Əfqanıstan haqqında yazılmış kitab, məqalə, roman, çəkilmiş filmlərin yüzdə-doxsanı məşhurluğa gedən yoldur çoxları üçün. Özlərini sivilizasiyanın mütləq qurtarıcısı bilən kapitallı sistem, fürsətdən çox yaxşı yararlanaraq xoşuna gəlməyən istənilən toplumu qaralama ilə məşğuldur. Bundan özünə sərf edən xalı tutan "bacarıqlı" yazarlar var. Xüsusi canfəşanlıqla ölkəyə edilənləri malalamağa çalışıb, xalqı gerilikçi, qəddar, radikal obrazda təqdim edib yalnız kənar müdaxilənin güya işıqlı yol olduğunu sırımağa çalışmaq çox iyrənc görünür.
Sətiraltı, sətirüstü dəyərlərə rişxənd, kimliyi alçaltma göz çıxarır. Çoxları üçün "aman Tanrım necə də qorxulu cəmiyyətdir" fikri yaranır əlbəttə belə romanlarda, sual verən də yoxdur ki, ay balam bəs noldu elə hamısının yazı və üslub tərzi eyni oldu?
Bəli, çoxlu reformlar və savadsızlıqla, radikallıqla mübarizə aparmaq lazımdır, ancaq bu o demək deyil ki, insanlar bunu istəmirlər yaxud ancaq top-tüfəng arzusundadırlar. Sadəcə imkan vermək lazımdır özləri öz yollarını getsin, kənar müdaxilələrdən qopsun və lənətə gəlmiş xaşxaş ticarətini durdursun.
Xanım yazarı görsəm bir gün, məhz bu cür də deyəcəm, sadəcə təəssüf.