Başlıq: İnsan nə ilə yaşayır?
Yazar: Lev Tolstoy
Səhifə:176
Janr: ədəbiyyat,klassiklər
Nəşr: Yakamoz
Hərkəsə salam,
Rus yazarların arasında ən sevdiyim heç şübhəsiz Tolstoydur.Hər əsərini olduğu kimi,bu əsərini də bəyəndim.Oxuyarkən insan fərqli hisslər keçirir,düşüncələrə qərq olur.
Tolstoy əsərlərində yaxşılığı və pisliyi, insanı,əxlaqi dəyərləri,insanlığın necə olmalı olduğunu göstərir.
Əsər 3 hekayədən ibarətdir.Şəxsən mən, daha çox "insan nə ilə yaşayır" başlıqlı hekayəni bəyəndim.Bu hekayədə Tanrı tərəfindən cəzalandırılmış birindən bəhs olunur.Lakin, bu şəxsin kimliyi hekayənin sonunda məlum olur.