İki Şəhərin Yazıları

Ramil Əhməd

İki Şəhərin Yazıları Hakkında

İki Şəhərin Yazıları konusu, istatistikler, fiyatları ve daha fazlası burada.
0/10
0 Kişi
Okunma
Beğeni
258
Görüntülenme

Hakkında

Kitab rəssamlıq, kino, roman və poeziya sənətinə dair esselər toplusudur. Şair Ramil Əhməd bu kitabda Bakını İstanbula, İstanbulu Bakıya aparan yazılarla çıxış edir. Bakıdan dünyaya çıxışın, İstanbuldan özünə qayıdışın mədəni, kultroloji fəlsəfi esselərin də məna simmetriyasını formalaşdırır. Həyatı sənətin gözlüyü ilə seyr etməyin və bu baxışın yaratdığı yazıda var olmağın alternativ gözəlliyi iki şəhərin mədəni vəziyyətinə, melanxolik təbiətinə işıq salır. Oxucu Van Gogh'un rəsm dünyasından Andrey Zvyagintsev və Abbas Kiorostami'nin obyektivinin qarşısına düşür. Nabokov, Milan Kundera, Orhan Pamuk, Kurt Vonnegut kimi yazıçılara dair esselər digər xalqların ədəbiyyatının sirli dünyasına daxil olmaq üçün şərait yaradır. Kitabda, həmçinin, şairin Orhan Pamukla baş tutan bir neçə görüşü zamanı təəsüratları və maraqlı söhbətləri yer almışdır.
Türler:
Tahmini Okuma Süresi: 6 sa. 34 dk.Sayfa Sayısı: 232Basım Tarihi: 2018Yayınevi: Mutardzhim
ISBN: 9789952284140Ülke: AzerbaijanDil: AzericeFormat: Karton kapak
Reklam

Yazar Hakkında

Ramil Əhməd
Ramil ƏhmədYazar · 2 kitap
Ramil Əhmədov 1994-cü il yanvarın 1-də anadan olub. 2000–2011-ci illərdə Şuşa rayon Malıbəyli kənd 2 saylı orta məktəbində təhsil alıb. 2006–2011-ci illərdə Şuşa rayon Malıbəyli kənd uşaq musiqi məktəbində musiqi təhsili alıb. 2011–2015-ci illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb. 2015–2018-ci illərdə "Yunus Əmrə Türk Dili Təqaüd Proqramı"nı qazanaraq Memar Sənan Gözəl Sənətlər Universitetinin Türk Dili və Ədəbiyyatı ixtisası üzrə magistr təhsili alıb. 2018–2023-cü illərdə İstanbul Universitetinin doktorantı olub.2023-cü ildə filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə yiyələnib. Müxtəlif illərdə "525-ci qəzet"in mədəniyyət müxbiri olaraq işləyib. 2013–2015-ci illərdə fəaliyət göstərən Azərbaycan Yazıçılar Birliyinin və Mədəniyyət Nazirliyinin birgə layihəsi olan "Gənc Ədiblər Məktəbi"nin məzunudur. 2014-cü ildə Azərbaycan Yazıçılar Birliyinin 21 nəfərdən ibarət Gənclər Şurasına üzv seçilib. 2015–2016-cı illərdə İstanbul Elmlər Akademiyasında "Türk Dili və Ədəbiyyatı" dərslərində iştirak edib. 2017-ci ildə Avrasya Yazarlar Birliyinin təşkil etdiyi "Türk Dünyası Gənc Yazarların Görüşü"ndə Azərbaycanı təmsil edib. 2019-cu ilin fevral-may aylarında Anadolu Yazarlar Birliyinin təşkil etdiyi "Çeviri Atölyesi" layihəsində iştirak edib. 2019-cu ildə İstanbul Universiteti Azərbaycan Kültür və Dayanışma Topluluğunun Mədəniyyət koordinatorluğunu icra edib. 2019-cu ildə Dünya Ədəbiyyatı jurnalının redaksiya heyətinə üzv qəbul edilib. "Ulduz", "Naşir", "Kitabçı" jurnallarında, "525-ci qəzet", "Ədəbiyyat qəzeti" və s. qəzetlərdə şeir, publisistik məqalə, tərcümə və müsahibələri dərc olunub. Türkiyənin müxtəlif dil və ədəbiyyat araşdırmaları jurnallarında Azərbaycan, Türk və dünya ədəbiyyatlarına dair bədii və elmi məqalələri işıq üzü görüb. Bir çox elmi araşdırmalarıyla İstanbul Universiteti, Trakya Universiteti, İstanbul Mədəniyyət Universiteti, Avrasiya Araşdırma Mərkəzi kimi nüfuzlu qurumların təşkil etdiyi konfranslarda çıxış edib. 2020-ci ildə Makedoniyada keçirilən "VI Yəhya Kamal Beyatlı Şeir Festivalı"nda Azərbaycanı təmsil edib. 2021-ci ildə Xocavənd rayonu üzrə nümayəndə təyin edilib. 2023-cü ildə II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının Macarıstan günlərinin koordinatoru olub.