Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

İncil

Kolektif

İncil Gönderileri

İncil kitaplarını, İncil sözleri ve alıntılarını, İncil yazarlarını, İncil yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
RAB'bin meleği ilerledi, sağa sola dönüşü olmayan dar bir yerde durdu. Eşek RAB'bin meleğini görünce, Balam'ın altında yıkıldı. Balam öfkelendi, değneğiyle eşeği dövdü. Bunun üzerine RAB eşeği konuşturdu. Eşek Balam'a, “Sana ne yaptım ki, üç kez beni böyle dövdün?” diye sordu. Balam, “Benimle alay ediyorsun” diye yanıtladı, “Elimde kılıç olsaydı, seni hemen öldürürdüm.” Eşek, “Bugüne dek hep üzerine bindiğin eşek değil miyim ben?” dedi, “Daha önce sana hiç böyle davrandım mı?” Bundan sonra RAB Balam'ın gözlerini açtı. Balam yalın kılıç yolda durmakta olan RAB'bin meleğini gördü, eğilip yüzüstü yere kapandı. RAB'bin meleği, “Neden üç kez eşeğini dövdün?” diye sordu, “Ben seni engellemeye geldim. Çünkü gittiğin yol seni yıkıma götürüyor. Eşek beni gördü, üç kez önümden saptı. Eğer yoldan sapmasaydı, seni öldürür, onu sağ bırakırdım.”
Size doğrusunu söyleyeyim buğday tanesi toprağa düşüp ölmedikçe yalnız kalır. Ama ölürse çok ürün verir. Canını seven onu yitirir. Ama bu dünyada canını gözden çıkaran onu sonsuz yaşam için koruyacaktır. Yuhanna12 24-25
Reklam
Onların İsaya acığı tutdu. Amma İsa onlara dedi: «Bir peyğəmbərə öz yurdundan və öz evindən başqa heç bir yerdə xor baxmazlar». İsa onların imansızlığı üzündən orada çox möcüzə yaratmadı.
Əlini şagirdlərinə doğru uzadaraq dedi: «Mənim anam və qardaşlarım bunlardır. Çünki kim göylərdə olan Atamın iradəsini yerinə yetirirsə, Mənim qardaşım, bacım və anam odur».
İsaya layiq olmaq
Düşünməyin ki, yer üzünə sülh gətirməyə gəlmişəm. Mən sülh deyil, qılınc gətirməyə gəlmişəm. Çünki Mən oğulu atasından, qızı anasından, gəlini də qayınanasından ayırmağa gəlmişəm. "İnsanın düşməni öz ev əhli olacaq". Atasını ya anasını Məndən artıq sevən kəs Mənə layiq deyil. Oğlunu ya qızını Məndən artıq sevən də Mənə layiq deyil. Çarmıxını götürüb ardımca gəlməyən kəs də Mənə layiq deyil. Canını qoruyan kəs onu itirəcək, Mənim uğrumda canını itirənsə onu qoruyacaq. Sizi qəbul edən kəs Məni qəbul edər. Məni qəbul edən də Məni Göndərəni qəbul edər. Peyğəmbəri peyğəmbər olduğu üçün qəbul edən kəs peyğəmbərə layiq bir mükafat alacaq. Salehi saleh olduğu üçün qəbul edən də salehə layiq bir mükafat alacaq. Kim bu kiçiklərdən birinə şagird olduğu üçün hətta bir kasa soyuq su içirdərsə, sizə doğrusunu deyirəm: mükafatsız qalmayacaq.
Bədəni öldürüb canı öldürə bilməyənlərdən qorxmayın. Həm canı, həm də bədəni cəhənnəmdə məhv edə bilən Allahdan qorxun.
Reklam
«Bizim xəstəliklərimizi O çəkdi, Naxoşluqlarımızı Öz üzərinə götürdü»
Dar qapı və geniş qapı
Dar qapıdan girin. Çünki həlaka aparan qapı geniş və yolu enlidir. Bu qapıdan girənlər çoxdur. Amma həyata aparan qapı dar və yolu ensizdir, onu tapanlar azdır.
Dua haqqında təlim
Diləyin, sizə veriləcək, axtarın, tapacaqsınız, qapını döyün və sizə açılacaq. Çünki hər diləyən alar, axtaran tapar, qapı döyənə açılar. Aranızdan kimsə oğlu ondan çörək diləsə, ona daş verərmi? Ya da balıq diləsə, ona ilan verərmi Beləliklə, siz pis olduğunuz halda öz övladlarınıza yaxşı hədiyyələr verməyi bilirsinizsə, göylərdə olan Atanızın Ondan diləyənlərə gözəl hədiyyələr verəcəyi nə qədər yəqindir! İnsanların sizinlə necə rəftar etməsini istəyirsinizsə, siz də onlarla elə rəftar edin. Çünki Qanun və Peyğəmbərlərin söylədiyi də elə budur.
Mühakimə etməyin
Mühakimə etməyin ki, siz də mühakimə olunmayasınız. Çünki hansı hökmlə mühakimə etsəniz, onunla da mühakimə olunacaqsınız. Siz hansı ölçü ilə ölçsəniz, sizin üçün də eyni ölçü ilə ölçüləcək. Sən nə üçün qardaşının gözündə çöpü görürsən, amma öz gözündəki tiri seçmirsən? Öz gözündə tir ola-ola qardaşına necə deyə bilərsən: "Qoy gözündəki çöpü çıxarım!" "Ey ikiüzlü, əvvəlcə öz gözündən tiri çıxar, onda aydın görərsən ki, qardaşının gözündəki çöpü necə çıxarmaq olar. "Müqəddəs olanı itlərə verməyin və mirvarilərinizi donuzlara atmayın; yoxsa bunları ayaqları ilə tapdalayarlar və dönüb sizi parçalayarlar.
