Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

İdrak Problemi

Murtaza Mutahhari

İdrak Problemi Sözleri ve Alıntıları

İdrak Problemi sözleri ve alıntılarını, İdrak Problemi kitap alıntılarını, İdrak Problemi en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Bilik dünyagörüşü formalaşdırır, dünyagörüşündən ideologiya doğur və ideologiya da müəyyən bir davranış tələb edir.
Sayfa 120Kitabı okudu
Bertrand Russell
"İslam mədəniyyəti Yunan mədəniyyətindən daha çox elmə əməli yön bəxş edərək təcrübi elmlərin qapısını açdı".
Sayfa 180Kitabı okudu
Reklam
İnsanlar çox vaxt ya ifrat halında, ya təfrit halında və nadir hallarda isə mötǝdil halda olurlar. Əsirlərdir introversiya dalğaları içərisində qərq olmuşuq və ekstraversiyadan üz döndərmişik. Fikrimcə, yenə də yavaş-yavaş ekstraversiyaya meyillənməkdə və "İslamda bu kimi mövzular yoxdur" adı ilə introversiyadan üz döndərməkdəyik.
Bir çox məsələlər var ki, insanlar şübhə etməsələr də, onları laboratoriyada sınaqdan keçirmək və ya hər hansı bir şəkildə praktiki olaraq təsdiq etmək olmur. Halbuki onlar doğrudur və insan üçün hər bir doğrudan daha aydındır.
Sayfa 181Kitabı okudu
..mənim ruhumda elə gizli şeylər var ki, mələklər belə onlardan xəbərdar deyillər və xəbərdar belə ola bilməzlər, amma Sən Özün elə bir nəzarətçisən ki, onlardan gizli olanları belə bilirsən.
Sayfa 153Kitabı okudu
Dekart
Əgər mən hər şeyə şəkk edirəmsə, daha şəkk etməyimə şəkk etmirəm. Yerlə göy arasındakı bir qayanın üzərində durub belə deyir: artıq bir yer tapdım. Doğrudur, hiss ilə qavradıqlarıma şəkk edirəm, ağlımla dərk etdiklərimə şəkk edirəm, hətta öz varlığıma belə şəkk edirəm, Tanrı, aləm, din və həyata şəkk edirəm - bütün bunlar doğrudur. Ancaq bir şeyə hər nə qədər şəkk etmək istəsəm də, şəkk etmirəm: şəkk etməyimə şəkk etmirəm, çünki əgər şəkk etsəm, yenə də şəkk etməkdə olduğumu bilirəm. Dekart yerlə göy arasındakı bu nöqtədə dayanır, yəni bilik üçün bir bünövrə tapır.
Reklam
İnsanın idrak qüvvəsi elə yaradılıb ki, insan ruhu emosional baxımdan xüsusi bir rəngdə olsa, həqiqətləri olduğu kimi görə bilməz, əksinə, həmin rəngə uyğun görəcək.
Sayfa 133Kitabı okudu
Zehin mücərrədləşdirir və mücərrədləşdirdiyi üçün düşünə və idrak edə bilir. Zehin mücərrədləşdirməyə qadir olmasaydı, düşünə bilməzdi.
Şüuraltının varlığının kəşf olunmasının ilk nəticəsi ruhun varlığının aydın bir şəkildə isbatlanması oldu. Aydın oldu ki, insan ruhu dörd-beş materialistin dediyi bu kimi uşaqca sözlərdən - insanın ruhi halları əsəb sisteminin kimyəvi təsir-təsirlənmələri nəticəsindədir - daha dərindir.
Sayfa 158Kitabı okudu
Dərin biliyin ən sadə dərəcəsi səthi bilikdir, ondan daha yüksək dərəcə - bu da dərin hesab olunur - elmi bilikdir, biliyin digər bir dərəcəsi isə fəlsəfi bilikdir.
Reklam
Ancaq "özünüdərk"də - sözün əsl mənasında - idrak edən, idrak və idrak edilən hər üçü də eynidir, yəni insanın özü eyni anda həm idrak edən, həm idrak, həm də idrak ediləndir.
Sayfa 139Kitabı okudu
Əgər nəsnələr kateqoriyalara bölünməsə, biz onları dərk edə bilmərik. Nəsnələrin kateqoriyalaşdırılması əqli bir işdir, əqli bir analizdir.
“Quran batindən imtina etmədən zahirə diqqət ayırıb.”
Sayfa 75 - Parlaq İmzalarKitabı okudu
Qurana görə, yaxşılıq, təqva və ixlas tarixin gedişatında rol oynayır, son təsir və son qələbə isə həmişə haqqındır.
“Dinlər bu aləmdən nəsə azaltmayıblar, əksinə, o aləmin əzəmətini bizə göstəriblər.”
Sayfa 162Kitabı okudu
28 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.