalarKitabı okudu
“Adəm övladı"sınız, elə bir Adəm ki, sonsuz bilik əldə etmişdi. Elə isə siz də son- suz biliyə doğru hərəkət edin. Qurana görə, Adəm övladı olmaq bilik övladı olmağa bərabərdir. Siz bilik övladısınız.
Sayfa 38 - Parlaq İmzalarKitabı okudu
Əgər nəsnələr kateqoriyalara bölünməsə, biz onları dərk edə bilmərik. Nəsnələrin kateqoriyalaşdırılması əqli bir işdir, əqli bir analizdir.
Reklam
“Allah insanların fəzilətinin, səyinin, fəaliyyətinin, gözəl niyyətinin və paklığının qədrini bildiyi üçün Ona "Şəkur" deyilir.”
Sayfa 54 - Parlaq İmzalarKitabı okudu
"İlahi, şükür" deyimi şükrün özü deyil, şükürdən xəbər verəndir.
Sayfa 54 - Parlaq İmzalarKitabı okudu
Ey bəşər, öz yolunu tanı; Allah səni bu yolda hərəkət etdirib, yəni bu, ilahi nizamdır, ilahi qayda-qanun və iradədir. Sənin bu dünyaya gəlişin Onun iradəsinin təzahürüdür. Sən bu aləmə gəldikdə heç nə bilmirdin; sənə göz verdi, qulaq verdi, qəlb verdi ki, şükür edəsən – bunları istifadə edəsən, yəni bilik əldə edəsən; gözü, qulağı və qəlbi bilik əldə etmək üçün işlədəsən.
Sayfa 55 - Parlaq İmzalarKitabı okudu
“Quran "elm də öyrən, əməl də et; elm də öyrən, təqvalı da ol; bu ikisini bir-birindən ayırma", – deyə söyləyir. Sırf təqvalı olmaq gözün, qulağın, ağılın dayandırılması deməkdirsə, onda niyə Allah bunları yaradıb?! Elə kifayət edərdi ki, sənin (arif) qeyd etdiyin mənada ancaq qəlbi yaradardı. Daha gözü, qulağı, ağılı və hissləri isə yaratmazdı. Nə elmi alçaltmaq olar, nə də nəfsin paklaşdırılması və saflaşdırılmasını.”
Sayfa 64 - Parlaq İmzalarKitabı okudu
26 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.