Reklam
Qayğı çəkməyin
Buna görə sizə deyirəm: “Nə yeyəcəyik?” və ya “Nə içəcəyik?" deyə canınız üçün, “Nə geyinəcəyik?" deyə bədəniniz üçün qayğı çəkməyin. Can yeməkdən, bədən isə geyinməkdən daha vacib deyilmi? Göydə uçan quşlara baxın: onlar nə əkir, nə biçir, nə də anbarlarda saxlayır. Amma Səmavi Atanız onları yedizdirir. Siz onlardan daha qiymətli deyilsinizmi? Hansı biriniz qayğı çəkməklə ömrünü bir anlıq belə, uzada bilər? Nəyə görə geyim üçün qayğı çəkirsiniz? Görün çöl zanbaqları necə böyüyür: onlar nə zəhmət çəkir, nə də ip əyirir. Lakin sizə bunu deyirəm ki, bütün cah-calalı içində olan Süleyman belə, bunlardan biri kimi geyinməmişdi. "Ey imanı az olanlar, bu gün olub sabah ocağa atılan çöl otunu Allah belə geyindirirsə, sizi geyindirəcəyi daha da yəqin deyilmi? Beləliklə, "Nə yeyəcəyik?", "Nə içəcəyik?” və ya “Nə geyəcəyik?" deyə qayğı çəkməyin. Çünki bütpərəstlər bütün bu şeyləri axtarırlar. Doğrudan da, Səmavi Atanız bütün bunlara ehtiyacınız olduğunu bilir. Ona görə də siz əvvəlcə Allahın Padşahlığını və Onun salehliyini axtarın. Onda bunların hamısı sizə əlavə olaraq veriləcək. Beləliklə, sabahın qayğısını çəkməyin. Çünki sabahkı gün özü üçün qayğı çəkəcək. Hər günün öz yamanlığı kifayətdir!
Səmavi xəzinələr
Yer üzündə özünüzə xəzinələr yığmayın. Orada güvə və pas onları məhv edər ya da oğrular girib oğurlayar. Bunun yerinə özünüzə göydə xəzinələr yığın. Orada nə güvə, nə pas onları məhv edər, nə də oğrular girib oğurlayar. Çünki xəzinən haradadırsa, ürəyin də orada olacaq. Bədənin çırağı gözdür. Əgər gözün sağlam olarsa, bütün bədənin də nurlu olacaq. Yox, əgər gözün zəif görərsə, bütün bədənin qaranlıq olacaq. Əgər səndəki "nur" qaranlıqdırsa, zülmət nə qədər böyükdür! Heç kim iki ağaya qulluq edə bilməz. Çünki ya birinə nifrət edib o birisini sevəcək ya da birinə bağlı qalıb o birisinə xor baxacaq. Siz həm Allaha, həm də sərvətə qulluq edə bilməzsiniz
Oruc tutduğunuz zaman ikiüzlülər kimi qaşqabaqlı gəzməyin. Onlar oruc tutduqlarını insanlara göstərmək üçün üzlərini tutqun hala salırlar. Sizə doğrusunu deyirəm: onlar mükafatlarını alıblar. Amma sən oruc tutanda başına yağ çək və üzünü yu. Belə ki insanlara deyil, gizlində olan Atana oruclu görünəsən. Gizlində olanı görən Atan səni mükafatlandıracaq.
Necə dua etməli
Dua etdiyiniz zaman da ikiüzlülər kimi olmayın. Çünki belələri adamlar onları görsün deyə sinaqoqlarda və küçə tinlərində durub dua etməyi sevirlər. Sizə doğrusunu deyirəm: onlar mükafatlarını alıblar. Amma sən dua etdiyin zaman öz otağına gir və qapını örtüb gizlində olan Atana dua et. Gizlində olanı görən Atan səni mükafatlandıracaq. "Dua edəndə bütpərəstlər kimi boşboğazlıq etməyin. Çünki onlar düşünür ki, çox söz söyləməklə eşidiləcəklər. Siz onlara bənzəməyin! Çünki Atanız nələrə ehtiyacınız olduğunu siz Ondan diləməzdən əvvəl bilir. Buna görə siz belə dua edin: "Göylərdə olan Atamız, Adın müqəddəs tutulsun, Padşahlığın gəlsin, Göydə olduğu kimi Yerdə də Sənin iradən olsun. Gündəlik çörəyimizi bizə bu gün ver. Bizə borclu olanları bağışladığımız kimi Bizim borclarımızı da bağışla. Bizi sınağa çəkmə, Lakin bizi şərdən xilas et. Çünki padşahlıq, qüdrət və izzət Əbədi olaraq Sənindir. Amin." Əgər başqa insanların təqsirlərini bağışlasanız, Səmavi Atanız da sizi bağışlayar. Amma siz başqa insanları bağışlamasanız, Atanız da sizin təqsirlərinizi bağışlamaz.
Sədəqə vermək
Ehtiyatlı olun, siz saleh iş görəndə bunu insanların önündə, onlara göstərmək üçün etməyin. Yoxsa göylərdə olan Atanızdan mükafat almazsınız. Ona görə də sədəqə verdiyin zaman önündə şeypur səsi ilə car çəkmə. Çünki adamlar onları izzətləndirsin deyə ikiüzlülər sinaqoqlarda və küçələrdə belə edirlər. Sizə doğrusunu deyirəm: onlar mükafatlarını alıblar. Amma sən sədəqə verdiyin zaman sol əlin sağ əlinin nə etdiyini bilməsin. Belə ki verdiyin sədəqə gizli qalsın. Gizlində olanı görən Atan səni mükafatlandıracaq.
1.500 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.